Psevdomorfozlar

Psevdomorfozlar - mineralogiyada mineralı təşkil edən maddəyə yad olan, zahiri kristalloqrafik formalı fərdlər. Əvvəlki mineralın sonradan həll olub çıxması nəticəsində yaranan boşluqların doldurulması (doldurma psevdomorfozlar) və ya əvvəldən yaranan mineralın formasını saxlamaq şərtilə kimyəvi əvəzolunma nəticəsində əmələ gəlir. Bu halda əvəz edən mineralın bir hissəsi əvəz olunanın tərkibinə daxil ola bilər. Əvvəlki maddə tam əvəz olunduqda sıxışdırılıb çıxarılma psevdomorfozlar adlanır. Üzvi qalıqlar üzrə də mineral psevdomorfozlar rast gəlir. Psevdomorfozlar mineralın mənşəyini göstərən mühüm kriterilərdən biridir.

Həmçinin bax

Mənbə

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.