Qüdrət İsmayılzadə
Qüdrət Seyfulla oğlu İsmayılzadə (24 oktyabr 1934, Bakı – 1 aprel 2024) — Azərbaycan arxeoloqu, tarix elmləri doktoru, BDU-nun Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının professoru, "Şöhrət" ordeni laureatı (2019).[1]
Qüdrət İsmayılzadə | |
---|---|
Doğum tarixi | 24 oktyabr 1934 |
Doğum yeri | |
Vəfat tarixi | 1 aprel 2024 (89 yaşında) |
Uşağı | |
Elm sahəsi | arxeologiya |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Təhsili | |
Elmi rəhbəri | Otari Çaparidze |
Mükafatları |
Həyatı
1934-cü il 24 oktyabrda Bakı şəhərində neftçi ailəsində doğulmuşdu. 1952-ci ildə 208 saylı orta məktəbi bitirmişdir. Azərbaycanın Yaponiyada fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadənin atası idi.
2024-cü il 1 aprel tarixində öldü.[2]
Təhsili elmi dərəcə və adları
1952–1957-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbəsi olmuşdur. 1960–1963-cü illərdə Azərbaycan Elmlər Akademiyasının aspirantı olmuşdur. Namizədlik dissertasiyası – "Qərbi Azərbaycanın qədim mədəniyyəti tarixinə dair", Tbilisi Dövlət Universiteti, 12 fevral 1964-cü il Qarabağ, Azıx, Sarıtəpə və digər arxeoloji ekspedisiyalarında iştirak etmişdir. 1964–1988-ci illərdə Füzuli arxeoloji ekspedisiyasına rəhbərlik etmişdir. Doktorluq dissertasiyası – "Azərbaycanın erkən tunc dövrü mədəniyyəti", Gürcüstan Elmlər Akademiyası, Tarix İnstitutunun Elmi Şurası, 28 oktyabr 1983-cü il.
Əmək fəaliyyəti
1957–1958-ci illərdə Azərbaycan SSR Yardımlı rayonu Arus və Mirimli kənd məktəblərində tarix və rus dili müəllimi işləmişdir. 1958–1977-ci illərdə Azərbaycan Elmlər Akademiyası: Tarix İnstitutu, Arxeologiya və Etnoqrafiya sektorunun əməkdaşı olmuşdur; hal-hazıradək Arxeologiya və Etnoqrafiya İnstitutu ilə əməkdaşlıq edir. 1977-ci ildən hal-hazıradək Bakı Dövlət Universiteti: "Ümumi tarix" kafedrası, "Qədim dünya və Orta əsrlər tarixi" kafedrası, "Arxeologiya və Etnoqrafiya" kafedrasında çalışır 1989–1990-cı illərdə AFR-də Azərbaycanın maddi mədəniyyəti haqqında mühazirələr oxumuşdur Troya, Boğazköy və Altıntəpə kimi dünya əhəmiyyətli abidələrdə arxeoloji qazıntılarda iştirak etmişdir. 200-dən artıq elmi məqalə və monoqrafiyanın müəllifidir. 1971–2008-ci illərdə Bakı Dövlət Universitetində Qədim Şərq, Yunanıstan və Roma svilizasiyaları haqqında mühazirələr oxumuşdur. Hal-hazırda Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri vəzifəsində çalışır, Ümumi arxeologiya və Azərbaycan arxeologiyası üzrə mühazirələr oxuyur. Beynəlxalq arxeoloqlar Assosiasiyasının üzvü, Türkmənistan prezidenti yanında Şərqin mədəni irsinin öyrənilməsi üzrə Elmi Şuranın və Rusiya arxeoloqlar cəmiyyətinin Azərbaycan bürosunun üzvüdür. "Miras" jurnalının beynəlxalq redaksiya şurasının üzvüdür. "Azərbaycan Arxeologiyası" jurnalının baş redaktorudur. Ümumi arxeologiya və Azərbaycan arxeologiyası dərslərini aparır 150-dən artıq elmi məqalənin, 3 elmi monoqrafiyanın, 2 elmi-populyar kitabın, 1 dərs vəsaitinin müəllifidir. 1 elmlər doktoru və 5 elmlər namizədi yetişdirmişdir
Tədqiqat sahəsi
Ümumi arxeologiya, Azərbaycan arxeologiyası, Qədim mədəniyyətlər və sivilizasiyalar BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI Müxtəlif illərdə Moskva, Leninqrad (indiki Sankt-Peterburq), Aşqabad, Bakı, Tbilisi, İrəvan, Təbriz, Tehran, Berlin, Saar-Brükke, Astana və digər şəhərlərdə keçirilən elmi konfranslarda iştirak etmişdir.[3]
Seçilmiş əsərləri
- Mil düzünün ötən günləri haqqında düşüncələr. // Azərbaycan Arxeologiyası. Bakı, 2004, № 1–4, 1 ç.v.
- Гаракепектепе – сокровищница истории. Журнал "Ирс", Баку-Москва, 2006, № 6(24), 1 п.л.
- Об одном атрибуте Кура-Араксской культуры. Археология, этнография и фольклористика Кавказа. Тбилиси, 2004, 0,25 п.л.
- Наскальные изображения Кельбаджарского высокогорья в Азербайджане. Баку, 2004
- К вопросу о характерных особенностей петроглифов Азербайджана. Сб.: Мир наскального искусства, Москва, 2005, 0,5 п.л.
- Куро-араксская культурная общность и ее место в истории материальной культуры Кавказа. Археология, этнография и фольклористика Кавказа. Баку, 2005, 1 п.л.
- Azərbaycanın yüksək dağlıq bölgələrindəki qayaüstü təsvirlərin tarixi xüsusiyyətləri. Qobustan mədəni landşaftı mövzusunda beynəlxalq seminarın materialları. Bakı, 2007, 1 ç.v.
- Прогрессивный этап в культурно-историческом развитии ранних земледельческий обществ на территории Азербайджана. Аз. Археолоэийасы вя Етнографийасы. Бакы, 2007, № 1
- Mingəçevirin nadir arxeoloji kompleksi. Mingəçevir arxeoloji ekspedisiyası – 60. Bakı, 2006, 0,5 ç.v.
Monoqrafiyalar
- Quruçay və Köndələnçay vadisində qədim mədəniyyət izləri. Bakı, 1981
- Babadərviş qədim yaşayış yeri. Bakı, 1977
- Азербайджан в системе раннебронзовой культурной общности Кавказа. Баку, 2008
- Abidələr, xatirələr, düşüncələr. Bakı, 1981
- Azərbaycan Qafqazın erkəntunc mədəniyyəti sistemində. Bakı, 2008
İstinadlar
- "Prezident BDU-nun əməkdaşlarını təltif etdi". 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-26.
- "Yaponiyadakı səfirimizə ağır itki üz verdi". Axar.Az (az.). 2024-04-01. İstifadə tarixi: 2024-04-02.
- "Qüdrət İsmayılzadə". 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-10.