Pyer Amedey Jober
Pyer Amedey Jober (fr. Pierre Amédée Jaubert; 3 iyun 1779[1][2], Eks-an-Provans[d] – 27 yanvar 1847) — Fransa diplomatı, akademiki, şərqşünası, tərcüməçisi, siyasətçisi və səyyahı. O, Napoleonun "sevimli şərqşünas məsləhətçisi və draqoman"ı idi.[5]
Pyer Amedey Jober | |
---|---|
Doğum tarixi | 3 iyun 1779[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 27 yanvar 1847 (67 yaşında) |
Dəfn yeri | |
İş yerləri |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyat və fəaliyyəti
Eks-an-Provansda anadan olan Jober Antuan İsaak Silvestr de Sasinin seçilən tələbələrindən olmuşdur. O, 1798–1799-cu illərdə Fransanın Misirə və Suriyaya yürüşü zamanı Napoleon Bonapartın mütərcimi kimi fəaliyyət göstərib.[5] Həmin dövrdə Jober Misir Elmlər və İncəsənət Universitetinin üzvü idi.
Parisə qayıtdıqdan sonra hökumətdə müxtəlif vəzifələr tutmuşdur. 1802-ci ildə Oras Fransua Bastyen Sebastyani de La Portanı Şərq səfərində müşayiət etmiş və 1804-cü ildə Osmanlı İmperiyasına gələrək İstanbulda Sebastyaniyə yoldaşlıq etmişdir.
1805-ci ildə Fətəli şah Qacar ilə ittifaq qurmaq məqsədilə "Jober missiyası" adı altında Qacarlar dövlətinə göndərilsə də,[7] yolda Doğubayazıt Paşası tərəfindən ələ keçirilərək dörd ay susuz quyuda saxlanıldı. Paşa öldükdən sonra Joberə getməyə icazə verdilər. O, öz missiyasını uğurla başa vurdu və 1807-ci ildə Varşava hersoqluğunda Napoleona qoşuldu. Amedey Jober 27 aprel 1807-ci ildə franko-fars ittifaqını yaradan Finkenşteyn müqaviləsinin müzakirəsi məqsədilə Finkenşteyn sarayında iştirak etmişdi.[8] 1809-cu ildə Niderland Kral İnstitutunun müxbir üzvü olmuşdur.[9]
Napoleon hakimiyyətinin süqutu ərəfəsində Konstantinopolda müvəqqəti işlər vəkili təyin edildi.
Burbon restavrasiyası ilə Joberin diplomatik karyerası başa çatdı, ancaq hökumətin dəstəyi ilə 1818-ci ildə Tibetə səfər edərək 400 Kəşmir keçisini Fransaya gətirib tanıtdırmağa nail oldu. Jober ömrünün qalan hissəsini təhsil, yazıçılıq və müəllimliklə keçirdi. Kollec de Fransda fars dili üzrə professor kimi fəaliyyət göstərmişdir. İNALCO-nun direktoru, 1841-ci ildə Dövlət Şurasının üzvü olub. Parisdə vəfat edib.
"Asiya qəzeti"ndəki (fr. Journal Asiatique) məqalələri ilə yanaşı, Voyage en Arménie et en Perse və Elements de la grammaire turque kitablarının müəllifidir.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Pierre Amédée Emilien Probe Jaubert // Annuaire prosopographique : la France savante.
- Bauer P. Deux siècles d'histoire au Père Lachaise (fr.). Versailles: 2006. P. 433. ISBN 978-2-914611-48-0
- list of professors at Collège de France.
- "Friends and rivals in the East by Alastair Hamilton p.230ff". 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-07.
- Hamilton, Alastair; Groot, Alexander H. de; Boogert, Maurits H. van den. Friends and rivals in the East: studies in Anglo–Dutch relations in the Levant from the seventeenth to the early nineteenth century. BRILL. 2000. 230ff. ISBN 978-90-04-11854-6. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-07.
- Napoleon and Persia: Franco-Persian relations under the First Empire by Iradj Amini p.76ff
- Napoleon and Persia: Franco-Persian relations under the First Empire by Iradj Amini p.101ff
- "P.A.E.P. Jaubert (1779 - 1847)". Royal Netherlands Academy of Arts and Sciences. 6 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 July 2015.