Psxu

Psxu (gürcücə: ფსხუ, Pskhu; abxazca: Ҧсҳәы, Ps'hwy; rusca: Псху, Pskhu) — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd.

Psxu
43°23′23″ şm. e. 40°48′48″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 760 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 136 nəf. (1989)[1]
Psxu xəritədə
Psxu
Psxu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

2005-ci il əhalinin siyahıyaalınmasına görə, kəndin əhalisi 150 nəfərdən ibarət olmuşdur. Əhalinin əksəriyyətini etnik ruslar təşkil edir. Kənd coğrafi baxımdan Böyük QafqazBzyb dağ silsilələrinin arasında yerləşən kəndlə eyni ada malik vadidə yerləşir. Bzyb çayı və digər çox saylı çaylar kəndin yaxınlığından axır. Kəndin də daxil olduğu vadi abazinlər tərəfindən məskunlaşdırılmışdır. Abazinlər ruslara ən sonda tabe olmuş Qafqaz xalqıdır və etnik baxımdan adıqlarla, abxazlara yaxındırlar. 1864-cü ildə onların torpaqlarının Rusiya tərəfindən işğal edilməsindən sonra müharibədən sağ çıxanların demək olar ki hamısı Osmanlı imperiyasına getdilər. Yerdə qalan kəslər isə Qara dəniz sahilində Osmanlı imperiyasına gedərkən yolda aclıqdan və ya malyariyadan həyatlarını itirdilər.[2]

Psxu kəndi II Dünya müharibəsi zamanı almanlar tərəfindən ələ keçirilmiş yeganə Cənubi Qafqaz kəndidir. Bu 1942-ci ilin payızında, Qafqaz döyüşü zamanı baş vermişdi.[3]

Kəndin yaxınlığında yerləşdirilən kiçik hidro-elektrik enerji stansiyası kəndi elektrik enerjisi ilə təmin edir. Kəndin, həmçinin otla örtülmü. kiçik hava limanı da vardır. Bu hava limanından nadir hallarda istifadə edilir. Ondan adətən, turistlər və ya kənd əhalisi yararlanır.

Kəndin ərazisində qədim dövrlərdən bəri yaşam olduğu üçün tarixi abidələr də çoxdur. Xeyli sayda dolmenlər və orta əsrlərə aid tarixi abidələrin qalıqları kəndin yaxınlığındakı meşələrdə yerləşir. Kəndin yaxınlığında yerləşən İnal-Quba (Psxu-Nuxa) dağında Abxaz xalqının yeddi müqəddəs abidələrindən biri yerləşir.

Qedy etmək lazımdır ki, abxazların iddialarına görə, böyük çərkəz hökmdarı olan İnalın məzarı bu İnal-Quba dağında yerləşir. Bir çox qaynaq bu iddianı təstiqləsə də, bölgədə aparılan araşdırmalar və axtarış işləri İnalın məzarının burada yerləşmədiyini göstərmişdir.

Əhali

2011-ci il hesablamalarına görə, Psxuda 189 nəfər əhali yaşayır. Onların 91 faizi rus, 9 faizi isə abxazdır.[4]

Həmçinin bax

İstinadlar

  1. http://pop-stat.mashke.org/abkhazia-census.htm.
  2. Бэла Джемакулова, КАВКАЗСКАЯ ВОЙНА И ЕЕ ПОСЛЕДСТВИЯ Arxivləşdirilib 2012-02-18 at the Wayback Machine
  3. Grechko, Andrei. Battle for the Caucasus. University Press of the Pacific. 2001. 143–144. ISBN 978-0-89875-396-7. (whole book in Russian Arxivləşdirilib 2020-10-28 at the Wayback Machine)
  4. 2011 Census results
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.