Prusslar

PrusslarBaltik dənizinin cənub sahilində, VislaNeman çaylarının aşağı axarları arasında yaşamış tayfalar qrupu, xalq. Qədim prussların maddi mədəniyyətləri onlara dilcə qohum olan letto-litvalılar və slavyanların mədəniyyətinə oxşardır. Prussların adları mənbələrdə IX əsrdən çəkilir. Prusslar Polşa və Rusiya ilə ticarət əlaqələri saxlamışlar. 1283-cü ildə Roma papasının və alman feodallarının köməyi ilə Tevton ordeni prussların torpaqlarını işğal etdi. İşğalçılar prussların əksəriyyətini qırdılar, qalanları isə tədricən almanlaşdı. Prussiyanın adı prusslardan götürülmüşdür.

Prusslar
Yaşadığı ərazilər
Baltik dənizinin cənub sahilində, VislaNeman çaylarının aşağı axarları

Mənbə

  • ASE, VIII cild, Bakı, 1984-cü il, səh. 31
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.