Pxenyan

Pxenyan (kor. 평양, 平壤, Pxyonyan, Pyonqyanq) — Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) paytaxtı. Şəhər ölkənin inzibati, iqtisadi və siyasi mərkəzidir. «Pxenyan» koreya dilində «geniş torpaq», «rahat yer» deməkdir.

Paytaxt
Pxenyan
평양직할시
39°01′00″ şm. e. 125°44′51″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 3.194 km²
Mərkəzin hündürlüyü 38 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.863.000 ± 1.000 nəf. (2015)[3]
Pxenyan xəritədə
Pxenyan
Pxenyan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Əfsanəyə görə şəhər e.ə. 2334-cü ildə Vanqomson (왕검성|王儉城) adı ilə salınıb. Ancaq bu tarix mübasihə doğurur və yaranma tarixi tarixçilər tərəfindən eramızın başlanğıcı hesab edilir.

1945-ci ildə Koreya azad olunur və SSRİ-nin təsir zonasına düşərək, Koreyanın şimalında yaranan KXDR-in müvəqqəti paytaxtı elan edilir. 1950-1953-cü il müharibəsindən sonra SSRİ-nin köməyi ilə şəhər bərpa edilmişdir.

Tarixi adları

Tarix boyu Pxenyan dəfələrlə adını dəyişib. Bir adı Ryugen (류경; 柳京) olub. Müxtəlif vaxtlarda Kison, Rannan, Sogyon,Sodo, Xogyon, Çanan adlanıb. Yaponiya işğalı dövründə Xeydzyo adlanıb.

Pxenyanın kosmosdan görüntüsü (22 avqust 2007-ci il

İnzibatı bölgüsü

Pxenyan kuyok adlanan 19 dairəyə və qun adlanan 4 uyezdə bölünür.

İqtisadiyyatı

Pxenyan Şimali Koreyanın iqtisadi mərkəzidir.

Nəqliyyat

22,5 kilometr uzunluğu olan Pxenyan metripoliteni, trolleybus və tramvay xətləri fəaliyyət göstərir. Şəxsi avtomobil çox azdır. Dövlət aviaşirkəti vardır.

Turizm

Ölkənin tam izolyasiyasına görə Pxenyanda turizm az inkişaf etmişdir. Hakimiyyət az saylı turistlərin ölkədə hərəkətinə tam nəzarət edir.

İstinadlar

Ədəbiyyat

  • Андрей Ланьков: Северная Корея: вчера и сегодня. Восточная литература, Москва, 1995
  • Guy Delisle: Pyongyang: A Journey in North Korea. Drawn & Quarterly, 2005, ISBN 1-896597-89-0 (ing.)
  • Chris Springer: Pyongyang: The Hidden History of the North Korean Capital. Saranda Books, 2003, ISBN 963-00-8104-0 (ing.)
  • Arno Maierbrugger: Nordkorea-Handbuch. Unterwegs in einem geheimnisvollen Land. Trescher, Berlin, 2004, ISBN 3-89794-039-6 (alm.)

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.