Prometeizm
Prometeizm və ya Prometeanizm (polyakca: Prometeizm) — 1918-ci ildən 1935-ci ilə qədər mövcud olmuş İkinci Polşa Respublikasının əsas dövlət xadimi Yozef Pilsudski tərəfindən başladılmış siyasi layihə. Layihənin əsas məqsədi Rusiya imperiyası və onun varis dövlətlərini zəiflətmək idi. Bu dövlətlər siyahısına Sovet İttifaqı da daxil idi. Layihə Rusiya və Sovet İttifaqı sərhədləri daxilində yaşayan əsas qeyri-rus xalqların millətçilik hərəkatlarını dəstəkləməyi ehtiva edirdi.[1]
Dünya müharibələri arasında Prometeizm və Pilsudskinin "İntermarium federasiyası" kimi digər konsepsiyaları onun və bəzi siyasi varisləri üçün bir-birini tamamlayan iki geosiyasi strategiya təşkil edirdi. İddia edilir ki, Pilsudski təkcə Polşa milli dövlətini deyil, Şərqi Avropanın böyük gücü kimi Rusiyanı əvəz edəcək Polşanın himayəsi altında daha böyük xalqlar federasiyası qurmağa ümid edirdi. Buraya Litva, Belarusiya və Ukrayna da daxil olmalı idi. Onun planı parçalanmış və əhəmiyyətli dərəcədə gücsüzləşdirilmi Rusiya yaradılmasını nəzərdə tuturdu və mütləq hərbi qələbəyə qədər danışıqları rədd edirdi.[2]
"Prometey" hərəkatı yaradılmasının ilk təəssübkeşlərindən biri Başqırdıstan Respublikasının ilk rəhbəri olmuş (1917, noyabr) Əhməd Zəki Validov-Toğan idi. 1923-cü ildə o, Parisə gəldikdə Mustafa Çokayoğlu, Əlimərdan bəy Topçubaşov və Səbri Maqsudi ilə tanış olur. 1924-cü ilin iyununda o, Polşa hökumətinin rəsmi nümayəndəsi olan cənab Stempovski ilə görüşür. Bu görüşdə Fransada "Prometey" jurnalının yaradılması qərara alınır. Jurnalın redaksiya heyəti daimi müəllifləri tərkibinə Qafqazın, Türküstanın və Ukraynanın aşağıdakı görkəmli xadimləri daxil oldular: Məhəmməd Əmin Rəsulzadə, Noy Jordaniya, Aleksandr Şulqin, Ayaz İshaqi, Mustafa Çokayoğlu, Miryaqub Mehdiyev və başqaları.[3]
Prometeizmin qaynaqları
Piłsudskinin prometeizmi inkişaf etdirməsinə Rusiya imperiyasının hökuməti tərəfindən Şərqi Sibirə sürgün edilərkən əldə etdiyi yaxın biliklər kömək etdi. Layihənin adı yunan mifi olan Prometeydən alınmışdır. O, Zevsə itaətsizlik eədərk odu insanlığa bəxş etmişdi və bununla da, despotik hakimiyyətə qarşı müqavimətin, aydınlanmanın simvolu hesab edilirdi.[lower-alpha 1]
Polşanın bu layihəsinin qısa tarixi 12 fevral 1940-cı ildə polyak hərbi kəşfiyyat zabiti Edmund Charaszkiewicz tərəfindən yazılmışdır. Edmundun xidməti məsuliyyətləri sırasına 1927-ci ildən Avropada müharibənin meydana çıxdığı 1939-cu ilin sentyabr ayına qədər prometeizmin kordinasiyası da daxil idi. O, bu əsəri Polşanın Nasist Almaniyası və Sovet İttifaqı tərəfindən işğalından qaçıb Fransaya sığındıqdan sonra yazmışdır. Edmund bunları yazmışdı:[4]
Prometean konsepsiyasının yaradıcı və qəlbi Marşal Pilsudski idi. O, [Pilsudski] hələ 1904-cü ildə Yaponiya hökumətinə yazdığı memorandumda Rusiyaya qarşı mübarizədə Baltik, Qara və Xəzər dənizlərinin hövzələrində məskunlaşan çoxsaylı qeyri-rus xalqlarının işə salınmasının zəruriliyini qeyd etmiş və vurğulamışdır ki, Polşa xalqı öz tarixinə, azadlıq sevgisinə və [18-ci əsrin sonunda Polşanın siyasi varlığını yox edib parçalayan üç imperiyaya] qarşı barışmaz mövqeyinə görə, şübhəsiz ki, bu mübarizədə aparıcı yer tutacaq və Rusiya tərəfindən əzilən digər xalqların azad edilməsinə kömək edəcəkdi.[5]
Piłsudskinin 1904-cü il memorandumundan əsas çıxarış belə idi:
Polşanın Rusiya dövlətinin tərkib hissələri arasında gücü və əhəmiyyəti bizi öz qarşımıza Rusiya dövlətini onun əsas tərkib hissələrinə parçalamaq və zorla bu imperiyaya daxil edilmiş ölkələri azad etmək kimi siyasi məqsəd qoymağa cəsarətləndirir. Biz bunu təkcə ölkəmizin müstəqil yaşamaq üçün mədəni cəhdlərinin yerinə yetirilməsi kimi deyil, həm də onun mövcudluğunun təminatı kimi qiymətləndiririk, çünki fəthlərindən əl çəkmiş Rusiya kifayət qədər zəifləyəcək ki, o, nəhəng və təhlükəli qonşu olmaqdan əl çəkəcək.[5]
Edmundun bildirdiyinə görə, prometean hərəkat öz köklərini hələ XIX əsrin sonlarında Rusiya imperiyasının bir çox millətlərinin ona qarşı başlanan mübarizəsindən, bu xalqların milli renesansdan almışdır. Bu renesans Rusiyanı inqilaba sürükləyən sosial prosesdən qaynaqlanırdı. İmperiyanın qeyri-rus bölgələrində yaradılmış demək olar ki, bütün sosialist partiyalar milli xarakter iddiasına sahib idi və müstəqilliyi öz gündəliklərinin ilk yerində yerləşdirmişdilər. Bu Polşada, Ukraynada, Finlandiyada, Latviyada, Litvada, Gürcüstanda və Azərbaycanda da belə idi. Bu sosialist partiyalar müvafiq olaraq öz millətlərinin müstəqilliyi üçün çalışırdılar. Bütün bu ölkələr müstəqilliyi müdafiə edən sırf milli xarakterli təşkilatlara malik olduqları halda, sosialist partiyaları məhz müstəqillik səylərinin həyata keçirilməsini Rusiyadakı ictimai hərəkatla əlaqələndirdiklərinə görə daha böyük dinamizm nümayiş etdirdilər. Nəticədə, Baltik hövzəsində yaşayan millətlər — polşalılar, finlandiyalılar, estonlar, latviyalılar və litvalılar — qələbə qazandılar və II Dünya Müharibəsinə qədər öz müstəqilliklərini qoruyub saxlaya bildilər. Qara və Xəzər dənizləri hövzəsindəki millətlər — ukraynalılar, Don kazakları, kubanlılar, krımlılar, gürcülər, azərbaycanlılar, ermənilər və şimali qafqazlılar — 1918–1921-ci illər ərzində özlərini müstəqil etməyi bacardılar, lakin Rusiya Vətəndaş Müharibəsinin gedişatı ərzində bu müstəqilliklərini qoruya bilmədilər.[6]
Edmundun yazdığına görə, 1917–1921-ci illərdə Baltik, Qara və Xəzər dənizi hövzəsindəki millətlər özlərini Rusiya hamiliyindən xilas edərkən Polşa yeganə dövlət olmuşdu ki, bu millətlər ilə aktiv şəkildə çalışmışdı. Onun sözlərinə görə, Polşa bu istəklərini həyata keçirərkən qərb koalisiyasının müqaviməti ilə qarşılaşmışdır, çünki onlar antikommunist Ağ rusları onların keçmiş Rusiyanı yenidən inşa etmə cəhdlərində himayə etmişdirlər. Edmund yazırdı ki, bununla eyni zamanda Almaniya öz işğal qüvvələri ilə Litva və Latviyada mövqelərini gücləndirmiş, Ukraynaın rəhbəri general Pavlo Skoropadskini gələcək qeyri-bolşevik Rusiya ilə mümkün federasiya məsələsində manipulyasiyaya məruz qoymuş, Almaniyanın qafqaz hegomoniyasını qurmağa çalışmışdır, halbuki bu son istək onun müttəfiqi Türkiyənin siyasi maraqlarına zidd idi. Almaniyanın əsl niyyəti nəhayət 1918-ci ildə bolşeviklərlə bağlanmış Brest-Litovsk müqaviləsində özünü büruzə verdi.[7]
"Prometey" klubunun sədri professor Stotski isə Pilsudskini belə dəyərləndirirdi:[8]
Çar quldarlığının ən ağır vaxtında, o zaman ki, artıq Ukrayna, Polşa, gürcü və tatar zadəganlığı öz şərəfini unudaraq çar general-adyutantlığına daxil olurdu, o zaman ki, Rusiyanın dövlət gücü bütün xalqları udmağa hazır idi. Onda Jozef Pilsudski güzəştsiz mübarizə şüarı ilə azad Polşa ideyasını Rusiyaya qarşı qoydu. O azad Polşa ideyası Finlandiyadan Estoniyadan Latviya və Litvadan, Ukraynadan Qafqaza qədər bütün əzilən xalqların milli ideyaları ilə əlaqələndirirdi. O, Polşanı bütün şərqi Avropadakı milli inqilabların yuxarısına qoyurdu.
