Pyotr Yudin

Pyotr Borisoviç Yudin (rus. Пётр Борисович Ю́дин; 25 dekabr 1892 (6 yanvar 1893), Yeni Mərgilan, Fərqanə vilayəti17 iyul 1977, Bakı) — sovet aktyoru. Azərbaycan SSR xalq artisti (1955), RSFSR-in əməkdar artisti (1941), Stalin mükafatı laureatı (1951).

Pyotr Yudin
Doğum tarixi 25 dekabr 1892 (6 yanvar 1893)
Doğum yeri
Vəfat tarixi 17 iyul 1977(1977-07-17) (84 yaşında)
Vəfat yeri
Dəfn yeri İkinci Fəxri Xiyaban
Vətəndaşlığı
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1915–1977
Teatr Maksim Qorki adına Nijni Novqorod Dram Teatrı
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı
Mükafatları
"Azərbaycan SSR xalq artisti" fəxri adı  — 1955"RSFSR əməkdar artisti" fəxri adı — 1941"Stalin" mükafatı  — 1951"Qırmızı əmək bayrağı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

25 dekabr 1892-ci ildə (6 yanvar 1893-cü il) Yeni Mərgilan şəhərində anadan olmuşdur. Səhnə fəaliyyətinə 1915-ci ildə Fərqanə şəhərində başlamışdır. Daşkənd, Aşqabad, Voronej, Yaroslavl, Arxangelsk və Kazan teatrlarında çalışmışdır. 1931—1946-cı illərdə Maksim Qorki adına Nijni Novqorod Dram Teatrında işləmişdir, 1946-cı ildə isə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında. 17 iyul 1977-ci ildə vəfat etdi. Bakıda İkinci Fəxri Xiyabanda dəfn edildi.[1]

Filmoqrafiyası

  • 1958 — Kölgələr sürünür — Britaniya kəşfiyyatçısı

Mükafatları

İstinadlar

  1. İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası // Azərbaycan Dövlət Rus Dram Teatrı. 1. Б.: Azərnəşr. 2016. 175. ISBN 978-9952-8306-3-7.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.