Priti Zinta

Priti Zinta (ing. Preity Zinta; 31 yanvar 1975, Şimla) — Hindistan kino aktrisası.

Priti Zinta
hind. प्रीति ज़िंटा
Doğum adı Preetam Singh Zinta
Doğum tarixi 31 yanvar 1975(1975-01-31) (49 yaş)
Doğum yeri
Milliyyəti Hindistanlı
Vətəndaşlığı Hindistan Hindistan
Atası Late Durganand Zinta (zabit)
Anası Nilprabha Zinta
Fəaliyyəti Aktrisa, prodüser, yazıçı, təşəbbüskar
Fəaliyyət illəri 1998-günümüzə
Boyu 1,62 m
Çəkisi 52 kq[1]
IMDb ID0006689
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Priti Zinta 31 yanvar 1975-ci ildə anadan olmuşdur [2]. 13 yaşında atasını avtomobil qəzasında itirən Priti həyata belə uyğunlaşmağa məcbur olur. Hindistanın Şimla şəhərindən olan Priti universitetdə təhsil almaq üçün Mumbay şəhərinə gedir. Bir gün Priti parkda öz yoldaşı ilə oturarkən bir qadın ona yaxınlaşır və reklam işində işlədiyini deyir. Həm də bildirir ki, reklamda çəkiləcək model son anda bu işdən imtina edib. Pritinin simasını bəyənən qadın ona model olmağı təklif edir. Priti bu təklifi qəbul edir. Beləcə öz karyerasına reklam manekeni kimi başlayan Priti 1990-cı illərin sonlarında yoldaşlarını dəstəkləmək üçün sınaq çəkilişlərinə gedir. Bollivudun tanınmış rejissorlarından biri Şekar Kapur təsadüfən onu görür və öz yeni filminin baş rol ifaçısını tapdığını düşünür. Lakin rejissorun nəzərdə tutduğu layihə baş tutmur. Çünki o zaman Şekar Kapur "Elizabet" filminin beynəlxalq aləmdə tanınması üçün çalışırdı.

Priti Zintanın kino fəaliyyətinin başlanğıcı 1998-ci ilə təsadüf edir. "İlk baxışdan məhəbbət" filmində Priti Nair rolunu ifa edir [3]. Və elə həmin ildə də "Bollivudun Oskarı" sayılan Filmfare mükafatını əldə etməyə nail olur. Bu mükafatın sayəsində Priti bir neçə rejissordan baş rol təklifi alır. Beləcə onun böyük kino yolu başlayır.

Priti Zinta nüfuzlu hind kino aktyoru, həmkarı Şahrux Xanın hazırladığı "Temptations-2004" layihəsi ilə dünya turuna çıxmışdır.

Priti Zinta bir-birinə bənzəyən rol tiplərində oynadıqları üçün uzun müddət aktrisa Kacolun kölgəsində qaldı. Lakin zaman keçdikcə Pritinin də heyranlarının sayı artdı. Beləliklə, o da Kacol kimi tanınmış aktrisa oldu.

Priti Zinta həyatı boyu 2 dəfə ölümlə üz-üzə qalıb. Şri-Lankada "Temptations" turu olarkən partlayışdan, Hind okeanında istirahət edərkən isə sunamidən sağ çıxa bilmişdi...

2005-ci ildən bəri məşhur Hindistan ailələrindən olan Vadia fabrikinin sahibi Ness Vadia ilə eşq yaşayır. 2008-ci ildən nişanlısı Ness Vadia və daha iki iş adamı ilə birlikdə "Kings XI Punjab"ın sahibidirlər.

Bioqrafiya

  • Boyu - 162 sm
  • Çəkisi - 52 kq
  • Bədən fiqurası - 34-26-34
  • Gözünün rəngi - Açıq-qəhvəyi
  • Saçının (real) rəngi - Qara

Filmoqrafiya

İlAzərbaycanca adıOrijinal adıRol
1998QəlbdənDil SePriti Nair
1998Bombeyli adaxlıPremante IderaSaylaca
1999Kriminal məhəbbət macərasıSangharshRita Oberoy
1999Yüngülbeyin qızKya KehnaPriya Bakşi
2000"Kəşmir" əməliyyatıMission KashmirZülfi Pərviz
2001Sevən ürəkDil Chahta HaiŞalini
2002Mənə yalnız sevgi lazımdırDil Hai TumhaaraŞalu
2003ÜmidArmaanSonya Kapur
2003Sən tək deyilsənKoi... Mil GayaNişa
2003Sabah açılacaq, yoxsa yox?Kal Ho Naa HoNeyna Katrina Kapur
2004 Həyatın məqsədiLakshyaRomita Datta
2004Həmişə vuran ürəkDil Ne Jise Apna KahaaParinita
2004Vir və ZaraVeer–ZaaraZara Həyat Xan
2005Biz sevəcəyikKhullam Khulla Pyaar KarenPriti
2005Salam, NamasteSalaam NamasteƏmbər Malhotra
2006KrişKrrishNişa
2006Mənim canımJaan-E-MannPiya Qoyal
2006Heç vaxt "əlvida" deməKabhi Alvida Naa KehnaRiya Saran
2007Sonuncu LirThe Last LearŞəbnəm
2007Om Şanti OmOm Shanti Omözü
2008Yerdəki asimanHeaven on EarthÇand
2008QəhrəmanlarHeroesKulcit Sinqh
2008Bu cütlüyü Tanrı yaradıbRab Ne Bana Di Jodimahnı ifa edən
2009Cənab və xanım XannaMain Aur Mrs KhannaHasina Caqamciya
2013Parisdə sevgiIshkq in Parisİşk

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.