1921-ci ildə Qara və Xəzər dənizləri hövzələrindəki millətlərin öz müstəqilliklərini itirməsindən dərhal sonra onlara, onların prometean (azadlıqpərəst) siyasi mühacirlərinə maddi və mənəvi dəstək verən yeganə ölkənin Polşa olmuşdu. Edmund əlavə edirdi ki, yalnız 1933-cü ilin 30 yanvarında Hitlerin hakimiyyətə gəlməsindən sonra Almaniyanın prometeist ideyalara güclü maraq göstərmışdır. Buna bənzər tərzdə italyanlar və yaponlar da müəyyən maraq göstərmişdilər. Buna baxmayaraq, burada alman təbliğatı və Polşa ilə rəqabətə baxmayaraq, Almaniyanın yanaşması prometizmin əsas ideoloji prinsiplərindən uzaq idi; alman yanaşması mahiyyət etibarilə, Edmundun sözləri ilə desək, "istənilən istiqamətdə hazırkı Alman siyasi məqsədləri üçün istismara yararlı olan elastik, fürsətçi platforma" təşkil edirdi. O vurğulayır ki, bu sahədə Polşa ilə Almaniya arasında heç vaxt təşkilati və ideoloji əlaqələr olmayıb. Polşa ilə müttəfiq olan prometean mühacirlərinin qanuni milli nümayəndələri Polşaya ciddi siyasi loyallıq nümayiş etdirmişdirlər.[9]
Prinsiplər
Edmunda görə, 1918–1939-cu illər ərzində polyak prometean rəhbərliyi ardıcıl olaraq bir neçə prinsipə əməl etmişdir. "Promethean" ideyasının məqsədi Baltik, Qara və Xəzər dənizi hövzələrində yaşayan xalqları hansı siyasi zolaqdan olursa olsun, imperialist Rusiyasından azad etmək və Rusiya təcavüzünə qarşı ümumi müdafiə cəbhəsi kimi bir sıra müstəqil dövlətlər yaratmaq idi. Hər bir prometean siyasi birlik digərlərinin siyasi suverenliyinə hörmətlə yanaşırdı. Promethean partiyaları arasında hər hansı mübahisələr bir neçə partiyanın Rusiyadan azad edilməsinə qədər dayandırılmışdı. Polşalı və ukraynalı prometeylərin qarşılıqlı razılığı ilə (bəzən ürəkdən petluristlər tərəfindən daha az səmimi şəkildə), Polşanın cənub-şərqindəki əsasən ukraynalıların məskunlaşdığı ərazilərə Polşanın daxili maraq dairəsi kimi baxılırdı və Ukrayna Promethean təşkilatının fəaliyyətindən kənarda qalırdı.[10]
Edmundun yazdığına görə, polyak prometeist rəhbərliyi rus imperializminə qarşı mübarizədə digər millətlərin prometeist birliklərini bərabər tərəfdaşlar kimi dəyərləndirirdilər. Bəzən düşünülənlərin əksinə olaraq, Edmunda görə, Polşa Baş Qərargahı müxtəlif Promethean mühacir icmalarına sadəcə olaraq təxribat məqsədləri üçün istifadə ediləcək siyasi alətlər kimi yanaşmamışdır.[11]
Prometeizm Polşanın nə sol, nə sağ, nə də mərkəz siyasi partiyaları arasında təşkilati və ya siyasi arxası yox idi. Pilsudskinin öz tərəfdaşları (polyakca:obóz Piłsudczyków) daxilində belə prometeizm müəyyn müxalifətlə qarşılanırdı. İronik olan odur ki, Pilsudskinin əsas rəqibləri olan Polşa Milli Demokratik Partiyası və digər müxalif gənclər təşkilarında prometeizm kortəbii şəkildə gündəmə gətirildi və müdafiəçiləri qazandı.[11]
Polşanın "Prometey xalqları" ilə müharibələrarası əməkdaşlığının tarixi beş dövrə bölünür.[11]
Birinci dövr (1918–1921)
İlk mərhələdə Polşa öz sərhədlərini müharibələr və referendumlar yolu ilə müəyyənləşdirdi. Şərq sərhədləri Sovet Rusiyası və Ukrayna ilə baş vermiş müharibələr, Almaniya ilə sərhəd Poznan və Sileziya üsyanları, Varmiya və Mazuridəki referendumla, cənub sərhədi refendum əməliyyatları, Cieszin Sielziyası, Spisz və Orava üstündə Çexoslovakiya ilə qısa müharibə vasitəsiylə tənzimləndi.[11]
Baltik hövzəsində Finlandiya, Estoniya, Litva və Latviya müstəqil dövlət olaraq ortaya çıxdılar. Polşa-Litva münasibətləri Polşa-Litva müharibəsindən sonra gərginləşsə də, Polşa onları tanıyan ilk ölkələr sırasında idi.[11]
Qara və Xəzər dənizləri hövzələrində bu mərhələdə Ukrayna, Krım, Gürcüstan, Azərbaycan, Don, Kuban və Şimali Qafqaz müstəqillik qazandı. Milli şüurun inkişafı və renesansının işarələri idil-Ural və Türküstan bölgələrində də ortaya çıxmağa başladı. Hər bir halda, bu işarələr Milli Məclislərin toplanması ilə məhdudlaşdırılmışdı.[12]
Prometean hərəkatının bu mərhələsində Polşa bunları etmişdi: Polşa Polşa-Ukrayna müharibəsini bitirmiş və Simon Petluranın Ukrayna Xalq Respublikası ilə 1920-ci ilin aprelindı imzalanmış Varşava razılığı ilə hərbi ittifaq formalaşdırılmış, 25 aprel 1920-ci ildə Pilsudskinin Kiyev yürüşü başlamış, Boqdon Kutylovski 1919-cu ilin fevralında polyak nümayəndəsi kimi Ukrayna Xalq Respublikasına göndərilmiş, Qafqaza polyak səfirləri akkrediyasiya edilmiş, 17 may 1920-ci ildə Millətlər Cəmiyyətində Krım Respublikasının Polşa himayəsi altına verilməsi və cəmiyyətə üzv edilməsi təklif edilmişdir.[13]
Marşal Pilsudskinin bu mərhələdə dərhal əməkdaşlığa başladığı şəxslərin sırasına Vitold Jodko, Tytus Filiboviç, Gen. Yulian Staçieviç, Pol. Valeri Slavek, Pol. Tadeuş Şaetzel, May. Czarnecki, Auqust Zaleski, Leon Vasilevski, Henrik Jozevski, Yuliusz Lukasieviç, Tadeuş holovko, Marian Szumlakovski, Jan Dabski, Miroslav Arciszevski, May. Vaclav Jedrzejevicz və Roman Knoll daxil idilər.[14]
İkinc mərhələ (1921–1923)
Prosesin ikinci mərhələsi 1921-ci ildə Polşa ilə Sovet Rusiyası arasında Riqa razılaşması ilə Polyak-Sovet müharibəsinin bitməsi ilə başladı. Razılaşmadan sonra Polşa müstəqil fəaliyyətə başladı və özünün şərq qonşuları olan Baltik dövlətləri ilə sərhədini formalaşdırdı. Qara və Xəzər dənizi hövzələrindəki dövlətlər isə öz müstəqilliklərini itirdilər və sovetlər tərəfindən ələ keçirildilər. Edmund bu prometean ölkələrin legitim hökumətlərinin və siyasi nümayəndələrinin mühacirət etməsini belə ifadə edir:[15]
- Ukrayna Xalq Respublikası hökuməti Polşaya, Fransaya və Çexoslovakiyaya
- Gürcüstan hökuməti Fransaya
- Azərbaycan hökuməti Türkiyə və Fransaya
- Kuban və Don hökumətləri Çexoslovakiyaya
- Şimali QafqazDağlı Milli Mərkəzi Türkiyəyə
- Erməni Milli Mərkəzi Fransaya
- Tatar Milli Mərkəzləri (Krım, İdil-Ural və Türküstan) Türkiyəyə, Fransaya və Polşaya
Bu mərhələdə Marşal Pilsudski hələ də hakimiyyətdə qalmaqda idi. İlk əvvəllər dövlət rəisi, daha sonralar isə baş qərərgahın rəhbəri kimi. Prometean işlərlə artıq generallar qərərgahının rəhbərləri Vladislav Sikorski və Stanislav Haller, həmçinin də baş qərərgahın ikinci şöbəsinin (kəşfiyyat şöbəsi) rəhbəri İqnasi Matuşevski də məşğul olurdu.[15]
Polşa prometean siyasi mühacirlərlə Polşa Xarici İşlər Nazirliyi vasitəsiylə əlaqə saxlamaqda idi. Mühacirlər Polşanın istanbuldakı, Buxarestdəki, Praqadakı, Tehrandakı və Parisdəki səfirlikləri vasitəsiylə həm polyak diplomatik dairələri, həm də baş qərərgahı ilə əlaqə saxlayırdılar. 1922-ci ilin əvvəllərində gürcü zabitlərin ilk qrupu mühacir gürcü hökumətinin tövsiyəsi əsasında polyak ordusunda xidmətə qəbul edildilər.[15]
Üçüncü mərhələ (1923–1926)
1923–1926-cı illəri əhatə edən üçüncü mərhələdə Pilsudski özü hakimiyyətdən getmiş, onun yerinə gələnlər isə prometean məsələsini öz gündəliklərindən çıxarmışdılar. Sovetlər muxtar respublikaların yaradılması ilə Sovet İttifaqının qeyri-rus ərazilərində İosif Stalinin millətlər proqramını həyata keçirdi, eyni zamanda bu respublikaların əhalisinin müstəqilliyə doğru son impulslarını boğdu.[16]
Polyakların mühacirlərlə olan əlaqələri davam etməkdə idi, lakin bu dəfə polyak hökumətinin razılığı və ya bilgisi xaricində. Hərbi məsələlərdə polkovnik Şaetzel, mayor Czarnecki və kapitan Henrix Suçanek-Suçeçki, Daxili İşlər Nazirliyi və Xarici İşlər Nazirliyinin millətlər bölməsinin rəhbərləri ilə, şərq bölməsinin rəhbəri Yuliusz Lukasieviçlə əlaqələr saxlanılırdı. Polşa hökumətinin rəsmi münasibətinə istisna həm xarici işlər naziri Aleksandr Skrzinski, həm də Baş Qərargah rəisi general Stanislaw Haller tərəfindən dəstəklənən gürcü prometizminə aid idi.[16]
Dördüncü mərhələ
1926-cı ildən 1932-ci ilə qədər davam etmiş dördüncü mərhələ may ayında Pilsudskinin çevriliş ilə hakimiyyəti ələ alması hadisəsindən başlayaraq 1932-ci ildə Polyak-Sovet Hücum Etməmə Paktının imzalanması ilə bitmişdir. Bu mərhələ Polşa hökumətinin mühacir prometean təşkilatlarla geniş, müəyyən edilmiş və yaxşı təşkil edilmiş şəkildə işlədiyi dövr kimi xarakterizə edilir.[16]
1927-ci ildə Polşa Xarici İşlər Nazirliyi və Baş Qərargahında Prometey probleminə rəsmi təşkilati forma verildi. Əvvəlki dövrlərdə prometeizm müxtəlif yüksək səviyyələrdə ələ alınırdı, lakin heç bir rəsmiyyətə sahib deyildi. İndi prometey məsələsini siyasi cəhətdən təmsil edən Polşa Xarici İşlər Nazirliyi ilə Baş Qərargah arasında və dolayısı ilə iştirak edən Hərbi İşlər və Daxili İşlər nazirlikləri (Hərbi Nazirlik, xarici müqaviləli zabitlərlə; Daxili İşlər Nazirliyi daxili Polşa-Ukrayna işləri ilə) arasında sıx koordinasiya quruldu.[16]
Ümumi prometean məsələləri
Bunlardır:[17]
- Varşavada Şərq İnistitutu yaradıldı. İnistitutda Yaxın və Uzaq Şərq araşdırılır və inistitutdan prometean məsələr üçün siyasi alət kimi istifadə edilirdi.
