Prunus serrulata
Prunus serrulata (lat. Prunus serrulata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Prunus serrulata | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Amygdaleae Cins: Növ: Prunus serrulata |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
Təbii halda Şimali Qafqazda çöl, meşə-çöl zonalarında yayılıb.
Botaniki təsviri
Hündürlüyü 2 m olan, dağınıq çətirə malik koldur. Yaşlı budaqları tünd boz, düz dayanan və ya aşağıya sallanandır. Cavan zoğları tünd qonur, bəzən yaşımtıl, çılpaq və ya bir az tüklüdür. Yarpaqlarının uzunluğu 5 sm, eni 2,5 sm olmaqla uzunsov-ellipsvari və ya yumurtaşəkillidir. Ucu biz və ya küt, kənarları dişli, hər iki tərəfdən çılpaq, üstü tünd yaşıl, alt hissəsi isə açıq yaşıldır. Saplaqları qısa — 3–15 mm, vəziciksizdir. Aprel-may aylarında çiçəkləyir. Çiçəkləri ağ rəngli, diametri 12–18 mm-dir. 3–4 ədəd çiçəyi çətirvari çiçək qrupunda, bəzən isə tək-tək yerləşir. Çiçək saplağının uzunluğu 15–30 mm-dir, uzanaraq 40 mm-ə çatır. Həşəratlarla tozlanır. Meyvəsi iyul-avqustda yetişir. Meyvələri kürə formalı və ya yumurtaşəkilli, diametri 8–10 mm, ucu biz, tünd qırmızı rəngli, sulu, dadı turş və ya şirin olmaqla lətlidir. Çəyirdəyi hamar, şarşəkillidir. Toxum, kök pöhrələri və yay qələmlərlə çoxaldılır. Toxumlar səpinqabağı 4–5 ay 3–50C temperaturda stratifikasiya edilməlidir.
Ekologiyası
Quraqlığa, qaza davamlı, torpağa və rütubətə az tələbkardır. Mezokserofit, işıqsevən bitkidir, şam və tozağacı meşələrində, çəmənlərdə bitir.
Azərbaycanda yayılması
Böyük Qafqazda, Quba rayonu sahəsində təsadüf edilir.
İstifadəsi
Yeməli, dekorativ və bal verən bitkidir. Meyvələri təzə halda qənnadı məmulatlarının hazırlanmasında istifadə edilir. Bu növdən qiymətli, soyuğa və quraqlığa davamlı albalı sortlarının alınması üçün seleksiya materialı kimi geniş istifadə edilir.