Pul bazarı

Pul bazarı (ing. money market) — bir ilədək müddətə vəsaitlərin verilməsi ilə bağlı iqtisadi münasibətlər sistemi. Pul bazarı kapital bazarı ilə birlikdə maliyyə bazarının bir hissəsidir.[1] Pul bazarı alətlərinin xüsusiyyəti aşağı maliyyə riskidir.

Pul bazarını aşağıdakılara bölmək olar[2]:

  1. Qısamüddətli qiymətli kağızlar bazarı;
  2. Banklararası kreditlər bazarı;
  3. Avrovalyuta bazarı.

Pul bazarının iştirakçıları

Pul bazarının iştirakçıları aşağıdakılardır:

  • pul borc verənlər
  • müəyyən şərtlərlə pul götürən borcalanlar
  • maliyyə vasitəçiləri.

Vəsaitlərin verilməsi maliyyə vasitəçiləri olmadan da mümkündür[2]..

Pul bazarında kreditorlar və borcalanlar kimi[1]:

  • Banklar;
  • Bank olmayan kredit təşkilatları;
  • Müxtəlif növ müəssisə və təşkilatlar — hüquqi şəxslər;
  • Fiziki şəxslər;
  • Müəyyən orqan və təşkilatlar tərəfindən təmsil olunan dövlət;
  • Beynəlxalq maliyyə təşkilatları;
  • Digər maliyyə institutları.

Pul bazarında maliyyə vasitəçiləri bunlardır:

  • Banklar;
  • Birja bazarının peşəkar iştirakçıları:
  • Brokerlər;
  • Dilerlər;
  • idarəetmə şirkətləri;
  • Digər maliyyə institutları.

Pul bazarı iştirakçılarının maraqları pul bazarının müxtəlif maliyyə alətləri ilə əməliyyatlardan gəlir əldə etməkdir. Kreditorlar köçürülən məbləğ üzrə faiz şəklində gəlir əldə edirlər. Borcalanlar borc vəsaitlərinin istifadəsindən əldə etdikləri əlavə mənfəət şəklində gəlir əldə edirlər. Maliyyə vasitəçiləri pul vəsaitlərinin cəlb edilməsi və yerləşdirilməsi üçün komissiya və ya faiz dərəcələri arasındakı fərq şəklində gəlir əldə edirlər.

İstinadlar

  1. Финансы и кредит: Учебник / Под ред проф. М. В. Романовского, проф. Г. Н. Белоглазовой. — М: Высшее образование, 2006
  2. Финансы: Учебник / Под ред. В. В. Ковалева М: ТК Велби, Изд-во Проспект, 2004
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.