- Şərq İnstitutunda, Krakov, Vilnüs və Harbində ofisləri olan, ümumi Prometey işlərinə həsr olunmuş gənclər təşkilatı olan Şərqşünas Gənclər Dərnəyini yaradıldı.
- Promethean işlərinə həsr olunmuş rüblük Wschód (Şərq) jurnalı yaradıldı.
- Varşava, Vilnüs, Poznan, Krakov, Paris, Berlin və Qahirədə prometean tələbələri üçün akademik təqaüdləri yaradıldı.
- Varşava, Paris, Helsinki və Harbində prometean klublar yaradıldı.
- Promethee and Prometheus; adlı Varşava və Parisdə fəaliyyət göstərən təbliğat (aylıq) jurnalları yaradıldı.
- Parisdə France-Orient ilə əməkdaşlıq əlaqələri quruldu.
Ukrayna məsələləri
Ukrayna Xalq Respublikası üçün hərbi qərargahın, o cümlədən təşkilati-əməliyyat bölməsinin (Polşa generalı Yulian Stachiewicze tabeliyində), kəşfiyyat bölməsinin (Polşanın II bölməsinə tabeliyində) və təbliğat bölməsinin (Polşa Baş Qərargahının tabeliyindəki Z ofisi çərçivəsində) təşkil edildi:[17]
- Polşa ordusuna petlurist ukraynalı zabitləri müqaviləli hərbçilər kimi cəlb edildi.
- Üç bir-birindən ayrı mətbuat agentlikləri yaradıldı: Varşada "A. T. E.", Parisdə "Ofinor" və Buxarest "Ukraintag".
- Polyak-Ukraynalı Bulleteni yaradıldı.
- Varşavada Ukraynanı Öyrənmə İnistitutu yaradıldı.
- Avropa ölkələrindəki petlurist mühacir mərkəzlərini kordinasiya etmək üçün Ümumi Ukraynalı Şurası yaradıldı.
Bu mərhələdə Ukraynanın prometean məsələlərində iki fundamental hadisə baş verdi:[17]
- 26 may 1926-cı ildə Parisdə — Edmundun yazdığına görə, Sovet təşəbbüsü əsasında — Ataman Semyon Petlyura qətlə yetirildi.
- 1930-cu ildə Kiyevdə Ukraynada Ukrayna Xalq Respublikası Hökuməti ilə əlaqədə olan gizli milli təşkilatın mövcudluğunu nümayiş etdirən Sergey Yefremovun məhkəməsi.
Qafqazla bağlı məsələlər
Bunlardır:[18]
- Türkiyədə və İranda Azərbaycan, Gürcüstan və Qafqaz Dağlıları ilə əlaqələr üçün ofislər yaradıldı. Gürcü təşkiları öz ölkəsinə təxminən 20 ekspedisiya təşkil etmiş və Qafqaz Dağlıları Mərkəzi ən azı aylıq olaraq öz ölkələri ilə davamlı əlaqələr saxlamışdırlar.
- Qafqaz Milli Komitəsi yaradıldı və Qafqaz Konfederasiyası üçün konstitusiya formalaşdırıldı.
- Polşa hökuməti Azərbaycan, Gürcüstan və Dağlıların legitim hökumətlərinin referansları əsasın bu ölkələrin hərbçilərini polyak ordusuna müqaviləli hərbçilər kimi xidmətə götürdü.
Bu mərhələdə Qafqazın prometean məsələlərində bu mühüm hadisələr baş vermişdir:[19]
- 7 dekabr 1930-cu ildə Noy Ramişvili Parisdə Sovet İttifaqı tərəfindən qətlə yetirildi.
- 1930-cu ildə Tiflisdə keçirilən gürcü kommunistlərinin qurultayında "Qafqazın sovet qubernatoru" Şalva Eliavanın Qafqazda milli hərəkatın Qafqaz Milli Komitəsinin təsiri altında olması barədə bəyanatları səsləndirildi.
Qafqazda, xüsusən də Azərbaycanda artan inqilabi fəalliq bütün Qafqaz milli elementlərini əməkdaşlığa cəlb edirdi.[19]
İdil-Ural və Türküstan məsələləri
- İdel-Uralda, Krımda və Türküstanda müstəqillik tərəfdarı təbliğatının inkişafı və Prometey mətbuatına qarşı gərgin sovet təbliğatı formalaşdı.
- Mühacirlər öz ölkələri ilə əlaqələr yaratdılar.
- Bu bölgələrin nümayəndələri 1931-ci ildə Qüdsdə keçirilən Dünya Müsəlman Konqresində birbaşa iştirak etdilər. Siyasi baxımdan Şeyx Şamılın nəvəsi və Qafqaz Dağlılarını təmsil edən Səid Şamılın və Kazan Tatar ziyalılarını təmsil edən Ayaz İshakinin iştirakı konqresi sovetlər əleyhinə çevirdi. Bu mərhələdə, Xüsusən Misir və Ərəbistan intensiv anti-sovet təbliğatına başlamışdı. Səid Şamil konqresin icraiyyə mərkəzinin katibi seçildi.[19]
Edmund qeyd edir ki, Krımla bağlı siyasi hadisələrdə sovetlər tərəfindən ölüm hökmünə məhkum edilmiş Vəli İbrahimin məhkəməsi "Vallenrodizm" nüanslarını üzə çıxarmışdır. Stalinlə əməkdaşlıq etmiş, onun millətlər üzrə komisarlığı zamanı köməkçiliyini etmiş Sultan Qaliyevin məhkəməsi hadisəsində olduğu kimi bunlar Volqa tatarlarının və Türküstan xalqlarının sovet hökumətinə qarşı mübarizədə istifadə etdikləri üsulları açıqladı.[20]
Kazak məsələləri
Bir çox kazak mühacir qrupları arasında separatçı hərəkatı stimullaşdırmağa kömək edən uğurlu kampaniya aparıldı. Bu, Ağ Rus mühacir sıralarına əhəmiyyətli bir siyasi təxribat gətirdi.[21]
Bu prometeist dövr də hərəkatdan asılı olmayan, lakin son nəticədə bununla bağlı rol oynayacaq bir inkişafın şahidi oldu. Həm Almaniya, həm Çexoslovakiya, həm də Litva tərəfindən dəstəklənən OUN (Ukrayna Millətçiləri Təşkilatı) Polşada təxribat fəaliyyətini gücləndirdi. Polşanın cənub-şərqində OUN döyüş bölmələrinin üzvləri tərəfindən Polşa icmasına və hökumətinə qarşı bir çox müsadirə və təxribat aktları həyata keçirildi. Bu da öz növbəsində Polşa hakimiyyətinin Polşa-Ukrayna icmasına qarşı "sakitləşdirmə" əməliyyatlarına səbəb oldu.[21]
Edmund bildirir ki, bu "sakitləşdirmə" əməliyyatları heç vaxt Polşa prometean rəsmiləri ilə əvvəlcədən müzakirə edilməmişdir. Xarici İşlər Nazirliyi və Baş Qərargahdakılar prometeanın fəaliyyətini daha da çətinləşdirən bu əməliyyatlardan məmnun qalmadılar.[21]
Polşalı və ukraynalı Prometeistlərə ən böyük şok 29 avqust 1931-ci ildə Truskaviecdə Tadeuş Holovkonun Ukrayna Millətləri Təşkilatı tərəfindən qətlə yetirildiyi zaman oldu.[22]
Edmund, Polşanın öz azlıqları, xüsusən də ukraynalılar (müharibələrarası Polşanın cənub-şərqində əksəriyyətində çoxluq təşkil edirdi) ilə bağlı bütün çətinliklərini xarici, xüsusən də alman təsirlərində günahlandırmaq fikrindən uzaqdır. O, Polşanın azlıqlarla bağlı "planlı, ardıcıl və konstruktiv daxili siyasətinin olmadığını" iddia edir. Bu çatışmazlıq, hər beşinci vətəndaşının (yəni altı milyon nəfərin) ukraynalı olan Polşanın prometean səyləri üçün yaxşı heç nə vəd edə bilməzdi.[23]
Üstəlik, Sovet İttifaqı Polşanın daxili qarışıqlığından eyni dərəcədə, 1921–31-ci illərdə isə almanlardan daha çox istifadə etməyə çalışırdı. Polşanın şərq sərhədləri boyunca sovetlərin yaratdığı kommunist təbliğatı Polşa ukraynalılarının Sovet İttifaqına yönəlmiş və Sovet Ukraynası sevgiisindən qaynaqlanan rəğbəti ilə qarışaraq Polşanın vəziyyətini daha da çətinləşdirirdi. Bu əhvali-ruhiyyə 1933–1938-ci illərin sonrakı kütləvi Sovet köçürmələri, həbsləri, edamları və aclıqlarına qədər davam edəcəkdi.[23]
1926–1932-ci illər prometean işlərində çoxlu sayda polyakların iştirakı ilə əlamətdar oldu:[24]
- Xarici İşlər Nazirliyində: Tadeuş Holovko, Tadeuş Şaetzel, Stanislavv Hempel, Adam Tarnovski, Miroslav ARciszevski, Roman Knoll, Yuliusz Lukasieviç, Marian Szumlakovski, Stanislav Zacviliçovski, Jan Gavronski, Ziqmunt Mostovski, Vladislav Zaleski, Kazimierz Marian Viszinski, Karol Dubiç-Penter, Vladislav pelc, Ksavery Zalevski, Vladislav Volski, Piotr kurnicki, Vaclav Knoll.
