Pyer Bulez

Pyer Bulez (d. 26.3.1925, Luara departamenti, Monbrizon) — fransız bəstəkarı, dirijor, pedaqoq, musiqi nəzəriyyəçisi, musiqi yazıçısı.[2]

Pyer Bulez
fr. Pierre Louis Joseph Boulez
Pyer Bulez 1968-ci ildə
Pyer Bulez 1968-ci ildə
Ümumi məlumatlar
Doğum adı Pierre Louis Joseph Boulez[1]
Doğum tarixi
Doğum yeri Montbrizon, Fransa
Vəfat tarixi (90 yaşında)
Vəfat yeri Baden-Baden, Almaniya
Vətəndaşlığı Fransa Fransa
Milliyyəti fransız
Musiqiçi məlumatları
Fəaliyyəti fransız bəstəkarı, dirijor, pedaqoq, musiqi nəzəriyyəçisi, musiqi yazıçısı
Fəaliyyət illəri 1945-2015
Janr Müasir musiqi
Musiqi aləti fortepiano
Albom şirkətləri Doyçe Qrammofon[d]
Təhsili
Üzvlüyü
Mükafatları "Britaniya imperiyası" ordeni komandoru Pour le Mérite "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi Almaniya Federativ Respublikasının "Xidmətlərə görə" ordeninin böyük zabit xaçı Austrian Decoration for Science and Art Grand Cross of the Military Order of Saint James of the Sword İncəsənət və elm sahəsində Pour le Mérite ordeni Medal for Merit to Culture
"Qremmi" mükafatı
Goethe Medal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

1942–45-ci illərdə Paris konservatoriyasında O. Messianın yanında (harmoniya) oxumuş A. Voraburdan (kontrapunkt) özəl dərslər almışdır. Darmştadt beynəlxalq musiqi institunda (1954–65, fasilələrlə), Bazel Musiqi Akademiyasında (1960–63-cü illərdə professor), Harvard Universitetində (1963) kompozisiyadan dərs demişdir.

Fəaliyyəti

İlkin fəaliyyəti

“Domaine musical” cəmiyyətinin müasir və qədim musiqi konsertlərinin (1954–67, Paris) dirijoru olmuşdur; öz əsərlərini ifa etmişdir; 20-ci əsr bəstəkarlarının (xüsusən də İ.F. Stravinski, A. Vebern, A. Berq və Messianın) əsərlərinin interpretasiyası ilə məşhurlaşmışdır. 1970-ci illərin əvvəllərindən klassikanı da ifa etmişdir (R. Vaqnerin “Nibelunq üzüyü” opera tetralogiyasının dirijoru, Bayroyt, 1976).[2] 1971–74-cü illərdə Bi-Bi-Si simfonik, 1971–77-ci illərdə Nyu-York filarmonik orkestrlərinin baş dirijoru olmuşdur.

Peşəkar fəaliyyəti

Dodekafoniyadan elektron musiqiyə qədər bəstəkarlığın ən yeni texnikalarından istifadə etmişdir. 18 solist üçün “X polifoniyası” (1951), 2 fp. üçün “Strukturlar” (1-ci dəftər – 1952, 2-ci dəftər – 1961) total serializm texnikasında yazılmışdır. Kontralto və instrumental ansambl üçün yazdığı “Ustasız çəkic” (1955) əsəri avanqardçı bəstəkar kimi ona geniş şöhrət gətirmişdir. 1975–92-ci illərdə Parisdəki Musiqi-akustika problemlərinin tədqiqi və koordinasiyası institunun (İRCAM) rəhbəri olmuşdur. Burada təşkil etdiyi “İnter Contemporain” (1976) müasir musiqi ansamblı Bulezin başçılığı ilə qısa vaxt ərzində dünya şöhrəti qazanmışdır. Digər məşhur əsərləri arasında soprano və simfonik orkestr üçün “Mallarmenin bükük-bükük portreti” (S. Mallarmenin mətnlərinə, 1962), 9 zərb aləti və orkestr üçün “Parıltı-Çoxluq” (sonuncu redaksiyası 1970) var.[2]

İstinadlar

  1. Fichier des personnes décédées.
  2. Bulez// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 68.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.