Pyerluici Kollina

Pyerluici Kollina (it. Pierluigi Collina, 13 fevral, 1960, Bolonya, İtaliya) — dünya şöhrətli italyan futbol hakimi.

Pyerluici Kollina

Karyerası

Beynəlxalq kariyerasına Türkiyə ordu milli futbol komandası ilə Fransa ordu milli futbol komandası arasındakı oyunla başlayıb, 1996-cı il Olimpiya oyunları, 1999-cu il UEFA Çempionlar Liqası, 2002-ci il Futbol üzrə dünya çempionatı və 2004-cü il UEFA Avropa çempionatının final oyunlarını idarə etmişdir.

Uğurları

Altı dəfə dünyanın ən yaxşı hakimi adını alan Kollini, İFFHS tərəfindən futbol tarixində ilk dəfə olaraq əsrin ən yaxşı hakim elan olunmuşdur.[1]

İstinadlar

  1. "The World's best Referee of the Quarter of a Century (1987-2011)". 2018-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-28.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.