Pyer Məhəmməd Sayd

Pyer Məhəmməd Sayd yaxud Pyer Murad Sayd[1] (1475, Türkiyə1522, Rodos) — Cem Sultanın oğlu, Osmanlı şahzadəsi.

Pyer Məhəmməd Murad Sayd
Sayd knyazı və Sayd vikontu
17 oktyabr 1492 1522
ƏvvəlkiTitul yaradıldı
Şəxsi məlumatlar
Doğum tarixi 1475
Doğum yeri
Vəfat tarixi 1522
Vəfat yeri
Fəaliyyəti Əsilzadəlik
Atası Cem Sultan
Anası Yelena-Mariya dei Konti Orsini di Pitilyano
Həyat yoldaşı Mariya Konsetta Doriya
Uşağı Oşin Pyer Sayd
Dini Katolik

Həyatı

1475-ci ildə Konyada, atasının Karaman valisi olduğu dövrdə anadan olmuşdu. Cem Sultan Rodosa gedəndə o Misirdə nənəsi ilə qalmışdı. 1490-cı illərdə Rodosa köçmüş və burda 17 oktyabr 1492-ci ildə xristian olmuşdur.

İtaliya həyatı

Daha sonra Papanın dəvətilə atasının yanına — Romaya köçmüş və burada Papa VI Aleksandr tərəfindən "Sayd knyazı" əsilzadə titulu verilmişdi. Daha sonra isə 1495-ci ildə Neapol şəhərinə köçmüş və burada Neapol krallığı hökmdarı I Ferdinand (Neapol kralı) isə ona Sayd vikontu titulunu vermişdi. Burada o Genuyanın Neapoldakı konsulunun qızı Mariya Konsetta Doriya ilə evlənmişdi. 1522-ci ildə Rodosu ziyarət edərkən Osmanlı hücumu nəticəsində ən kiçik oğlu Mustafa ilə birlikdə öldürülmüşdür. Qəbri Rodos kafedralında idi, lakin dağıdılmışdır.[2]

Ailəsi

Mariya Konsetta Doriya ilə evlənmişdir. Övladları:

  1. Oşin Pyer SaydSayd knyazlığının ikinci knyazı.
  2. Donna Yelena Sayd (d. 1502, Roma — ö. 1576, Roma) — rahibə olmuşdu.
  3. Donna Konsetta Sayd (d. 1503, Roma — ö. 1605, Roma) — 102 il yaşamış, 4 dəfə evlənmişdir.
  4. Nikola Sayd (d. 1505, Roma — ö. 1536, Malta) — Maltaya köçmüşdü. Nikolo Saydın vəsiyyətnaməsi
  5. Ambrosio Paolo Sayd (d. 1506, Roma — ö. 1551, Malta) — qardaşı ilə Maltaya köçmüşdü. 1541–1542ci illərdə Qozo adasının qubernatoru olmuşdur.
  6. Mustafa Tommaso Sayd (d. 1508, Roma — ö. 1522, Rodos) — atası ilə birlikdə edam olunmuşdur.

İstinadlar

  1. "Fatih ile Cem Sultan'ın 'Papalık' ve 'Bizans Prensi' olan Hristiyan torunları". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-12.
  2. Nikolas Vatin, Études Ottomanes XVe-XVIIIe siècles, səh. 501
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.