Proporsional seçki sistemi

Proporsional seçki sistemi (PS) — seçicilərin alt qruplarının seçilmiş orqanda mütənasib şəkildə əks olunduğu hər hansı bir seçki sistemi növü. Konsepsiya əsasən seçicilər arasında siyasi bölgülərə (siyasi partiyalara) aiddir. Bu sistemlərin əsas prinsipi ondan ibarətdir ki, onlar nəticəyə təsir etmək üçün verilən səslərin [demək olar ki] hamısından istifadə edirlər. Bu səslər yalnız sadə çoxluğun yox namizədin seçilməsinə kömək edir və sistem səslərin necə verildiyini əks etdirən qarışıq, balanslaşdırılmış təqdimat yaradır.

Səsvermə sistemləri kontekstində proporsional seçki məclisdəki hər bir nümayəndənin təxminən bərabər sayda seçici tərəfindən seçilməsi deməkdir. Yalnız partiyaların seçiminə imkan verən seçki sistemlərinin adi vəziyyətində yerlər hər bir partiyanın aldığı səs payına proporsional olaraq bölünür.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.