Propilen
Propilen (C3H6) — alken sinfinə daxil olan doymamış karbohidrogen.
Propilen | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | C3H6 |
Molyar kütlə | 42.08 q/mol |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | − 185.2 °S |
Qaynama nöqtəsi | − 47.6 °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 115-07-1 |
PubChem | 8252 |
SMILES | C=CC |
RTECS | UC6740000 |
ChEBI | 16052 |
BMT nömrəsi | 1077 |
ChemSpider | 7954 |
Xassələri
Neftin krekinq və pirolizi zamanı alınan qazlar qatışığında olur və müxtəlif sintezlər üçün işlədilir. Propilendən texnikada ikili propil spirti, aseton, qliserin və başqa maddələr almaq üçün istifadə edirlər. Son vaxtlar müxtəlif şəraitdə polimerləşdirməklə propilenin müxtəlif polimerlərini alırlar. Bun lardan tetramerpropilen benzolla kondensləşdirilir və yuyucu maddələr almaq üçün işlədilir. Daha yüksəkmolekullu polipropilen isə xüsusi növ sintetik liflər və plastik materiallar almaq üçün əhəmiyyətlidir.
Halogenlərlə reaksiyası
Hidrogenləşməsi
Pt, Pd, Ni katalizatorlarının iştirakı ilə
Su ilə birləşməsi
İzopropanol alınır.
Havada yanması
Oksidləşməsi
Ədəbiyyat
- А. И. Артеменко, Органическая химия, М.:Высшая школа — 1998
- Б. Д. Степин, А. А. Цветков, Органическая химия, М.:Высшая школа — 1994
Mənbə
- M.Mövsümzadə, P.Qurbanov "Üzvi kimya", Maarif-1983.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.