Qüsl
Qüsl - şəriətdə xüsusi qayda ilə yerinə yetirilən vacib əməl.
İslam |
---|
İslamda iman |
Allah • Allahın varlığı və təkliyi • Mələklər • Müqəddəs kitablar • Məhəmməd peyğəmbər və digər peyğəmbərlər • İmamət • Axirət • Kəlmeyi-şəhadət |
Firuiddin |
Namaz • Zəkat • Xüms • Oruc • Həcc |
İslamda xüsusi günlər |
Besət bayramı • Ramazan bayramı • Qurban bayramı • Qədir-Xum |
Quran |
Sünni • Hədis • Təsəvvüf · Fiqh • Kəlam • Şəriət |
İslam tarixi |
Əhli-Beyt • Səhabə • Şiəlik • Sünnilik • Xaricilik • Dörd xəlifə • İmamət • Məhəmməd |
Qüsl 2 növdür: İrtimasi qüsl və tərtibi qüsl. Tərtibi qüsl aşağıdakı ardıcıllıqla yerinə yetirilir (bədən üzvləri mütləq su ilə yuyulur):
- Baş və boyun yuyulur
- Bədənin sağ tərəfi bütünlüklə yuyulur
- Bədənin sol tərəfi bütünlüklə yuyulur
Qeyd: Bədən üzvlərinin yuyulması zamanı yumanının üstdən-aşağı, yaxud aşağıdan yuxarı yuyulmasının əhəmiyyəti yoxdur.
İrtimasi qüsl çayda, göldə, su vannasında və s. də niyyətdən sonra bədənin bütün hissələrinin bir anda suyun altına salmaqla edilən qüsldür. Qüsl özü-özlüyündə müstəhəb olmasına baxmayaraq namaz qılmaq üçün, Məscidül-Həram və bəzi yerlərə daxil olmaq üçün vacibdir. Boynunda cənabət qüslü olan qüsl verdikdən sonra namaz üçün dəstəmaz almasına gərək qalmır, yəni həmin qüsllə namaz qıla bilər.
Oruc tutan adam irtimasi qüsl verə bilməz. Əks halda onun başı bütünlüklə suya girməlidir və bu halda onun orucu batil olar. Qüsl vermək üçün su tapılmadıqda, yaxud suyun bədənə zərəri yetişəcəyi halda qüsl əvəzinə təyəmmüm edilir.
Qüslün şəkkiyyatı
Qüsl aldıqdan sonra boynuna qüsl gəlməsinə şəkk edirsənsə, yenidən qüsl almağa ehtiyac yoxdur. Əgər boynuna qüsl gəlibsə və qüsl alıb-almadığına dair şəkk etsən, gərək qüsl alasan.
Tərtibi qüsl verən zaman, əgər bədənin sağ tərəfini yumağa başlamısansa, baş və boyunun müəyyən miqdarının yuyulmadığına şəkk etsən şəkkinə etina etmirsən. Əgər bədənin sol tərəfini yumağa başlamısansa, baş və boyunun, yaxud sağ tərəfin müəyyən miqdarının yuyulmadığına şəkk etsən, şəkkinə etina etmirsən. Sol tərəfi yuyub qurtardıqdan sonra sol tərəfdən bir miqdarın yuyulmadığına şəkk etsən, yenidən həmin miqdarı yumalısan.