Qübbətüs-Səxrə

Qübbətüs-Səxrə[3] (ərəb. قُبَّة الصَّخْرَةQaya günbəzi; "səxrə" (صخرة qaya) sözü ərəb dilindəki "səhra" (صحراء çöl) sözü ilə səhv salınmamalıdır) — Müasir dövrümüzə qədər gəlib çıxan ən qədim İslami tikililərdən biri. Bəzilərinin yanlış olaraq əl-Əqsa kimi bildiyi məscid, əslində Qübbətüs-Saxra məscididir. əl-Əqsa məscidi isə bu abidənin qiblə istiqamətində yerləşən, ondan daha böyük və geniş başqa bir abidədir. Bu tikili müsəlmanlar arasında məsciddən çox ziyarətgah kimi tanınır. İnanca görə məscidin ortasındakı qaya parçası boşluqda asılı durmuşdur. Peyğəmbər meraca yüksələrkən qorxmamaq üçün Allah tərəfindən ona boşluqda duran qaya parçası göstərilmişdir. Məhz bu əlamətlərinə görə bəziləri bu daşı müqəddəs sayırlar.

Qübbətüs-Səxrə
قبة الصخرة
31°46′41″ şm. e. 35°14′07″ ş. u.
Ölkə  Fələstin
Şəhər Qüds
Yerləşir Yerusəlimin köhnə şəhəri[1]
Tikilmə tarixi 685–691
Üslubu Əməvi memarlığı
Material mərmər, ağac, alüminium[2], mis[2], Nikel[2]
Vəziyyəti yaxşı
Rəsmi adı: Old City of Jerusalem and its Walls
TipiMədəni
Kriteriyaii,iii,vi
Təyin edilib1981
İstinad nöm.148
DövlətFələstin
RegionAsiya
Qübbətüs-Səxrə (Yerusəlim)
Qübbətüs-Səxrə
Məscidin planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Qübbət-üs-Səxrə 685-691-ci illərdə Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvan tərəfindən inşa etdirilmişdir. Müsəlman memarların ilk dəfə olaraq Qübbə formasında inşa etdikləri bu məscid səkkizguşəlidir. "Müəlləq" adlı bir qayanın üzərində inşa edildiyinə görə bu tikiliyə "Qübbətü s-Səhra", yəni qayanın qübbəsi adı verilmişdir. Hədislərdə bu qaya "sahratullah", yəni Allahın qayası adlanır. Bu qaya Xristian və Yəhudilər üçün də müqəddəs sayılır. Yəhudilər bu qayanı Allahın kainatı yaratmağa başladığı nöqtə olaraq qəbul edir və ona "Qurtuluş qayası" deyirlər. Xristianlara görə isə qiyamət günü İsanın taxtı bu qayanın üzərində qurulacaqdır. Müsəlmanlar isə Peyğəmbərin meraca cıxmasına hörmət əlaməti olaraq bu daşı müqəddəs sayırlar.

1099-cu ildə Xaçlı səfərlərində Qüdsün Xristianların əlinə keçməsindən sonra məscid Templum Domini adlı kilsəyə çevrildi və müxtəlif dəyişikliklərə məruz qaldı. Məscidin şimal hissəsinə xristian keşişlər üçün hücrələr əlavə edildi. Qübbəsinə xaç yerləşdirərək altındakı mağaraya ikonalar qoyuldu. Lakin 1187-də Səlahəddin Əyyubi Qüdsü xristanlardan geri qaytardıqdan sonra xaçlıların abidə üzərində elədiyi dəyişikliklər düzəldildi.

Dini əhəmiyyəti

"Müəlləq" (boşluqda duran) adlı qaya parçasının üzərində inşa edildiyinə görə ona "Qübbətüs-Saxra" (qaya üzərindəki qübbə) deyilir. Hədislərdə bu qaya "Sahratullah", yəni Allahın qayası adlanır. Həmin qaya xristian və yəhudilər üçün də müqəddəs sayılır. Yəhudilər onu Allahın kainatı yaratmağa başladığı nöqtə kimi qəbul edir və "Qurtuluş qayası" deyirlər. Xristianlara görə, qiyamət günü İsanın taxtı bu qayanın üzərində qurulacaqdır. Müsəlmanlar isə Peyğəmbərin meraca çıxmasına hörmət əlaməti olaraq bu daşa ehtiram bəsləyirlər. Rəvayətə görə Məhəmməd bu daşın üzərindən meraca qalxmışdır.

