Privolnoye (Cəlilabad)

PrivolnoyeAzərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd.

Privolnoye
39°07′44″ şm. e. 48°32′14″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Cəlilabad rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 42 m
Saat qurşağı
Əhalisi
Əhalisi 4.484 nəfər
Privolnoye xəritədə
Privolnoye
Privolnoye

Tarixi

Privolnoe kəndinin əsası 1839-cu ildə buraya çar hökuməti tərəfindən sürgün olunmuş kəndlilər tərəfindən qoyulub. Bunlar iudaizm dininə tapınan milliyətcə ruslar idi, subbotniklər adlanırdılar. Kəndə 1958-ci ildə su xətti, 1961-ci ildə su xətti, 1980-ci ildə isə qaz xətti çəkilmişdir. Kəndin əhalisinin əsas məşğuliyyəti üzümçülük, çiyələk, kartofculuq, maldarlıq və şərabçılıq idi. Lakin 1980-ci illərin ortalarında SSRİ-də aparılan antialkoqol siyasəti çərçivəsində buradakı üzümlüklərin əksəriyyəti məhv edildi. Nəticədə kəndin əhalisinin böyük hissəsi özünün əsas məşğuliyyətindən məhrum oldu, bir çoxları işsizlik ucbatından kəndi tərk etməyə başladı. SSRİ-nin dağılması nəticəsində yaranmış iqtisadi böhran illərində kəndin demək olar ki, bütün əhalisi Rusiya, ABŞ, İsrailAlmaniyaya köçdü, onların yerinə isə kənddə azərbaycanlılar məskunlaşdı. Hal-hazırda kəndin azərbaycanlı əhalisinin sayı 5500 nəfərdən çoxdur, rusların sayı isə təxminən 80 nəfərdir, onların əksəriyyəti də köç edə bilməyən yaşlı insanlardır.[mənbə göstərin]

Toponimikası

Privolnoye oyk. Cəlilabad r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağatəyi arazidədir. Yaşayış məntəqəsi çarizmin ucqarlara köçürmə siyasəti nəticəsində Rusiyanın mərkəzi quberniyalanndan köçüb gəlmiş ailələrin 1839-cu ildə burada məskunlaşması nəticəsində yaranmışdır. Privolnoye rus. "azad, sərbəst” dəməkdir.[1]

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 4484 nəfər əhali yaşayır.[2]

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.