Pyer Bomarşe

Pyer Ogüsten Karon de Bomarşe (fr. Pierre-Augustin Caron de Beaumarchais; 24 yanvar 1732[1][2][…], Paris[1][3][…]18 may 1799[2][4][…], Paris[2][3][…]) — fransız dramaturqpublisisti.

Pyer Bomarşe
fr. Pierre-Augustin Caron de Beaumarchais
Doğum tarixi 24 yanvar 1732(1732-01-24)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 18 may 1799(1799-05-18)[2][4][…] (67 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti musiqiçi, şair, iş adamı, naşir, dramaturq, diplomat, maliyyəçi[d], publisist, yazıçı, casus, Saatçı
Əsərlərinin dili fransız dili
İmza
Vikimənbənin loqosu Pyer Bomarşe Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat və yaradıcılığı

Görkəmli fransız mütəfəkkiri Pyer Bomarşe (Pyer Ogüsten Karon) 1732-ci il yanvarın 24-də Parisdə saatsaz ailəsində anadan olub.

Varlı ailədən olan dul qadınla evlənən Pyer kral sarayında xırda bir vəzifəyə işə düzəlir. Öz hazırcavablığı və arfada ifası ilə Pyer kraliçanın xoşuna gələ bilir. Milyonçu Pari-Düvernenin etimadını qazanan Pyer bank işlərində onun kiçik tərəfdaşına çevrilir və tezliklə özü üçün kralın katibi vəzifəsini pulla alır. Vəzifə ilə birlikdə zadəgan titulu alan Pyer soyadını de Bomarşeyə dəyişir.

1767-ci ildə ilk pyesi olan "İki dost"u, 1770-ci ildə izə "Yevgeniya"nı yazır. Əsərlər sosial qeyri-bərabərlik mövzusuna həsr olunur. 1773–1774-cü illərdə Fransanın korrupsiyalaşmış məhkəmə sisteminə tənqid edən 4 pamflet yazır.

Pyerin "Memuarlar" adlandırdığı pamfletlər böyük uğur qazanırlar. Volter bu pamfletləri oxuduğu ən maraqlı əsər adlandırır. 1775-ci ildə Bomarşe "Sevilya bərbərii" pyesini yazır və Fransanın birinci dramaturquna çevirir. O süjeti davam etdirərək 1784-cü ildə "Fiqaronun toyu" əsərini yazır. Trilogiya 1792-ci ildə "Günahkar ana" melodraması ilə başa çatır.

Bomarşenin pyeslərinin motivləri əsasında Motsart 1786-cı ildə "Fiqaronun toyu", Rossini isə 1816-cı ildə "Sevilya bərbəri" operalarını yaradırlar.

Bomarşe çox zirək, tədbirli və şübhəli insan idi. XV Lüdovikin saatsazı olan müəllif onun "incə" tapşırıqlarını yerinə yetirməyə başlayır. Nəhayət, onları İngiltərə əleyhinə işləmək istəyi və səyi birləşdirir. Beləliklə də Bomarşe uzun illər boyunca İngiltərədəki agentləri cəlb edərək Fransanın düşmənləri haqqında məlumat toplamaqla məşğul olur. "Teatr" pyesi və "İnsani ehtirasların ağırlığı" romanı ilə tanınan yazıçı Somerset Moem çox mahir ingilis casusu idi. Belə ki, ədəbi əsərləri uzun illər onun bu fəaliyyətini pərdələyib. Və nəhayət, indiyədək haqqındakı kitab və filmlərin tiraj və kassa mədaxili baxımından rekord qıran Ceyms Bondun müəllifi Yan Fleminq yeddi ildən artıq rəsmi şəkildə ingilis kəşfiyyatına işləyib, sonra isə istefaya çıxaraq Yamaykada məskunlaşıb. Agent 007-nin bütün qeyri-adi macəralarının zahirən həqiqətə uyğun gəlməməsinə baxmayaraq, görünür, belə dünya şöhrəti qazanmış əhvalatların əsasında olduqca gerçək hadisələr dayanır[8].

Pyer Bomarşe 1799-cu il mayın 18-də Parisdə vəfat edib.

Ədəbiyyat

  • Фредерик Грандель Бомарше // Beaumarchais: ou, la calomnie. Paris, Flammarion, 1973; Перевод с французского Л. Зониной и Л. Лунгиной; М., "Книга", 1986. 400 стр.
  • Р. Зернова. Гл. "Пьер Огюстен Бомарше" // "Писатели Франции", М. Издательство "Просвещение", 1964 г.

Xarici keçidlər

"Hər şeyə gülməyə tələsin, əks halda ağlaya bilərsiniz" — sputnik.az

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.