Pripyat

Pripyat (ukr. Прип'ять) — Ukraynada şəhər.

Bu məqalə Şəhər haqqındadır. Çay üçün Pripyat çayı səhifəsinə baxın.
Pripyat
Прип’ять
Gerb
Gerb
51°24′23″ şm. e. 30°03′26″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 4 fevral 1970
İlk məlumat 1970
Sahəsi
  • 8 km²
Mərkəzin hündürlüyü 127 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 0 nəf. (2019)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu +380 4499
Poçt indeksi 255614
Nəqliyyat kodu AI, КI / 10
Digər
pripyat.com
Pripyat xəritədə
Pripyat
Pripyat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Çernobıl"ın məhv etdiyi şəhər

26 aprel, 03:00. Çernobıl AES-ın 4-cü reaktorunda partlayış meydana gəlir. O gecə Çernobılın 10 km-lik təhlükəli ərazisində yerləşən 49 min sakini olan Pripyat şəhəri boşaldılmalı olur. Gecə yarısından etibarən yüzlərlə avtobus şəhərin mərkəzinə gətirilir. Ordu yardım üçün əhaliyə kömək edir. İnsanlar evlərini o qədər tez boşaltmağa məcbur edilir ki, özləri ilə bir neçə geyim əşyası və yalnız şəkil albomlarını götürməyə icazə verilir. Pripyatı tərk edən avtomobil karvanının uzunluğu 20 km-ə çatır. Boşaltma işləri 30 saata yekunlaşır.

1970-ci ildə qurulan Pripyat şəhəri 30 saat ərzində xarabalığa çevrilir və bu, 900 il belə davam edəcək. Çünki Çernobıl AES-in partlaması nəticəsində ətrafa sızan ən zərərli radioaktiv maddələrin tamamilə yox olması üçün 900 il gözləmək lazımdır.

Bütün radioaktiv maddələrin yox olması üçün isə, 48 min il vaxt lazımdır.

Pripyatlılar isə başqa bir yerdə həyatlarına davam edirlər. Onlardan bir çoxu radiasiyanın təsirindən xilas ola bilməyib.

Çernobılda 4-cü reaktorun partlaması nəticəsində havaya qarışan radioaktiv maddələrin miqdarı Hiroşima və Naqasakiyə bomba atılan zaman havaya qarışan maddələrin miqdarından 100 dəfə çox olub. Bu maddələr küləyin təsiri ilə hətta Afrika qitəsinə də çatıb.

Hesablamalara görə, Ukraynanın 18 min kvadrat-kilometr ərazisi radiaktiv çirklənməyə məruz qalıb.[3]

Mədəniyyətdə

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.