Putorana qoruğu

Putorana Dövlət Təbiət QoruğuPutorana platosu daxilində, Orta Sibir yaylasında Taymır yarımadasının cənubunda yerləşir. Qoruğun ərazisi 1 887 251 ha-dır ki, bununda 1 773 300 ha[1] ərazisi qorunandır.

Putorana qoruğu
rus. Путоранский заповедник
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu)
Sahəsi 1887000 ha
Yaradılma tarixi 20 dekabr 1988
Yerləşməsi
68°52′34″ şm. e. 94°48′36″ ş. u.
Ölkə  Rusiya
platoputorana.ru
Putorana qoruğu xəritədə
Putorana qoruğu
Putorana qoruğu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
YUNESKO-nun bayrağı YUNESKO-nun Ümumdünya irsi,
obyekt № 1234
ing.rus.fr.

Xüsusiyyətləri

Qoruq 15 dekabr 1988-ci ildə təsis edilmişdir. Qoruğun cəmi 28 işçisi vardır. İnzibati cəhətdən qoruq Norilsk (Krasnoyarsk diyarı)[2] ərazisində yerləşir. 30 mart 2013-cü ildə Böyük Arktika qoruğu ilə birlikdə «Taymır qoruğu» ilə birləşmişdir[3].

Qoruğun təyinatı

Qoruğun yaradılmasında əsas hədəflər:

  • Dağ-göl-meşə lanşaftının qorunması;
  • Özünəməxsus bitki aləminin qorunması;
  • Nadir heyvanların qorunması (Xüsusi ilə Qar qoyununun Putoran yarımnövünün qorunması. Yarımnöv SSRİ və Rusiyanın Qırmızı kitabına daxil edilmişdir.);
  • Dünyada ən böyük Şimal maralı papulyasiyasının qorunub artırılması. Bu canlıların qışlağı qoruq ərazisində yerləşir[2].

Ümumdünya irsi

Qoruğun ərazisi 2010-cu ilin avqust ayında YUNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir[4]. Bu qərarın verilməsinə səbəb bu ərazidə subantarktik və arktik qurşağın toqquşduğu yerdə Tayqa, MeşətundraArktik səhralar bir-biri ilə kəsişir. Üstəlik zəngin çay və göl şəbəkəsinə malikdir. Burada dünyada ən böyük Şimal maralı sürülərinin olması digər diqqəti cəlb edən xüsusiyyətdir.

İstinadlar

  1. "Putoran Dövlət Təbiət Qoruğu". 2010-09-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.
  2. "Putoran Qoruğu". 2010-09-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.
  3. "Birləşdirildi". 2013-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.
  4. "Putorana Plateau — UNESCO World Heritage Centre". 2017-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.

Ədəbiyyat

  • Баранова,М, Борода,В. «В горах и тайге в обнимку не ходят» //газета «Вечерний Красноярск». — 2005. — № 42.
  • Горшков, В. «Путоранский дневник» // Страна Сибирь. — 2008. — № 3.
  • Зайцев, В. «Страна Путорана» // Вокруг света. — 2001. — № 4.
  • «Затерянный рай» //газета «Вечерний Красноярск». — 2001. — 14 декабря.
  • Пестряков, Б. «Заповедный мир Путорана» //газета «Наш край». Красноярск — 2000. — № 24.
  • «Природное наследие России». — М.: Совет Гринпис, 2000. — 215 с.
  • Чернобылец, А. «Выживание на голом асфальте» // Эксперт-Сибирь. — 2006. — №

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.