Qütbönü Ural
Şimali Ural — Ural dağlarına daxil olan dağ sistemi. Şimaldakı Lyapin (Xulqa) çayının mənsəbindən (65 (40 'N) cənubda Telposiz ( təxminən 1617 m hündürlük) dağına qədər uzanan, Rusiyada bir dağ sistemi. Şimal-şərqdən cənub-qərbə 230 km məsafədə uzanır. Eni isə 150 km-ə qədərdir.
Qütbönü Ural | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1894 m |
Eni | 40-50 km |
Hündür nöqtəsi | Narodnaya |
Yerləşməsi | |
64°49′59″ şm. e. 59°40′00″ ş. u. | |
Ölkə | Rusiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Zirvələri
Qütbönü Ural Ural dağlarının ən yüksək hissəsidir. Ural dağlarının ən yüksək nöqtəsi olan Narodnaya dağı (1894.5 m) burada yerləşir. , Alp relyefi ilə fərqlənən daha çoxlu zirvələri vardır: Manaraqa (1662 m), Kolokolnya (1724 m), Zaşita (1808 m), Mansi-Nyor (Didkovski) ( 1778 m), Sverdlov (təxminən 1800 m), Komsomol (1729.4 m). Ən yüksək zirvələr - Narodnaya, Manaraqa, Karpinski, Kolokolnya, Nyoroyka - 1600 m-dən çox olan hündürlülər. Yuqıd Va Milli Parkının mərkəzi hissəsindəd yerləşir. 2009-cu ilin dekabr ayında Qütbönü Uralın Komi Respublikasındakı adsız dağ zirvələrindən biri (65º 04.4 'N 59º 57.5' E, 1582 m) " Müqəddəs Stefan Permiski dağı" olaraq adlandırılır[1][2]. Bu Rusiyada bir pravoslav müqəddəsnin adını daşıyan ilk zirvə olur.
Alpinistlər üçün bölgənin cənub-qərb hissəsində yerləşən Sablinski silsiləsi[3] ən çox maraq doğurur. Silsilə şimaldan cənuba təxminən 30 km məsafədə uzanır. Ən yüksək nöqtəsi Sablya dağı 1497 m (1486,3 m ± 9,3 m) hündürlüyə malikdir[4].
Hofmann və Malda buzlaqları kimi məşhur buzlaqlara malikdir[5].
Coğrafi aspektləri
Yalnız dağlıq ərazinin sahəsi təqribən 32.000 km²-dir. Qərb yamacının əsas çayları:Kosyu, Kojim.
İnzibati olaraq əsas su ayırıcı hövzənin şərqindəki Qütbönü Ural Tümen vilayətinin Xantı-Mansi muxtar dairəsinin bir hissəsidir, qərbdə isə Komiyə aiddir. Ən yüksək hissəsi kvarsitlərdən və kristal şistlərdən, qərb və şərq yamacları isə metamorfik və çökmə süxurlardan (qumdaşları, əhəng daşları və s.) ibarətdir. Müasir kiçik buzlaqları (Hoffman, Varsonofev və s.) və çoxsaylı qar sahələri vardır. Dağ vadisində buzlaqlarının izləri yaxşı təmsil olunur. 500 m hündürlüyə qədər olan yamaclar tayqa meşələri (küknar, ağcaqayın) ilə örtülmüşdür. Daha yuxarı qalxdıqca dağ tundrası, qayalıqlar yayılmışdır. Ərazisi daha cənubda olsa da, iqlimi Qütb Uralında olduğundan daha sərtdir. Yanvar ayında orta aylıq temperatur -23 ° C (minimum temperatur -45 ° C) ilə vadilərdə iyul ayında 14-16 ° C arasında dəyişir (maksimum temperatur 34 ° C-yə çata bilər). 1600-1800 metrdə temperatur 2,5-3 ° C arasında dəyişir. Yanvar və fevral aylarında hündür dağlarda 20-30 km /s sürətlə qar yağışları ola bilər. yağıntılar bəzən bir həftə davam edə bilər. Orta hesabla burada 80-100 gün ərzində qar fırtınaları olur. Vadilərdə sürət ümumiyyətlə 10 km/san-i keçmir. Qar fırtınası olan günlərin sayı ümumiyyətlə 2-3 dəfə azdır. Bölgə qar uçqunları ilə məşhurdur.
İstinadlar
- "Постановление Правительства Российской Федерации № 1043 от 21 декабря 2009 года" (rus). İstifadə tarixi: 2010-05-27.
- "Уральскую вершину назвали именем святителя Стефана Пермского". pravoslavie.ru. 24 декабря 2009 г. 2011-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-24.
- "Саблинский хребет" (rus). 2007-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-27.
- "г. Сабля, р. Большая Сыня, июль 2001 г." (rus). 2009-08-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-27.
- "Приполярный Урал" (rus). 2008-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-27.