Pyetro Cermi
Pyetro Cermi (14 sentyabr 1914, Genuya[1] – 5 dekabr 1974[2], Roma) — italyan kinorejissoru, ssenaristi və aktyoru. Neorealizmin banilərindən biri.[3]
Pyetro Cermi | |
---|---|
![]() | |
Doğum tarixi | 14 sentyabr 1914 |
Doğum yeri | |
Vəfat tarixi | 5 dekabr 1974[2] (60 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Hepatit |
Təhsili |
|
Fəaliyyəti | kinorejissor, aktyor, film prodüseri, ssenarist, rejissor |
Fəaliyyət illəri | 1939–1972 |
![]() |
Həyatı
Romada Eksperimental kinomərkəzdə əvvəl aktyorluq, sonra rejissorluq şöbələrini bitirmişdir. "Şahid" filmi (1946) rejissor debütü olmuşdur. "Yolunu azmış gənclik" (1947), "Qanun naminə" (1949), "Ümid yolu" (1950, Qərbi Berlin Beynəlxalq kinofestivalının mükafatı) və "Şəhər müdafiə olunur" (1951, Venesiya Beynəlxalq kinofestivalının mükafatı) filmləri Ceymini neorealizmin aparıcı sənətkarlarından biri etmişdir. Neorealizm hərəkatının tənəzzülü dövründə "Takka del Lupodan olan quldur", "Prezident arvadı" (hər ikisi 1952), "Qısqanclıq" (1953) kommersiya filmlərini çəkmişdir. Ceymi öz filmlərinin həm ssenaristi olmuş, həm də aktyor kimi ("Maşinist", 1956, San-Sebastyan Beynəlxalq kinofestivalının mükafatı; "İradəsiz kişi", 1958, psixoloji dramlarında; antifaşist "Lənətə gəlmiş çaşqınlıq", 1959) yaddaqalan obrazlar yaratmışdır. Onun böyük uğur qazanmış "İtalyansayağı boşanma" (1961, Beynəlxalq Kann kinofestivalının mükafatı, "Oskar" mükafatı), "Aldadılmış və atılmış qadın" (1964), "Xanımlar və cənablar" (1965, Kann Beynəlxalq kinofestivalının baş mükafatı) filmləri "italyansayağı komediya"nın əsasını qoymuşdur. "Əxlaqsız" (1967), "Serafino" (1968, Moskva Beynəlxalq kinofestivalının baş mükafatı), "Şabalıdlar dadlıdır" (1970), "Alfredo, Alfredo" (1971) və s. filmləri var. "Fransaya qaçış", "Yovanka və başqaları", "Dodaq boyası", "La Viaçça" filmlərində çəkilmişdir. 1974-cü ildə "Mənim dostlarım" komediyası üzərində isə başlamış, lakin çəkiliş vaxtı vəfat etmişdir. Filmi M. Moniçelli tamamlamışdır.[3]
Filmləri
- The Fornaretto of Venice (1939)
- The Ten Commandments (1945)
- Şahid filmi (1946)
- Yolunu azmış gənclik (1947)
- Qanun naminə (1949),
- Fransaya qaçış (1948)
- Ümid yolu (1950
- Qanuna qarşı (1950)
- Şəhər müdafiə olunur (1951)
- Prezident arvadı (1952)
- Qısqanclıq (1953)
- Xanımlar və cənablar (1965)
- Dəmiryolçu (1955)
- Dodaq boyası
- Qətlin təfərrüatları (1959)
- İtalyansayağı boşanma (film, 1961) (1961)
- Yoldan çıxarılmış və atılmış qız (film, 1964) (ing. Seduced and Abandoned )
- Quşlar, arılar və italyanlar (1965)
- Əxlaqsız (1967)
- Serafino (1968)
- Bir ovuc yerfındığı (1970)
- Alfredo, Alfredo (1972)
İstinadlar
- Джерми Пьетро // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Cermi// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 225