- Baş Qərərgahda: Briqada Generalı Yulian Staçieviç, Polkovnik Tadeuş Şaetzel, Polkovnik Tadeuş Pelçinski, Polkovnik Jozef Englixt, Mayor Edmund Çaraszkieviç, Mayor Vlodzimierz Dabrovski, Mayor Stanislav Qlinski, Mayor Jerzi Krzymovski, Mayor Karol Krzevski-Lilienfeld, Kapitan Stefan Novaçek, Kapitan Jan Ribçinski, leytenantlar Jan Helkman, Jozef Skarzinski, Aleksandr Eugeniusz Pivnicki, Stefan Sipa, Antoni Zareba
- Daxili İşlər Nazirliyində: Henrik Suçanek-Suçeçki, Stalslav Lanieçki, Emil Miskieviç.
- Təhsil Nazirliyində: Aleksandr Kavalkovski, Françiszek Sakezy Potocki, Zdzislav Meyer, Yuliusz Zaniecki, Adam Milobedzki.
- Sosio-siyasi sahədə: Senator Siedlecki (Şərq İnistitutunun rəhbəri), Vaclav Sieroszevski, Stanislab Trzeciak Antoni Vincenty Kviatkovski, Antoni Około-Kułak, Prof. Olgierd Górka (Şərq İnistitutunun baş katibi və direktoru), Stanisłav Korvin-Pavłovski (Şərq İnistitutunun baş katibi), Bolesłav Bielavski, Stanisłav Józef Paprocki (Milli Azlıq Məsələlərini Araşdırma İnistitutunun direktoru), Leon Vasilevski, Vlodzimierz Bączkovski, Feliks Ibiański-Zahora, Vacłav Vincenty Łypacevicz, VładysłaV Vielhorski (Vilnüsdə yerləşən Şərqi Avropa Araşdırma İnistitutunun direktoru), Marian Śviechovski, Prof. Jan Kucharzevski, Prof. Marceli Handelsman, Prof. Stanisłav Poniatovski, Prof. Ludvik Kolankovski, Prof. Oskar Halecki, Prof. Stanisłav Franciszek Zajączkovski, Prof. Józef Ujejski, Prof. Stanisłav Szober, Andrzej Strug, Marian Malinovski, Alfred Szczęsny Vielopolski, Vojciech Stpiczyński, Józef Łobodovski, Prof. Marian Zdziechovski, Vładysłav Voydyno.
Bundan əlavə, Tadeusz Hołóvkonun prometean məsələlərində müstəsna rəhbərliyi sayəsində Polşa hökumətinin bir sıra nazirləri dolayı və ya birbaşa şəkildə bu məsələlərdə iştirak etdilər. O nazirlər bunla idi: Valery Slavek, Aleksander Prystor, August Zaleski, Janus Jedrzejevicz, Vacłav Jędrzełłovko, Brodzejevicz, Brodzejevic, Starzejevic. , Marian Zyndram- Kościałkovski.[25]
Prometean ideoloji düşüncələrinin ayrıca kateqoriyasını Adam Skvarçinskinin əsəri təşkil edirdi.[26]
1926–1932-ci illəri əhatə edən dövrdə Polşa daxilində və Polşadan kənar əlverişli siyasi şərait, adekvat maliyyələşdirmə və hər şeydən əvvəl bütün iştirakçılar arasında tam qarşılıqlı etimad prometean fəallığının müstəsna səviyyəyə çıxmasına səbəb oldu. Bunun nəticəsində prometean ölkələrin daxilində mühacirlərin səyləri nəticəsində təbliğat işləri geniş vüsət aldı. Yəni, artıq fəaliyyət sahəsi Polşanın xaricinə də yayıldı və birbaşa ölkələrə təsir etdi. Daimi konfranslar keçirilirdi. Konfranslara adətən Tadeusz Hołóvko, Brig. General Julian Stachievicz, polkovnik Tadeusz Şaetzel, Henryk Suçanek-Suçeçki, mayor Edmund Charaszkievicz və Xarici İşlər Nazirliyinin rəsmisi qatılırdı. Konfranslarda Edmund görülən işlər haqqında geniş hesabat təqdim edir və bunun ardınca müxtəlif prometean mövzularının müzakirəsi aparılırdı.[26]
Promethean layihəsi yalnız 1927-ci ilin sonlarında və ya bəlkə də 1928-ci ildə Office 2-yə həvalə edildi. Bundan əvvəl o, heç vaxt Polşa Baş Qərargahının təxribat bölməsinin (Ofis A.1, sonradan Ofis U) ərazisi olmamışdı; beləliklə, Edmundun sələfi, polkovnik Puszczyński bu məsuliyyətlə yüklənməmişdi. Edmund bildirir ki, Puszczyński yeni Sovet İttifaqına həddindən artıq optimist qiymət verdiyi üçün əvvəlcə prometizmə əhəmiyyət verməmişdi; lakin zamanla o, prometean konsepsiyasını dəstəkləməyə başladı.[27]
Beşinci mərhələ (1933–1939)
Müharibədən əvvəlki Polşa prometeizminin sonuncu, beşinci dövrü (1933–1939), Edmundun sözləri ilə desək, "yeddi zəif il"dən biri idi. Amma bir sıra dıyişikliklır baş vermişdi:[28]
- 1932-ci ildə imzalanmış Polşa-Sovet Hücum Etməmə Paktı polyak siyasətçilərin prometean dizaynlar qurmağı dayandırmasına yol açdı. Hiss edilirdi ki, Sovet İttifaqının spontan bir şəkildə prometean ölkələrində milli yenilənmə prosesi baş verməkdədir. Bu sovetlərin muxtar respublikalar quruluşunu bərqərar etməsi, sovetlərin yerli dillərdə təhsilə olan dəstəkləri və yerli xalqlar arasında iqtisadi, dini və mədəni hadisələrə təbii etiraz reaksiyaları ilə bağlı idiş Beləliklə, beləliklə, yerdəki fəaliyyətdən bir an üçün imtina etmək olardı. Bununla belə, siyasi mühacir icmalarının həmrəyliyi və gücü qorunmaqda davam etməli idi. Lakin Sovet-Polşa paktının imzalanması ilə polyak Xarici İşlər Nazirliyi və digər hökumət orqanları özləri ilə prometean təşkilatlar arasına məsafələr qoymağa başladılar. Bu tədricən əvvəlki səylərin effektivliyini azaltdı və beynəlxalq çevrələrdə elə bir görünür formalaşdırdı ki, Polşa artıq prometeizmdən uzaqlaşmaqdadır. Bundan sonra, bütün prometean məsələlərin, maliyyənin idarə edilməsi də daxil olmaqla, Polşa Baş Qərərgahının Ofis 2 (kəşfiyyat) hissəsindən yönləndirilməsinə başlanıldı.
- Prometeizmin ən fəal təbliğatçıları olan Ramişvilinin, Zaçviliçovskinin (1930) və Holovkonun (1931) vəfatı hərəkat üçün əvəzedilməz itki oldu.
- Dünya miqyaslı iqtisadi böhran və onun nəticəsində hökumətin öz büdcəsini sərt bir şəkildə azaltması qəflətən ayrılan maliyyənin 50 faiz azalmasına yol açdı və Polşanın bütün səylərini ən sadə texniki xidmət səviyyəsinə endirdi.
- Prometeizmin banisi Marşal Piłsudskinin ölümü (12 may 1935-ci il) daha bir güclü zərbə oldu. Edmundun fikrincə, bundan sonra "nadir uzaqgörən gücün siyasi ideyası… siyasi proqnozlaşdırmanın peyğəmbərlik [gücləri] tələb edən" prometeizm fikri zəifləmişdir, çünki bundan sonra lazımi rəhbərliyə sahib ola bilməmişdir. Pilsudskinin ölümü prometean mühacirlər və ya xalqlar tərəfindən şəxsi itki kimi dəyərləndirilirdi. Bundan sonra hərəkatın səyləri yeni Polşa qərar qəbul edənlərin təşviqi ilə deyil, daha çox ətalət sayəsində davam etdi.
- Adolf Hitlerin hakimiyyətə gəlməsi və Berlin-Roma-Tokio oxu üzrə antikommunist blokun yaradılması, onların prometean təşkilatlarla işləmə arzusu hələ də Polşanın siaysi orbitində qalmış təşkilatlar üçün çətin vəziyyət formalaşdırdı. Polşa ilə birləşən prometean siyasi qüvvələri daha keyfiyyətli və potensiala malik olsa da, almanların amansız təbliğatı Polşa prometean səylərinə təhlükəli rəqib yaratdı. Edmundun fikrincə, bu mərhələdə sonuncular "fəaliyyətdən, xarakterdən və plandan tamamilə məhrum idilər".
