Proletariat diktaturası
Proletariat diktaturası (rus. Диктату́ра пролетариа́та) —marksist nəzəriyyəyə görə, fəhlə sinfinin maraqlarını əks etdirən siyasi hakimiyyət forması.
Kommunizm |
Konsepsiyalar |
Marksizm-Leninizm fəlsəfəsi Sosializm |
İdeologiya |
Utopik sosializm Marksizm |
Şəxsiyyətlər |
Tomas Mor Henri Sen-Simon |
Simvollar |
Kommunizm hərəkatının rəmzləri |
Baş mövzu |
Anarxizm Antikapitalizm |
Proletar Diktaturası
Marksizmə görə bir yerdə sinfi bərabərsizlik varsa, orada o sinfin diktatorluğu vardır. Lakin proletariat diktatorluğu cəmiyyətin çoxunu əhatə edən işçi və əməkçilərin ancaq özlərininn istismarçı azlığa qarşı uyğuladığı bir diktatorluqdur. Beləliklə bu yardılmış idarə forması işçi və əməkçi sinif üçün demokratiya, istismarçı azlıq üçün isə diktatorluqdur. Eynən bu gün də (sözdə kapitalist demokratiya) bir qrup sömürücü kapitalist üçün demokratiya, cəmiyyətin istismar edilən çoxluğu üçün isə diktator olması kimi. Marksizmdə diktatorluq qavramı bir siyasi idarə etmə forması deyil, sinif üstünlüyünü başa salır. Proletariat diktaturasında cəmiyyətin istismarçı çoxluğunu yaradan əməkçi siniflərə dönük bir basqı və zorbalıq ola bilməz. Onlar daha öncə heç yaşamadıqları qədər azadlığa və demokratiyaya qovuşacaqlar. Özləri istehsal edib, özləri idarə etməyə başlayacaqlar. Ancaq köhnə əzən və istismar edən sinif olan azlıqlar öz idarəçiliyinə yenidən qovuşmaq üçün işçi və əməkçi idarə formasına qarşı yürütdüyü fəaliyyət zamanı, işçi sinfi bunun qarşısını almaq üçün təbii olaraq hər cür tədbiri alacaq və gərəkli olduğunda zora da əl atacaqdır.