Prespa gölü

Prespa — cənub-şərqi Avropada Albaniya, YunanıstanMakedoniya arasında bölünən iki şirin su gölünün adıdır. Ümumi səthinin sahəsinin 176.3 km²-i Makedoniya Respublikasına, 46.3 km²-i Albaniyaya və 36.4 km²-i Yunanıstana aiddir. Bunlar, 853 metr yüksəklikdəki Balkan yarımadasındakı ən yüksək tektonik göldür.

Prespa gölü
alb. Liqeni i Prespës
yun. Λίμνες Πρέσπες
mak. Преспанско Езеро
Gölün Albaniya hissəsində yerləşən Maliqrad Adası
Gölün Albaniya hissəsində yerləşən Maliqrad Adası
Ümumi məlumatlar
Tipi Tektonik
Mütləq hündürlüyü 853 m
Eni 17000 km
Uzunluğu 28000 km
Sahil uzunluğu 107 km
Sahəsi 259 km²
Dərin yeri 54 m
Orta dərinliyi 54 m
Yerləşməsi
40°52′ şm. e. 21°06′ ş. u.
Ölkələr
Yerləşməsi Balkan Yarımadası (Yunanıstan, AlbaniyaMakedoniya)
Adalar Qolen Qrad, Mal Qrad
Prespa gölü xəritədə
Prespa gölü
Prespa gölü
Rəsmi adıLake Prespa
Tarixi4 aprel 1995
İstinad nöm.726[1]
Rəsmi adıAlbanian Prespa Lakes
Tarixi13 iyun 2013
İstinad nöm.2151[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Böyük Prespa Gölü (alb. Liqeni i Prespës, yun. Μεγάλη Πρέσπα, mak. Преспанско Езеро) Albaniya, YunanıstanMakedoniya arasında bölünmüşdür. Kiçik Prespa Gölü (alb. Prespa e Vogël, yun. Μικρή Πρέσπα) yalnız Yunanıstan (138 km² drenaj sahəsi, 42.5 km² səth sahəsi) və Albaniya (51 km² drenaj sahəsi, 4.3 km² səth sahəsi) arasında bölünmüşdür.

Ərazi, Albaniya, YunanıstanMakedoniya Respublikasında olan üç Milli parka aiddir. Prespa gölləri ərazisindəki ən böyük yaşayış məntəqəsi Makedoniya Respublikasında olan Resen qəsəbəsidir. 2014-cü ildə Albaniya ilə Makedoniya arasındakı Ohri-Prespa Transsərhəd Qoruğu UNESCO-nun Dünya Biosfer Qoruğu Şəbəkəsinə əlavə edildi.[3]

Tarixi

XX əsrdə Çar Samuyil, sərhədin Yunanıstan tərəfindəki Kiçik Prespa gölündəki Aqiyos Açilliyos adlı bir ada üzərində Müqəddəs Açilliyus qalasını və kilsəsini inşa etdi. Makedoniya tərəfindəki Böyük Prespa gölündəki ən böyük ada, Qolen Qrad (azərb. Böyük Şəhər) və Zmiski Ostrov (azərb. İlan Adası)-dur. Digər ada Mal Qrad (Albaniyadakı kiçik bir qəsəbə), Müqəddəs Pyotra həsr olunmuş XIV əsrdən qalma dağılmış bir monastırın olduğu yerdir. Bu gün, hər iki ada da boşdur.

Böyük Prespa Gölü qərbdə yalnız təxminən 10 km-lik bir sahədə olan Ohri gölündən təxminən 150 metr uzaqlıqda olduğu üçün, sular Karstaki yeraltı kanallarından keçməkdə və Ohri Gölünə axan çayları bəsləyən bulaqlardan çıxmaqdadır.[4]

Vəhşi Həyatı

Göldə yalnız 11 yerli balıq növü bilinir, ancaq bunların 9-u endemikdir: Prespa İnci Balığı ; Alburnus belvica ; Barbus prespensis ; Chondrostoma prespense ; Cobitis meridionalis ; Pelasgus prespensis ; Rutilus prespensis ; Salmo peristericus və Squalius prespensis [5]

Qalereya

Həmçinin Bax

İstinadlar

  1. "Lake Prespa". Ramsar Sites Information Service. 2020-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2018.
  2. "Albanian Prespa Lakes". Ramsar Sites Information Service. 2020-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2018.
  3. "UNESCO-nun Dünya Biosfer Qoruğu Şəbəkəsinə əlavə edilən on üç yer - UNESCO". 2018-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
  4. Tomas Vilke, Risto Vayinola, Frank Riyedel (2009), Qədim Göllərdə Türləşmənin növləri və Prosesləri: Qədim Göllərdə Türləşmə Simpoziumu, Berlin, Almaniya, Sentyabr 4-8, 2006 (Hidrobiyologiyadakı İnkişaflar) Arxivləşdirilib 2022-06-11 at the Wayback Machine, səh. 107, Springer, ISBN 1-4020-9581-3
  5. Talevski, Miloseviç, Mariç, Petroviç, Talevska və Talevska (2009). İxtiyofauna'nın Prespa Gölünəki , Ohri Gölündəki və Skadar Gölündəki Biomüxtəliflik. Biotexnologiya və Biotexnologiya Avadanlıqları. Biotexnologiya və Biotexnologiya Avadanlıqları 23(2). ISSN 1310-2818

Xarici Keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.