- Polşanın qərbində təhlükənin artması, bir çox polşalıların fikrincə, ölkənin şərq sərhədinin "sakitləşdirilməsi" fikrini gücləndirdi.
1935-ci ildə Pilsudskinin ölümünə qədər Pol.a ilə şəxsi əlaqələrdə az şey dəyişmişdi, bircə hökumətin rəsmi liderləri özlərini hərəkatdan uzaqlaşdırmışdılar, xüsusən paktın imzalanmasından sonra Polşa XİN bunda öndə gedirdi. Dövlət idarəçiliyində 1935-ci ildə meydana gəlmiş dəyişiklik polyak prometean liderliyində ciddi enişə cəbəb oldu. "Polkovniklər qrupu" öz təsirlərini itirdilər, Polkovnik Tadeuş Pelçinski daha az aktiv rol götürdü və onun varisi Polkovnik Marian Jozef Smolenski və Edmundun bilavasitə rəisi Polkovnik Jan Kazimiers Kiaston prometeizmlə o qədər də yaxınlıq qurmadılar. Polkovnik Şaetzelin XİN Şərq departamentinin rəhbəri kimi varisi olan Tadeuş Kobilanski prometeizmi dəstəkləməyə meyilli olsa da, onun bunun üçün lazım olan siyasi əsasları kifayətsiz idi və əhəmiyyətli maliyyə problemləri ilə üzləşdi. Marşal Edvard Rıdz-Smiqlı və Baş Qərargah rəisi, briqada generalı Vaslav Teofil Stachiewicz-in münasibəti son vaxta qədər qeyri-müəyyən olaraq qaldı.[29]
İkinci Dünya müharibəsi və sonrası
Prometean təbliğatı İkinci Dünya müharibəsi zamanı da davam edirdi. Bu dəfə bu təbliğat Almaniyanın Ukrayna ilə bağlı siyasətinə, Finlandiyanın Sovet İttifaqı ilə münasibətlərinə, Fransaya və Sovet İttifaqının qonşusu Türkiyəyə maraqlı idi.[30]
Edmund Charaszkiewicz öz əsərini Parisdə ikən 12 fevral 1940-cı ildə belə sonlandırır:[31]
Polşanın bu [Promethean] proseslərdən üz döndərməsi heç bir şəkildə [onları] dayandıra bilməz, eyni zamanda, bizi kənarda qoyur və bizi "olmayanlar itirir" prinsipindən irəli gələn böyük itkilərə məruz qoyur. [Polşanın] prometean zəncirindəki mərkəzi mövqeyi bizə Rusiyada hər hansı parçalanma prosesinə hazır olmağı və iştirak etməyi və onların həyata keçirilməsində Polşanın aparıcı iştirakını diktə edir.
İkinci Dünya müharibəsindən sonra Polşa hökuməti Sovet İttifaqının kukla hökumətinə çevrildi və artıq prometean proqramını davam etdirə biləcək gücə sahib deyildi. Buna rəğmən, polyak xalqı Solidarnost vasitəsiylə 1989-cu il inqilablarında mühüm rol oynadı. 1991-ci ildə Sovet İttifaqının dağılması, hadisəni gözləmiş və bəzi hallarda bunun üçün çalışan polyakların və digərlərinin proqnozlarını böyük ölçüdə doğrultdu.
22 noyabr 2007-ci ildə Gürcüstanın Tiflis şəhərində Prometeyə həsr edilmiş abidənin açılışı həyata keçirildi. Açılışa Polşa prezidendi Lex Kaçinski və Gürcüstan prezidenti Mixail Saakaşvili qatılmışdı. Yunan mifinə görə, Titanın Olimpdən od oğurlayıb insanlara verdikdən sonra Zevs tərəfindən həbs edildiyi və işgəncələrə məruz qaldığı torpaqda ucaldılmış heykəl Polyakların və gürcülərin Gürcüstanın və digər xalqların Rusiya imperiyasından və onun varisi dövləti Sovet İttifaqından müstəqilliyinə nail olmaq üçün göstərdikləri səyləri qeyd edir.
Prometeizm 2022-ci ildə Ukraynanın Rusiya tərəfindən işağından sonra yenidən aktuallıq qazandı. Post-Rusiya Azad Millətləri Forumu Rusiya Federasiyası daxilində milli azlıqların müstəqilliyini hədəfləyən bir sıra hərəkatları bir araya gətirir.
Prometeizm və Azərbaycan
"Prometey"in yaradılmasında ilk təşəbbüsçülər sırasında M. Ə. Rəsulzadənin də adı çəkilir. Tədqiqatçı X. İbrahimlinin "Azərbaycan siyasi mühacirəti" kitabında yazılır:[32]
Hələ 1923-cü ilin iyunun 26-da çıxan "Yeni Qafqasiya" məcmuəsinin birinci nömrəsində M. Ə. Rəsulzadə Zevsin Prometeyi Qafqaz dağlarına zəncirlənməsini və qartalın onun ciyərlərini hər gün didməsini, Azərbaycanın, eyni zamanda Qafqazın mövcud siyasi durumu ilə əlaqələndirərək yazırdı: "Qafqasiyanın tarixini, son əsrdəki güzəran edən əhalini və bir xassə indiki vəziyyətini ifadə etmək üçün bu əsatirdən daha gözəl bir rəmz tanımaq mümkün deyil, Azərbaycanı və Qafqazı Prometey adlandıran müəllif onu parçalayıb, qanına qəltan edənin gerbində ikibaşlı qartal həkk edilən Rusiya imperiyasi olduğunu göstərirdi. Bu yazının analoji variantı Birliyin 1926-cı il yanvarın 10-dan çıxmağa başlayan eyni adlı jurnalının birinci sayında da dərc edilmişdi.
1926-cı ildə "Prometey" adlı klub yaradıldıqdan sonra Varşavada Pilsudskinin dəstəyi ilə "Prometey" cəmiyyəti quruldu və azərbaycanlılar da burada təmsil edildilər. Bundan qısa müddət sonra isə, Məhəmməd Əmin Rəsulzadə Varşava qrup başqanlığına təyin edildi.[33] Azərbaycandan əlavə, keçmiş Rusiya imperiyasından gələn xeyli mühacir prometean hərəkatına qatılmışdı.[34]
1955-ci ildə "Dərgi" məcmuəsində dərc etdirdiyi "Rəsulzadə Məhəmməd Əmin" başlıqlı məqaləsində Mirzə Bala Məmmədzadə yazırdı:[35]
Rusiya əleyhdarı olan bütün mühacirləri bir çatı altında birləşdirmək səyləri "Prometey" təşkilatının qurulması ilə nəticələndi.
Rəsulzadə, Məmmədzadə və bir sıra digər azərbaycanlı mühacirlərinbu təşkilatın mətbuat orqanı olan "Prometey" jurnalında məqalələri çıxmışdır. 1926-cı ildən Polşa dövlətinin dəvəti ilə ölkədəki əsas prometean təşkilatında Azərbaycan İstiqlal Komitəsi və Azərbaycan Milli Mərkəzi də təmsil olunmağa başlamışdır. Həmçinin, Rəsulzadə bu dönəmdə polyak ordusunda müqavilə ilə xidmət edən hərbçiləri, universitetlərdə təhsil alan azərbaycanlıları bir mərkəzdə toplaya bilmişdi. Məşhur azərbaycanlı mühacirlərdən olan Mirzə Bala Məmmədzadə Varşavada olduğu zaman xeyli sayda məqalələr yazmışdır.[36] Məmmədzadə prometean millətlərin qurultayı ilə bağlə yazısında bildirirdi ki, 31 may — 1 iyun 1936-cı ildə keçirilmiş qurultay rus əsiri olan millətlərin tarixində yaddaqalan hadisələrdən biridir. O, bu iki günlük qurultayı rus əsiri millətlərin birləşə bilməsi üçün mühümaddım adlandırırdı.[37] Azərbaycanın qurultaydakı rolunu xüsusi qiymətləndirən Məmmədzadə mövzunun sovetlərin hakimiyyəti altında yerli xalqların milli dillərinin məhv olması olduğunu yazır.[38]
11 iyul 1927-ci ildə Rəsulzadə Polşa rəsmisi T. Koluvkova məktub yazaraq Azərbaycanla əlaqələrin artmasının əhəmiyyətindən bəhs etmişdir.[39] 6–12 fevral 1930-cu ildə Varşavada prometean hərəkatına daxil olan Azərbaycan, Gürcüstan və Şimali Qafqaz milli təşkilatlarının konfransı keçirilmişdir. Bu konfransa Azərbaycan nümayəndələri olaraq Rəsulzadə və Mustafa Vəkilov qatılmışdı. 1930-cu ilin martında, yəni konfransdan bir qədər sonra Azərbaycan Milli Mərkəzi ilə əlaqələri daimi olaraq qorumaq üçün Rəsulzadə Parisə getmişdir. Rəsulzadə antisovet təbliğatın görə Türkiyədən qovuldu zaman uzun bir müddət Polşada yaşamışdır. Burada olduğu zaman "Odlu Yurd" jurnalının həm rəhbərliyin, həm də yazarlığını etmişdir. O, həmçinin Parisdə nəşr edilən "Prometey" jurnalında Rəsulzadənin "Azərbaycan Cümhuriyyəti", "Bolşeviklərin şərq siyasəti", "Qafqaz Birliyi", "Milli Azərbaycan Hərəkatının Xarakteri", "Siyasətçi tarixçiyə qarşı" adlı məqalələri yayımlanmışdır. Varşavadan başqa, Sluzvsko və Kreyszkoda yaşamışdır.[40] "Prometey" təşkilatına daxil olan Qafqaz birliklərinin növbəti konfransı 16 yanvar — 23 fevral 1935-ci ildə Brüssel şəhərində keçirildi. Azərbaycanı bu konfransda Rəsulzadə, M. Mehdiyev, M. Məhərrəmov, Atamalıbəyov, Ə. Topçubaşov təmsil etmişdi.[41]
Prometean hərəkatın vasitəçiliyi ilə 1924-cü ilin əvvəllərində bir araya gələn qafqazlı mühacirlər Qafqazın sovetlərdən azad edilməsindən dərhal sonra konfederasiyada birləşmək barədə razılığa gəlmişdilər.[42]
"Prometey" jurnalında ən çox "İstiqlaldan" (Berlində çıxırdı və redaktoru Rəsulzadə idi), "Azərbaycan Yurd Bilgisi", "Yeni Qazqaziya", "Yeni Türküstan" və "Odlu Yurddan" yazılar yayımlamaqda idi. 1938-ci ildən etibarən jurnal adında və formatında dəyişiklik etdi. Jurnal artıq "La Revyu de Promete" adı adı ilə yayımlandı.[43] 1939-cu ildə Polşanın alman-bolşevik orduları tərəfindən ələ keçirilmnəsindən sonra bu jurnalın nəşrinə əngəllər törədildi. Buna qarşı çıxılması ilə bağlı edilmiş müraciətlərdən biri də Miryaqub Mehdiyevə aid idi. Müraciətdə vərəm ilə malyariya arasında seçim etmənin mənasız olduğu, əsl lazım olanın isə Finlandiya kimi mübarizə aparmaq olduğu bildirilirdi.[43]
Rəsulzadə 1927-ci ilin avqustunda Polşa rəsmilərinə göndərdiyi başqa bir məktubda qeyd edirdi:[44]
Hakimiyyətin istilaçı siyasəti nəticəsində ən aktiv silahdaşlarımız həbs olunmuşdur. Həbs olunanlardan beşi güllələnmişdir. Onların arasında Müsavat Partiyasının görkəmli nümayəndəsi Dadaş Həsənzadə də olmuşdur. "Yeni Qafqaz" jurnalının növbəti nömrəsi sürgün olunmuş və güllələnmiş silahdaşlarımızın şəkilləri ilə çıxmışdır. Bütün bunlara baxmayaraq, partizan təşkilatları ruhdan düşmür, daha da aktiv fəaliyyət göstərirlər. Biz ədəbiyyata olan yüksək tələbatı hiss edirik: ayrıca broşur və kitabçalar şəklində ideoloji çağırışlar təkidlə tələb olunur. Hesab edirik ki, bu tələbləri təmin etmək üçün ilk növbədə tərəfimizdən təsis olunan "Azərbaycan Milli Nəşriyyat Kitabxanası"nın ayrıca nömrələrinin buraxılışını sürətləndirmək lazımdır. Qeyd olunan mətbuat orqanı bu günə qədər müxtəlif kitabların 5 nömrəsini buraxmışdır.
