Priskilla və Akila

Priskilla və Akila və ya Prisilla və Akvila (lat. Priscilla, Aquila) — Roma imperatoru Klavdinin fərmanı ilə Romadan qovulan, Korinfdə məskunlaşan və Həvari Pavelin səyləri nəticəsində xristianlığı qəbul edən yəhudi cütlük. Onların hər ikisi xristianlığın xeyrinə çalışmış və daha sonra Həvari Pavellə birlikdə Efesə köçmüş, burada xristian icması qurmuşdular. Əhdi-cədidin "Romalılara məktub" kitabında göstərilmişdir ki, cütlük yenidən Romaya qayıtmışdır.[1]

Priskilla və Akila
Vəfat tarixi II əsr
Xatirə günü 8 iyul
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ed Riçardson izah etmişdir ki, bu sürgün Roma sinaqoqlarında mövcud olan fikir ayrılıqları küçələrdə zorakılığa gətirib çıxarırdı, Klavdi isə zorakılığa səbəb olanları ölkədən qovmuşdu. baş verib və Klavdi məsulları qovmuşdu. Bu hadisə 47–52-ci illərdə Klavdinin Roma ayinlərini bərpa etmək və xarici kultları sıxışdırmaq məqsədilə apardığı kampaniya ilə üst-üstə düşürdü.[2] Svetoni qeyd etmişdir ki, Klavdi 49-cu ildə "yəhudilər"i ölkədən qovmuşdur, lakin Riçardson bildirmişdir ki, bunlar "əsasən xristian missionerləri və xristianlığa keçənlər", yəni "Chrestus" adlanan yəhudi xristianlar idi.[lower-alpha 1] Romanın yəhudi icmasının tərkibində xristianlar da mövcud idi.[2]

Qeydlər

  1. Riçardsona görə, "chrestus" və "christus" sözləri arasındakı qarışıqlıq kifayət qədər təbii idi. Həmin dövrdə orfoqrafiya və tələffüz fərqi əhəmiyyətsiz idi. İki formanın da mənlarını bir-birləri ilə əvəz etmək qeyri-xristianlar arasında olduqca adi hala gəlmişdi. Paqanlar yeni "xurafat"ın banisini kölə adı ilə müəyyən etməyə meylli idilər. Erkən apologistlərdən bəziləri paqanların tez-tez bu iki yazılışı qarışdırdıqlarından şikayətlənmiş və bunun xristianları narahat etdiyi əlavə etmişdilər.[2]

İstinadlar

  1. Аквила и Присцила  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  2. Richardson, Ed. Donfried, Karl P.; Richardson, Peter (redaktorlar ). Judaism and Christianity in First-century Rome (en page=205). Wm. B. Eerdmans Publishing. 1998. ISBN 9780802842657. (#missing_pipe)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.