Bənövşəyi güləbətin
Bənövşəyi güləbətin (lat. Pulsatilla violacea) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin güləbətin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c. Azərbaycanın nadir növüdür.
Bənövşəyi güləbətin | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Dəstə: Fəsilə: Yarımfəsilə: Ranunculoideae Triba: Anemoneae Cins: Növ: Bənövşəyi güləbətin |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Qısa morfoloji təsviri
Çoxillik ot bitkisidir. Gövdəsi sadədir, 5-20 sm hündürlükdədir, yarpaqlarla birlikdə yumşaq tüklüdür. Kök üzərində olan yarpaqlar çiçəklərlə birlikdə əmələ gəlir, uzunsov, ikiqat lələkvari yarılmış xətvari, qısa, itiləşmiş hissələrə ayrılmışdır. Çiçəklər bənövşəyi, bəzən də ağımtıl rənglidir. Çiçəkyanlığının yarpaqları ellipsivari və ya tərsyumurtavari, uzunsov, 3 sm-ə qədər uzunluqdadır. Meyvələrin saplağı tükcüklü, 2-3 sm uzunluqdadır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
Çiçəkləməsi may-iyun aylarına təsadüf edir. Orta dağ qurşağından yuxarı dağ qurşağına qədər meşə talalarında, meşə kənarlarında, kolluqlarda rast gəlinir.
Yayılması
Kiçik Qafqazın şimal, cənub, mərkəzi hissələri və Naxçıvanın dağlıq hissəsi.
Sayı və tendensiyası
Fraqment şəklində rast gəlinən areallarında saylarının azalması müşahidə olunur.
Məhdudlaşdırıcı amillər
Antropogen amillər (əsasən yay otlsaqlarının sistemsiz otarılması və biçənək kimi istifadə edilməsi).
Mühafizə tədbirləri
Yayıldığı ərazilərin nəzarətə götürülməsi, axtarış monitorinqlərinin aparılması, toxumla çoxalan bitki olduğundan lazımi miqdarda toxum ehtiyyatının toplanılması təklif olunur.
Sinonimləri
Pulsatilla georgica Rupr.