Kütləvi həbslər və milli ziyalı təbəqəsinin nümayəndələrinin dövlət xidmətindən kənarlaşdırılması nəticəsində ixtisara salınmış bəzi müəllimlər dağlara qaçaraq, partizanlara qoşulmuşlar. Bolşeviklər adətən onları "soyğunçu" və "quldur" adlandırırlar. "Quldurlar" bütün ölkədə vüsət almışlar. Onlar həm Lənkəran dağlarında, həm Şran sərhədi boyu və Araz çayının sahillərində fəaliyyət göstərirlər. Bu yaxınlarda Şəki partizanları ilə komsomol dəstələri arasında toqquşma baş vermiş, nəticədə dörd partizan həlak olmuşdur. Partizanların yeni dəstələri Gəncə rayonunda yerləşən Qarasakkal kanalının ətrafında peyda olmuşlar. Keçmiş müəllim-zabitlərin başçılığı ilə fəaliyyət göstərən partizanlar Bakı qəzasını da əhatə etmişlər.
Təzyiq və repressiyalara baxmayaraq ümumi mübarizə əhvali-ruhiyyəsi yüksəkdir. Yeni qurulmuş hakimiyyətin siyasətindən nəinki "Milli müxalifətçilər", hətta yerli kommunistlər də narazıdır. Milli məsələdə "Yayınma" halları azərbaycanlı kommunistlər arasında artmaqdadır, nəticədə isə həmin kommunistlərlə bizimkilər arasında müəyyən əlaqə yaranır. Silahdaşlarımızın gənclər arasında apardığı antisovet təbliğatını xüsusilə vurğulamaq istərdik. Onlar kommunistlərin sıralarına daxil olaraq təbliğat işini aparmaqda belə çəkinmirlər. Xaricdə apardığımız fəaliyyətlə bağlı qeyd edə bilərəm ki, Milli Mərkəz artıq hər yerdə öz bölmələrinə malikdir. Şranda artıq olduqca nüfuzlu və güclü təşkilat fəaliyyət göstərir. Təşkilat mütəmadi olaraq vətənlə əlaqə saxlayır, və o, digər şəkildə aparılır. Parislə qarşılıqlı əlaqələrə gəldikdə isə böyük təəssüf hissi ilə qeyd etməliyəm ki, bizim Əli Mərdan bəy Topçubaşovla münasibətlərimiz müəyyən qədər anlaşılmazdır. O, yəni Əli Mərdan bəy Topçubaşov Milli Mərkəzdə təntənəli çıxışına baxmayaraq, köhnə siyasətini davam etdirir, İstanbula, xüsusilə də Qafqaz Müstəqillik Komitəsinə münasibətdə müxalif mövqe tutmaqdadır. Ümumiyyətlə, Parisdəki bəzi elementlər bütün vasitələrlə Konstontinopolda (İstanbul) həyata keçirilən işə təsir göstərməyə çalışır. Sonda qeyd edim ki, təşkilatımızın məsul əməkdaşlarından biri bu yaxınlarda Varşavaya yollanacaqdır. Varşavada o, bizi təmsil edəcək və ölkələrimiz arasında mütəmadi əlaqə saxlayacaqdır. Təbii ki, nümayəndəmiz bütün məsələlərlə bağlı Sizinlə fikir mübadiləsi aparacaqdır. Sizlərə böyük hörmət və səmimi arzularla
M. Ə. Rəsulzadə"
1935-ci il iyunun 24-də Məhəmməd Əmin Rəsulzadə Polşa Baş Qərargahı 2 saylı Ekspoziturasının əməkdaşı, kapitan Edmund Xaraşkeviçə məktubla müraciət etmişdi. Müraciətin səbəbi Prometey proqramı çərçivəsində Polşa tərəfin diqqətini Topçubaşi ailəsinin ağır maddi durumuna yönəltmək idi. Məktubun mətni belə idi:[45]
Çox hörmətli pan kapitan Xaraşkeviç [Edmund]!
Pan mayor Dombrovski[lower-alpha 2] Sizin mərhum Əlimərdan bəy Topçubaşovun ailəsinə bundan sonra da təqaüd verilməsini qeyri-mümkün hesab etməyiniz və təqaüdü kəsmək fikrinə düşməyiniz haqqındakı qərarınızı diqqətimizə çatdırdı.
Belə bir qərar bizi çox çətin vəziyyətdə qoyur. Biz milli hərəkatımızda bu qədər görkəmli mövqe tutan, dəfni ümumqafqaz həmrəyliyinin nümayişinə çevrilən mərhumun ailəsinə hər hansı bir şəkildə yardım göstərmək imkanından məhrum oluruq. Digər tərəfdən, təqaüdün dayandırılması faktı bəd niyyətli müxalifətə bizi ictimai fikirdə gözdən salmaq, fitnəkarlığa çəkmək üçün əla fürsət verir. Biz isə bildiyiniz kimi, çıxıb hər şeyi izah etmək durumunda deyilik.
Yaranmış vəziyyəti hərtərəfli müzakirə etdikdən sonra biz pan mayorla belə qərara gəldik: ən yaxşı çıxış yolu mərhumun oğlu Ələkbər Topçubaşini müəyyən işə cəlb etmək olardı. Üstəlik də hər hansı bir vəzifəsinin olmamasına baxmayaraq, Ələkbər Topçubaşi milli fəaliyyətlə bağlı bəzi tapşırıqları yerinə yetirir, ümumi işimizdə bizə bacardığı qədər yardım göstərir.
Biz qərara gəldik ki, onu rus dilində nəşri nəzərdə tutulan jurnala redaktor təyin edək. Əminəm ki, bu məsələlərdən xəbərdarsınız və söhbətin nədən getdiyini yaxşı bilirsiniz. Nəşriyyat işlərindən başqa, bizim ümumqafqaz fəaliyyətimizin bəzi texniki funksiyalarını da gənc Topçubaşiyə həvalə etmək mümkündür.
Redaktor kimi Ələkbər bəyə lazımi maaş verməklə biz mərhum Topçubaşinin ailəsinin maddi təminatı məsələsini xüsusi çətinliklə üzləşmədən həll edə bilərdik.
Ümid edirəm ki, bizim və mərhumun ailəsinin düşdüyü vəziyyəti anlayışla qarşılayaraq təklifimizə tərəfdar çıxacaqsınız. Mənimlə eyni vaxtda dostumuz mayor da bu barədə ayrıca məktub göndərir.
Fürsətdən istifadə edərək Sizə bir daha öz dərin hörmətimi bildirirəm.
