Primatlar

Primatlar (lat. Primates) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. Bu dəstəyə meymunlarinsan da daxildir. Dəstədə 400-dən çox növ mövcuddur.

Primatlar
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Klad:
Olfactores
Yarımtip:
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Euteleostomi
Klad:
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Sinifüstü:
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
İnfrasinif:
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Qranddəstə:
Euarchonta
Mirdəstə:
Dəstə:
Primatlar
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  180089
NCBI  9443
EOL  1645
FW  40700

Yarımdəstə və fəsilələri

Yaşburunlar (Strepsirrhini)

Quruburunlar (Haplorhini)

Primatların xarakterik xüsusiyyətləri

Primatkimilər dəstəsinə daxil olan canlılar formasına və boyuna görə müxtəlifdir. Müasir primatlar Asiya, AfrikaAmerikanın tropik və subtropik ərazilərində, ZondFilippin adalarında yaşayırlar. Ətrafları 5 barmaqlıdır, bu da onlara ağacdan möhkəm tutmağa imkan verir. Beyin yarımkürələri iri olur. Göz çuxurları kəllənin ön tərəfində yerləşir. Müəyyən edilmişdir ki, primatlar cücüyeyən məməlilərin qədim qruplarından əmələ gəlmişdir. Bu dəstəyə ibtidai primatlar (yarımeymunlar) və ali primatlar (meymunlar) daxildir.

İbtidai primatlar

İbtidai primatların barmaqları caynaqlıdır. Lemurlarl MadaqaskarKanar adaları üçün səciyyəvidir. Madaqaskarda onların bir neçə növünün nəsli kəsilmək üzrədir. Afrika və Asiya meşələrində lorilər yaşayır.

Ali primatlar

Ali primatlara 100-dən çox növ daxildir. Bunların ön beyin yarımkürələri iri və qırışlıdır. Cənubi Amerika meşələrində ilişkənquyruq adlı meymunlar hündür ağacların başında sürətlə qaça bilir. Əntər meymunlar Afrikada və Cənubi Asiyada yaşayırlar. Onlar böyük sürülər şəklində yaşayırlar və nizamlı davranırlar. Sürüyə başçı-dominant rəhbərlik edir. İnsanabənzər meymunlar daha çox inkişaf etmişdir. Onların başı yumru, ön beyin qabığı mürəkkəb quruluşludur, üzündə tük azdır, ayaqlarının altı və əlinin içi tüksüzdür. İnsanabənzər meymunlar tropik meşələrdə yaşayır. Qorilla və şimpanzelər həm yerdə, həm də ağacda yaşayırlar. Hibbonlar (Asiya və İndoneziya) və oranqutanlar çox vaxt ağacda olur, yerə nadir hallarda enir. Oranqutanlar Sumatra adasında daha çox yayılmışdır.

Aqil insanın formalaşması

Aqil insan növündən əvvəl neandertal, sinantrop, pitekantropavstralopitek adlı insan növləri olmuşdur. Güman edilir ki, müasir insan Afrikada əmələ gəlmişdir. Onun sosioloji varlığa çevrilməsində əmək böyük rol oynamışdır.

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.