Qüdrətli dəstə
Qüdrətli dəstə, Balakiryev dərnəyi, Yeni rus musiqi məktəbi (rus. Могучая кучка; Балакиревский кружок; Новая русская музыкальная школа) — rus bəstəkarlarının, 1850-ci illərin sonu 1860-cı illərin əvvəllərində, Sankt-Peterburqda formalaşmış yaradıcılıq birliyi. Bura Mili Aleksandroviç Balakiryev (1837–1910), Modest Petroviç Musorqski (1839–1881), Aleksandr Porfiryeviç Borodin (1833–1887), Nikolay Andreyeviç Rimski-Korsakov (1844–1908) və Sezar Antonoviç Küi (1835–1918) daxil idilər. Dərnəyin ideya müəllifi və əsas qeyri-musiqiçi məsləhətçisi ədəbi tənqidçi, ədib və arxivçi Vladimir Vasilyeviç Stasov (1824–1906) olmuşdur.
"Qüdrətli dəstə" adı ilk dəfə Stasovun 1867-ci ildə yazdığı "Cənab Balakiryevin slavyan konserti" məqaləsində rast gəlinir. "Yeni rus musiqi məktəbi" adı isə dərnəyin öz üzvləri tərəfindən təklif edilmişdi. Onlar özlərini Mixail Qlinkanın davamçısı hesab edirdilər və öz məqsədlərini rus milli ideyasının musiqidə təcəssüm etdirilməsində görürdülər.
Dərnəyin üzvləri
- Sezar Küi