M. Ə. Rəsulzadə
Lakin təəssüf ki, Parisdə rus dilində jurnal nəşr etmək, Ələkbər bəy Topçubaşini onun redaktorluğuna gətirmək və bununla da Edmundun qeydlərindən də göründüyü kimi, "dilənçi vəziyyətində yaşayan Topçubaşı ailəsinə" bu yolla yardım göstərmək mümkün olmamışdı. 1936-cı ilin martında Parisdə olan polyak kəşfiyyatçısı Məhəmməd Əmin Rəsulzadə və Mir Yaqub Mehdiyevlə görüşmüşdü. Bu görüş zamanı Əlimərdan bəyin dul xanımının və övladlarının ağır maddi vəziyyəti yenidən müzakirə mövzusuna çevrilmişdi. Ələkbər bəy Topçubaşinin Fransa təbəəsi olmadığından heç yerdə işə götürülməməsi, ailənin sonbeşik övladı Ənvər Topçubaşinin yüksək qabiliyyət nümayiş etdirməsinə baxmayaraq, təhsil haqqı ödəyə bilmədiyi üçün universiteti yarımçıq buraxmaq məcburiyyətində qalması haqda Edmund Xaraşkeviçə məlumat verilmişdi. E. Xaraşkeviç Prometey hərəkatının aparıcı simalarından biri kimi tanınan Əlimərdan bəyin ailəsinə yardım göstərmək üçün bütün mümkün yollara baş vuracağı ilə bağlı onları bir daha əmin etmişdi. Vilayət Quliyev polyakların TOpçubaşı ailəsinin xeyrinə bundan sonra nələrsə edib-etməməsinin qeyri-müəyyən olduğunu yazır.[45]
Prometeizm və Qafqaz birliyi məsələsi
Prometeizm təşkilatları çərçivəsində fəaliyyət göstərən mühacirlərin 1920-ci illərdən Qafqaz birliyi məsələsinə xüsusi önəm verdikləri görülməkdədir. Elə Azərbaycanda olan Polşa tatarlarından Krıçınski qardaşları bu istiqamətdə fəaliyyət göstərmiş, lakin 28 aprel işğalı buna əngəl olmuşdu. 1921-ci ildə Şimali Qafqaz, Azərbaycan, Gürcüstan, Ermənistan nümayəndə heyətləri arasında Parisdə müraciət imzalandı. 1924-cü ilin oktyabr-noyabr aylarında Azərbaycan, Gürcüstan və Şimali Qafqaz təmsilçiləri yenidən Parisdə toplaşır və "Qafqasiya Sovet Rus qüvvətlərindən qurtular-qurtulmaz, yüksək dövlət strukturlarının birləşməsi yolu ilə bir federalist qurum yaratmaq" planlaşdırılır. Hələ 1924-cü ilin iyunun 11-də Azərbaycan, Gürcüstan və şimali Qafqaz nümayəndələrinin imzaladığı protokol əsasında formalaşan Daimi şura öz qarşısına üç respublika adından diplomatik işlər aparmağı və bu xalqların bir konfederativ dövlətdə birləşdirilməsi üçün bütün tədbirləri görməyi qarşısına məqsəd qoyurdu. Bundan əlavə Daimi ġura aşağıdakı vəzifələrin də yerinə yetirilməsini vacib sayırdı: 2) Daimi ġura üç respublikanı maraqlandıran bütün məsələləri müzakirə və həll edir. 3) Daimi şura hər bir milli təmsilçinin bir səsi olduğunu nəzərə almaqla qərarı birlikdə qəbul edir. 4) Daimi şura Gürcüstan, Azərbaycan və şimali Qafqaz ölkələrinin hər birinin üç nümayəndəsi ilə təşkil olunur. Daimi şura öz Rəyasət Heyətini seçir. 5) Rəyasət Heyəti diplomatik danışıqlar aparır. Daimi şuranın qərarlarının düzgün yerinə yetirilməsinə nəzarət edir, özünün iclaslarını keçiri. 6) Daimi şuranın yanında katiblik olur. Katibliyin başlıca vəzifələrindən biri Daimi şuranın protokollarını tərtib etməkdir. 7) Daimi şuranın milli təşkilatlardan toplanmış və digər mənbələrdən əldə edilmiş maliyyə fondu olur. 1924-cü ilin sonlarında qurtuluş mübarizəsini dəstəkləməklə səlahiyyətli bir Qafqaz Komitəsi qurulur. Qafqaz Birliyi ilə bağlı formalaşan bu qurumun fəaliyyətinə Polşa dövləti böyük köməklik edirdi. Eyni zamanda Polşa bu təşkilatın fəaliyyətini də əlaqələndirir, maliyyə işində dəstək göstərirdi. Qafqaz Konfederasiya görüşünü vacib bilən Azərbaycan, Gürcüstan və şimali Qafqazın mühacirətdəki milli təmsilçiləri 1934-cü ilin 14 iyulunda Belçikanın mərkəz şəhəri Brüsseldə toplaşaraq "Qafqaz Konfederasiya sazişi"ni imzaladılar. Ermənistan təmsilçiləri isə sazişi imzalamaqdan imtina etdilər.[46]
Qafqaz Konfederasiya sazişini (misaqini) Azərbaycan, Gürcüstan və şimali Qafqaz təmsilçiləri olaraq aşağıdakı liderlər imzalamışdılar: 1) Azərbaycan adına: Məhəmməd Əmin Rəsulzadə — Azərbaycan Milli Şurasının keçmiş rəisi, Müsavat Partiyası və Azərbaycan Milli Mərkəzi lideri; Əlimərdan bəy Topçubaşov — Azərbaycan parlamentinin keçmiş sədri və Azərbaycan Cümhuriyyəti Nümayəndə Heyəti sədri. 2) Gürcüstan adına: Noy Jordaniya — Gürcüstan Cümhuriyyətinin keçmiş Cümhurbaşqanı və Gürcüstan Milli Mərkəzinin rəisi; Ə. Çxenkeli — Gürcüstan Cümhuriyyətinin Parisdəki keçmiş nümayəndəsi; 3) Şimali Qafqaz adına: Şimali Qafqaz Cümhuriyyətinin keçmiş dövlət adamları -Məhəmməd Girey Sunc, İbrahim Çulik, Tausultan Şakman.[47]
Təmsilçilər imzaladıqları Qafqaz Konfederasiyası sazişinin aşağıdakı əsaslardan ibarət olduğunu bildirmişlər:[48]
- Qafqaz Konfederasyonu, daxildə bir Cümhuriyyətin milli xarakter və tamamiyyəti mülkiyəsini təmin edərək, xaricdə bütün Cümhuriyyətlər adına yüksək dərəcəli beynəlmiləl bir vəhdət kimi hərəkət edəcəkdir. Konfederasiyanın müştərək bir siyasi və gömrük hüdudu olacaqdır.
- Konfederasiyaya daxil olan Cümhuriyyətlərin xarici siyasəti konfederasiyanın səlahiyyətli nümayəndələri tərəfindən idarə ediləcəkdir.
- Konfederasiya hüdudlarının mühafizəsi, konfederasiyaya daxil olan Cümhuriyyətlərin ordularından mütəşəkkil qüvvələr, Konfederasiya ordusuna veriləcək və bu ordu Konfederasyonun əsas nümunələrinə tabe tək bir komanda altında olacaqdır.
- Konfederasiyaya daxil olan Cümhuriyyətlər arasında çıxa biləcək və bilavasitə müzakirə ilə həll edilməyəcək hər türlü ixtilaflar icbari orbitə və
yaxud konfederasiya yüksək məhkəməsinə verilərək həll ediləcəkdir. Konfederasiyaya daxil olan Cümhuriyyətlər bunların bütün qərarlarını tamamən qəbul edir və icra etməyə məcburdurlar.
- Ekspertlər komissiyası yuxarıdakı əsaslardan hərəkətə bu yaxında Qafqaz Konfederasiya Ana Yasasının layihəsini hazırlamaqla məşğul olacaqlar. Bu
layihə hər Cümhuriyyətin toplanacaq ilk məclisi — müəssisan fəaliyyəti üçün bir əsas olacaqdır.
- "Qafqaz Konfederasiyası sazişində Ermənistan Cümhuriyyəti üçün də yer buraxılmışdır".
M. Ə. Rəsulzadə həmin ilin noyabrında dünyasını dəyişən Ə. M. Topçubaşovun dəfn mərasimində demişdi:[48]
Xəstəliyin, qocalığın və mühacirətdəki yoxsulluğun zəif saldığı həyatının son günlərində imzaladığı Qafqasya Konfederasyonu Musaqinin elanından Əlimərdan bəy son dərəcə məmnun idi.
Mirası
Fransada Azərbaycan Cümhuriyyətinin yaradıcılarına həsr edilmiş "Prometey hərəkatı" adlı kitab 2019-cu ildə çapdan çıxmışdır. Tarixçi Georq Mamuliya və Ramiz Abutalıbov tərəfindən hazırlanan kitabda hərəkatın "La defence de Caucasse", yəni Qafqazın müdafiəsi adlı jurnalının da nəşr edildiyi məlum olur. 2019-cu ilə aid məlumatda kitab rus dilində Bakıda da çap ediləcəyi bildirilmişdir.[49] Eyni müəlliflər 2022-ci ildə yenə Parisdə Fransada "Məşəli qoruyub saxlamaq" adlı kitab çap etdirmişdirlər. "Maisonneuve et larose" nəşriyyat evi tərəfindən çap olunan kitab Azərbaycanın Fransadakı səfirliyinin yardımı ilə hazır olmuşdur. Kitabda 1920–1921-ci illərdə Azərbaycanın müstəqilliyinin bərpası uğrunda Tiflisdə aparılmış mübarizədən, vahid Qafqaz dövlətinin yaradılmasının ilk planlarından, 1921–1923-cü illərdə Azərbaycan diplomatik nümayəndə heyətinin Kann, Genuya və Lozanna konfransları dövründə fəaliyyətindən, 1924–1931-ci illərdə "Prometey hərəkatı" çərçivəsində Polşa-Azərbaycan əlaqələrindən, 1931–1935-ci illərdə "Qafqaz Konfederasiyasının Brüssel Paktı" və "Prometey hərəkatı"nın Qafqaz mühacirləri qruplarının yenidən təşkilindən, 1939–1940-cı illərdə Azərbaycan mühacirəti və Qərb dövlətlərinin Qafqaz layihəsindən danışılır.[50]
2018-ci ilin Noyabrın 7-də ADA Universitetində Azərbaycan ilə Polşa arasında əlaqələrin qurulmasının 100 illiyinə həsr edilən "Prometey hərəkatı II Dünya müharibəsindən əvvəl müsəlman xalqlara qarşı — Azərbaycanda və Orta Asiyada Prometey hərəkatı" mövzusunda konfrans keçirilmişdir. olşanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları əvvəlcə universitetin foyesində Prometey hərəkatına dair sərgi də təşkil edilmişdir. Varşava Universitetinin Şərqi Avropa İnstitutunun professoru Pavel Koval çıxışında bildirib ki, bu, Prometey hərəkatına həsr olunmuş altıncı konfransdır. O, Polşada yaşayan azərbaycanlılarla sıx əməkdaşlıq etdiklərini söyləyib:[51]
Biz istərdik ki, Polşa-Azərbaycan əlaqələri akademik səviyyədə olduğu kimi, bütün sahələrdə dərinləşsin.
