Proxladnenski rayonu
Proxladnenski rayonu (kab.-çərk. Прохладнэ куей / Прохладнэ район, qaraç.-balk. Прохладна район[4]) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Proxladnı şəhəridir (rayonun ərazisinə daxil deyil).
Proxladnenski rayonu | |||||
---|---|---|---|---|---|
Прохладнэ куей / Прохладнэ район[1] | |||||
|
|||||
43°45′00″ şm. e. 44°01′59″ ş. u. |
|||||
Ölkə | |||||
İnzibati mərkəz | Proxladnı | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 1937 | ||||
Sahəsi |
|
||||
Hündürlük | 307 m | ||||
Saat qurşağı |
|
||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | 86631 | ||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
Proxladnenski rayonu Kabarda-Balkariya Respublikasının şimal-şərq hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: cənubda Mayski və Urvan rayonları, qərbdə Baksan rayonu, şimalda Stavropol diyarının Kirov və Kursk rayonları, şərqdə Şimali Osetiyanın Mozdok rayonu. Proxladnenski rayonunun sahəsi 1,341.97 km²-dir. Rayon mərkəzindən respublikanın paytaxtına olan (Nalçik) məsafə 57 km-dir.
- Hidrologiya
Rayon ərazisindən axan iri çaylar: Malka, Baksan , Kurkujin, Baksanyonok, Qeduko, Şakoy və bir çox kiçik çaylar. Rayonda inkişaf etmiş suvarma kanalları və kanalların tənzimlənməsi üçün istifadə olunan süni su anbarları şəbəkəsi mövcuddur. Rayonun ən böyük kanalları bunlardır: Lenin adına kanal, Pravoberejnı kanalı və Proxladnenski kanalı.
- İqlim
Rayonun iqlimi bütövlükdə respublikanın düz zonasında rütubətli mülayimdir. Yay aylarında havanın temperaturu + 27 ... + 35 ° C-ə çatır, qışda temperatur -25 ° C-ə qədər enə bilər. Lakin nadir hallarda −10 ° C-dən aşağı düşür. Rütubətliyin azlığı ilk növbədə Proxladnenski rayonunun şərq hissəsindən isti küləklərə məruz qalması ilə əlaqədardır. Bu istiqamətdə Noqay çölü və Xəzər ovalığı üzərində formalaşan hava hakim olur.
- Minerallar
Proxladnenski rayonunda gil, qum , çınqıl və tikinti qumu, həmçinin kəşfiyyatla sübut olunmuş neft yataqları vardır.
Tarixi
22 mart 1924-cü ildə Kabardin MV Rəyasət Heyətinin qərarı ilə Baksan rayonunun bölünməsi nəticəsində Primalka dairəsi təşkil edilir. 10 kənd sovetliyi yeni yaradılan dairəyə verilir.
1931-ci ildə Primalka dairəsi Primalka rayonuna çevrilir.
1932-ci ilin martında Proxladnenski rayonu ləğv edilir. Proxladnenski rayonunun kənd məclisləri: Yekaterinograd, Priblizhnenski, Soldatski və Prokladnenski kənd sovetlikləri Kabarda-Balkariya Muxtar Vilayətinin Primalka rayonuna verildi. Kanovski, Rostovanovski və Eyqenqeymov kənd sovetlikləri və Baltiyski Raboki taxıl sovxozu bir hissəsi Mozdok rayonuna verildi
Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin[5] 29 dekabr 1937-ci il tarixli və Kabarda-Balkariya MSSR İcraiyyə Komitəsi Rəyasət Heyətinin 7 yanvar 1938-ci il tarixli qərarı ilə Proxladnenskİ rayonu KBMSSR-in tərkib hissəsi olaraq bərpa edildi. Buraya əvvəllər Primalka rayonuna daxil olan yaşayış məntəqələri, həmçinin Proletarian kənd sovetliyi və Primalka taxılçılıq təsərrüfatı daxil oldu.
KBmSSR Ali Sovetinin Rəyasət Heyətinin 29 sentyabr 1959-cu il tarixli Fərmanı ilə Proxladnenski rayonu əvvəllər ləğv edilmiş Primalka rayonuna verildi.
1963-cü ildə Proxladnenski rayonu Proxladnenski kənd rayonuna çevrildi.
1965-ci ildə Proxladnenski kənd rayonu yenidən Proxladnenski rayonuna çevrildi və əvvəlki sərhədlərinə bərpa edildi. Elə həmin il Respublika daxilində Proxladnenski şəhər dairəsi təşkil edilir. Nəticədə dairə rayondan ayrılır. Bununla belə Proxladnı şəhəri Proxladnenski rayonunun inzibati mərkəzi olaraq qalır.
2005-ci ildə rayonda kənd idarələri ləğv edildi və kənd yaşayış məntəqələri statusuna malik 19 bələdiyyə qurulur.
Əhali
- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[6]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
ruslar | 24 672 | 54,18 % |
kabardinlər | 12 792 | 28,10 % |
türklər | 2 488 | 5,46 % |
balkarlar | 1 196 | 2,63 % |
ukraynalılar | 609 | 1,34 % |
qaraçılar | 538 | 1,18 % |
osetinlər | 478 | 1,05 % |
digərləri | 2 455 | 5,39 % |
milliyyətini bildirməyənlər | 305 | 0,67 % |
ümumi | 45 533 | 100,0 % |
- Cins tərkibi
2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[7]:
Yaş | Kişilər, nəf. | Qadınlar, yaş. | Ümumi say. | ümumi əhaliyə olan nisbət, % |
---|---|---|---|---|
0 — 14 yaş | 4766 | 4592 | 9358 | 20,55 % |
15 — 59 yaş | 14 260 | 14 852 | 29 112 | 63,94 % |
60 yaşdan yuxarı | 2605 | 4458 | 7063 | 15,51 % |
ümumi | 21 631 | 23 902 | 45 533 | 100,0 % |
Kişilər — 21 631 nəf. (47,5 %). Qadınlar — 323 902 nəf. (52,5 %)[8].
Əhalinin orta yaşı — 36,0 yaş. Kişilərin orta yaşı — 33,9 yaş. Qadınların orta yaşı — 37,9 yaş.
İstinadlar
- http://www.prohladnenskiy.ru/index.php/selskie-poseleniya1.
- GEOnet Names Server. 2018.
- http://www.gks.ru/free_doc/doc_2019/bul_dr/mun_obr2019.rar.
- Официальный сайт Прохладненского муниципального района Кабардино-Балкарской Республики. Сельские поселения Arxivləşdirilib 2016-01-23 at the Wayback Machine См. официальные наименования муниципального образования на языках народов КБР в официальных документах органов власти сельских поселений района
- "Об образовании новых районов в Кабардино-Балкарской АССР". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-21.
- "Том4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2013-08-19 tarixində arxivləşdirilib.
- "Том 1. Таблица 2.2 Население КБР по возрастным группам и полу". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.
- "Численность населения КБР по итогам Всероссийской переписи населения 2010 года". 2016-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-11.