"Qübbət-üs-Səxrə" Qüdsdə yerləşir. Qüds ərazisi eramızdan əvvəlki dövrlərdə Kənan diyarı adlanırdı. E.ə 1450- ci illərdə Misirdən çıxarılan Musa və onun tərəfdarları bu bölgədə məskunlaşmışdılar. Davud yəhudilərin müqəddəs saydığı "Əhd sandığını" da buradakı Sion təpələrində qurduğu çadırda qorumuşdu. "Əhd sandığı" Musaya Tanrı tərəfindən göndərilən on əmrin yazıldığı iki lövhənin qorunduğu sandıqdır. Davudun oğlu Süleyman e.ə 965-ci ildə bu müqəddəs qaya üzərində məbəd ucaltmışdı. Lakin e.ə 586-cı ildə Babil çarı Navuxodonosor bu məbədi dağıdaraq əhalini Babilə aparmışdı. E.ə 538-ci ildə Midiya hökmdarı Kirin zamanında baş kahin Zarovelin rəhbərliyi altında məbədin inşasına başlanmışdır. Arxeoloji tədqiqatlar "Ağlaşma divarı"nın bu məbədin daşları ilə tikildiyini göstərir. Yunan istilasından sonra məbəd Zevs tanrısı adına ibadətgaha çevrilmişdir. İsa ömrünün son günlərini bu məbədin yaxınlığında keçirmişdir.

395-ci ildə Roma imperiyası parçalandıqdan sonra Siyon təpələrindəki müqəddəs qayadan biri üzərində tikilən həmin məbəd Bizans imperiyasının ərazisində qalmışdı. 614-cü ildə məbəd Sasanilərin hücumuna məruz qalmış və şah Xosrov Pərviz tərəfindən dağıdılmışdır.

638-ci ildə xəlifə Ömər Qüdsü ələ keçirdikdən sonra qayanın yerini Kəb əl-Əxbar adlı müsəlman yəhudinin bələdçiliyilə tapmış və orada "Qübbətüs-Saxra" məscidini inşa etdirmişdir. Xristianların "Ömər məscidi" adlandırdığı bu ibadət ocağı İslamın ilk qübbəli tikilisi sayılır. Öz formasını dövrümüzədək qoruyub saxlayan bu məscid dünyanın ən gözəl memarlıq nümunələrindəndir.

Qübbətüs-Saxra tarix boyu müxtəlif hökmdarların diqqət mərkəzində olmuş, xüsusi həssaslıqla təmir edilmişdir. Səlahəddin Əyyubi şəxsən öz əllərilə qayanın tozunu almış, məscidi süpürmüş və gül suyu ilə yumuşdur. Əməvilər tərəfindən inşa edilərkən binanın çöl üzü Bizans üslublu mozaikalarla bəzədilmişdir. Bu mozaikaların İslam memarlığı ilə uyğun gəlmədiyini düşünən Osmanlı hökmdarı Sultan Süleyman Qanuni tikilini əsaslı şəkildə təmir etdirmiş və zədələnmiş xarici mərmər mozaikalar çini kaşılarla əvəz olunmuşdur. Yəhudi dininə hörmət əlaməti olaraq Memar Sinan "Ağlaşma divarı"nı restavrasiya etmiş, ətraf ərazilərdə abadlıq işləri aparmışdır. 1927-ci ildə Fələstində baş verən zəlzələ nəticəsində zədələnən abidə İordaniya, Türkiyə və digər Ərəb ölkələrinin yardımı ilə əsaslı təmir edilmişdir. Qübbətüs-Saxra hazırda məscid və ziyarətgah kimi bütün müsəlmanların istifadəsindədir.

Memarlıq özəllikləri

Keramika plitələr sifariş binanın redecoration hissəsi kimi əlavə edilmişdir Sultan Süleyman Qanuni Yerusəlimə İstanbuldan kafel-meyker bir qrup göndərən.

Xarici divarları səkkizbucaqlı, daxili quruluşu isə dairəvidir. Divarlar qiymətli çini kaşılarla bəzədilmişdir. Qızıl mozaika ilə işlənilmiş mərkəzi qübbəni daxildən yaşıl porfirdən düzəldilmiş sütunlar və qızılla üzlənmiş sütün başlıqları saxlayır. Ətraf ərazilərdə porfir mədənləri olmadığından belə güman edilir ki, Ömər bu məscidi qədim abidənin qalıqlarından inşa etdirmişdir.

1099-cu ildə Xaçlı səfərlərində Qüdsün xristianların əlinə keçməsindən sonra məscid "Templum Domini" adlı kilsəyə çevrilmiş və müxtəlif dəyişikliklərə məruz qalmışdır. Məscidin şimal hissəsinə xristian keşişlər üçün hücrələr (otaqlar) əlavə edilmiş, qübbəsinə isə xaç yerləşdirilərək altındakı mağaraya ikonalar qoyulmuşdur. Lakin 1187- ci ildə Səlahəddin Əyyubi Qüdsü xristanlardan geri aldıqdan sonra xaçlıların abidə üzərində etdiyi dəyişikliklər əvvəlkilərlə əvəz olunmuşdur.

Mənbə

  • Yalçın Abdullayev. "Cəmiyyət və Din" qəzeti, 17 fevral 2011-ci il.

İstinadlar

  1. archINFORM (alm.). 1994.
  2. https://www.arabnews.com/node/1824536/amp.
  3. İsmayıl Raci Faruqi, Luis Ləmya Faruqi. İslam incəsənəti. səh. 33. Arxivləşdirilib 2023-05-19 at the Wayback Machine "Arxivlənmiş surət". Archived from the original on 2023-05-19. İstifadə tarixi: 2023-05-19.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.