2019-cu ildə Bakıda səfərdə olan polşalı nazir müavini Bartoş Çixotski səfər etmişdir. Bartoş Çixotski Ələt limanının rəhbərliyi ilə danışıqlar aparmış və Avropa ilə Asiyanı birləşdirən marşrut üzrə bu logistika mərkəzinin potensialı ilə tanış olmuşdur. Şərqi Avropa Tədqiqatları və ADA Universitetinin təşkil etdiyi "Müsəlman xalqlarının müstəqilliyinə doğru Prometey Hərəkatının rolu" adlı XII-ci Konfransının açılışını etmişdir.[52]
Qeydlər
- Etikada "Prometizm" fərdin özünü daha böyük bir sosial qrupun və ya hətta bütün bəşəriyyətin xeyrinə könüllü şəkildə tabe etməsidir. Bu fədakar konsepsiya Prometey mifinə aiddir və ilahi fərmanlara və təbii qüvvələrə qarşı üsyanı, ümumi xeyir naminə fədakarlığı ifadə edir. Ədəbiyyatda prometean mövqeyi Yuliuş Slovaçkinin romantik dram əsərində (1834) Kordian, Adam Miçkieviçin "Əcdadların Taleyi" əsərində Konrad, Stefan Zeromskinin "Evsiz İnsanlar" (1899) əsərində Dr. Yudym, Jan Kasproviçin "Qəzəb günü üçün Latın" əsərində İncilvari Adəm və Albert Kamusun "Taun" əsərində (1947) Dr. Rieux obrazları ilə canlandırılmışdır.
- Dombrovski Vlodzimej, 1896–1962, Polşa ordusu Baş Qərargahı yanında Ekspozitura-2 şöbəsinin zabiti, 1933-1937-ci illərdə Polşa kəşfiyyatı Paris rezidenturasının rəhbəri
Həmçinin bax
İstinadlar
- Woytak, 1984. səh. 273-278
- Debo, 1992. səh. 59
- Yaqublu, 2007. səh. 71
- Charaszkiewicz, 2000. səh. 14–16, 56, 76, 81
- Charaszkiewicz, 2000. səh. 56
- Charaszkiewicz, 2000. səh. 56-57
- Charaszkiewicz, 2000. səh. 57
- Yaqublu, 2007. səh. 53
- Charaszkiewicz, 2000. səh. 57-58
- Charaszkiewicz, 2000. səh. 58-59
- Charaszkiewicz, 2000. səh. 59
- Charaszkiewicz, 2000. səh. 59-60
- Charaszkiewicz, 2000. səh. 60
- Charaszkiewicz, 2000. səh. 60-61
- Charaszkiewicz, 2000. səh. 62
- Charaszkiewicz, 2000. səh. 63
- Charaszkiewicz, 2000. səh. 64
- Charaszkiewicz, 2000. səh. 64-65
- Charaszkiewicz, 2000. səh. 65
- Charaszkiewicz, 2000. səh. 65-66
- Charaszkiewicz, 2000. səh. 66
- Charaszkiewicz, 2000. səh. 66-67
- Charaszkiewicz, 2000. səh. 67
- Charaszkiewicz, 2000. səh. 67-74
- Charaszkiewicz, 2000. səh. 75
- Charaszkiewicz, 2000. səh. 76
- Charaszkiewicz, 2000. səh. 76-77
- Charaszkiewicz, 2000. səh. 77-78
- Charaszkiewicz, 2000. səh. 78-79
- Charaszkiewicz, 2000. səh. 79-80
- Charaszkiewicz, 2000. səh. 80
- Yaqublu, 2007. səh. 73-74
- Yagublu, 2015. səh. 95
- Sadigli, 2019. səh. 54
- Süleymanlı, 2008. səh. 171-172
- Süleymanlı, 2008. səh. 172
- Süleymanlı, 2008. səh. 174
- Süleymanlı, 2008. səh. 175
- Yagublu, 2015. səh. 32
- Yagublu, 2015. səh. 33
- Yagublu, 2015. səh. 34-35, 92
- Yagublu, 2015. səh. 111
- Yagublu, 2015. səh. 108
- Yaqublu, 2007. səh. 65-66
- Vilayət Quliyev. "Məhəmməd Əmin Rəsulzadənin bir məktubu haqqında". 525-ci qəzet. fevral 2018. 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2023.
- Yaqublu, 2007. səh. 74-75
- Yaqublu, 2007. səh. 75-76
- Yaqublu, 2007. səh. 76
- "Fransada Azərbaycan Cümhuriyyətinin yaradıcılarına həsr edilmiş "Prometey hərəkatı" adlı kitab hazırlanır". report.az. 14 fevral 2019. 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2023.
- "Fransada Azərbaycanın mühacirət tarixi haqqında kitab nəşr olunub". medeniyyet.az. 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2023.
- "ADA Universitetində Azərbaycan-Polşa əlaqələrinin 100 illiyinə həsr edilən konfrans keçirilib". azertag.az. 7 noyabr 2018. 2020-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2023.
- "Bakıda Polşa-Azərbaycan məsləhətləşmələri". www.gov.pl. 14 oktyabr 2019. 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2023.
Mənbə
- Edmund Charaszkiewicz. Zbiór dokumentów ppłk. Edmunda Charaszkiewicza, opracowanie, wstęp i przypisy (A Collection of Documents by Lt. Col. Edmund Charaszkiewicz. Kraków: Księgarnia Akademicka. giriş qismi ilə birlikdə Andrzej Grzywacz, Marcin Kwiecień, Grzegorz Mazurun redaktorluğu ilə nəşrə hazırlanmışdır. 2000. ISBN 978-83-7188-449-8.
- Richard Woytak. The Promethean Movement in Interwar Poland. XVIII. East European Quarterly. 1984.
- Richard K. Debo. Survival and Consolidation: The Foreign Policy of Soviet Russia, 1918–1992. McGill-Queen's Press. 1992. ISBN 0-7735-0828-7.
- Mübariz Süleymanlı. Mirza Bala Mehmedzade'nin "Kurtuluş" mecmuesindeki yazıları hakkında. İzmir: Türk Dünyası İncelemeleri Dergisi. 2008.
- Nasiman Yagublu. Mehmet Emin Rezulzade – Ansiklopedi. Ankara: “Azerbaycan Kültür Derneği” Yayınları. 2015.
- Afet Sadigli. (PDF). İstanbul Universiteti (yayımlanmamış magistr tezisi). 2019 https://acikbilim.yok.gov.tr/bitstream/handle/20.500.12812/137215/yokAcikBilim_10307755.pdf?sequence=-1 (#bare_url_missing_title).
- Nəsiman Yaqublu. Azərbaycan-Polşa əlaqələrində M. Ə. Rəsulzadənin rolu (PDF). Bakı: Adiloğlu. 2007.
Əlavə ədəbiyyat
- Edmund Charaszkiewicz. "Przebudowa wschodu Europy" ("The Restructuring of Eastern Europe"). London: Niepodległość. 1955.
- Etienne Copeaux. Le mouvement prométhéen. Cahiers d'études sur la Méditerranée orientale et le monde turco-iranien. 1993. 9–45.
- M.K. Dziewanowski. Joseph Pilsudski: a European Federalist, 1918–1922. Stanford: Hoover Institution. 1979.
- Jonathan Levy. The Intermarium: Madison, Wilson and East Central European Federalism. 2007. ISBN 978-1-58112-369-2.
- Sergiusz Mikulicz. Prometeizm w polityce II Rzeczypospolitej (Prometheism in the Policies of the Second [Polish] Republic). Warsaw: Książka i Wiedza. 1971.
- Włodzimierz Bączkowski. O wschodnich problemach Polski. Wybór pism (Poland's Eastern Problems: Selected Writings). Ośrodek Myśli Politycznej. Paweł Kowal. 2000. ISBN 978-83-7188-405-4.
- Włodzimierz Bączkowski. Czy prometeizm jest fikcją i fantazją (Is Prometheism a Fiction and Fantasy?).
- Zaur Gasimov. Zwischen Freiheitstopoi und Antikommunismus: Ordnungsentwürfe für Europa im Spiegel der polnischen Zeitung Przymierze. Jahrbuch für Europäische Geschichte. 2011. 207–22.
- Zaur Gasimov. Der Antikommunismus in Polen im Spiegel der Vierteljahresschrift Wschód 1930–1939. Jahrbuch für Historische Kommunismusforschung. 2011. 15–30.
- Zaur Gasimov, José María Faraldo Jarillo. Las alianzas desde arriba: los nacionalismos antirrusos y antisoviéticos (1914–1939) De la Liga de los Pueblos Alófonos de Rusia a la Liga Prometeo. Enric Ucelay Da Cal (ed. lit.), Xosé M. Núñez Seixas (ed. lit.), Arnau Gonzàlez i Vilalta (ed. lit.). 2020. 173–195.
- I.P. Maj. Działalność Instytutu Wschodniego w Warszawie 1926–1939 (The Work of Warsaw's Eastern Institute, 1926–1939). Warsaw. 2007.
- Timothy Snyder. Covert Polish Missions across the Soviet Ukrainian Border, 1928–1933 (PDF). Rubbettino. 2005.
- Timothy Snyder. Sketches from a Secret War: A Polish Artist's Mission to Liberate Soviet Ukraine. Yale University Press. ISBN 0-300-10670-X.
- David X. Noack. Die polnische Bewegung des Prometheismus im globalgeschichtlichen Kontext 1918–1939. Österreichische Militärische Zeitschrift. 2014. 187–192.