Prenit

Prenit — rombik sinqoniya.

Prenit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Strunz təsnifatı VIII/G.07[1]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya rombik[d][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.

Xassələri

Rəng – ağ, boz, açıq-sarı, bozumtul- və otu-yaşıl, qırmızımtıl, bəzən rəngsiz;

Mineralın cizgisinin rəngi – ağ;

Parıltı – şüşədən sədəfiyədək;

Şəffaflıq – yarımşəffaf;

Sıxlıq – 2,8-3; Sərtlik – 6-6,5;

Sınıqlar – qeyri-hamar;

Ayrılma – {001} üzrə orta;

Morfologiya – kristallar: nadir hallarda qısasütunvari və nazik lövhə şəkilli;

İkiləşmə: polisintetik;

Mineral aqreqatları: böyrək-, vərəq- və daraqvari, radial-şüalı, dənəvər, kürəvi, qaysaq şəkilli əmələgəlmələr, druzalar.

Mənşəyi və yayılması

Tipik hidrotermal mineral olub, tez-tez hidrotermal dəyişilmiş əsasi süxurlarda–qabbro və diabazlarda əsasi plagioklazların parçalanma məhsulu kimi qeyd edilir. Habelə əsasi effuziv süxurların–bazalt və andezitlərin badamvari boşluqlarında rast gəlir. Kontakt-metasomatik əmələgəlmələrdə, adətən, endoskarnlarda rast gələn prenit epidot, piroksen və qranat üzrə inkişaf edir. Mineralın tapıldığı yerlər: Arendal, Kraqeryo (Norveç); Falun (İsveç); Ural, Qafqaz (Rusiya); Zakarpatye (Ukrayna). Azərbaycanda Kiçik Qafqazın ofiolit qurşağının hiperbazitlərində, Daşkəsən və Gədəbəy rayonlarının skarnlarında, Ağcakənd çökəkliyinin vulkanogen əmələgəlmələrində, Talışın subqələvi bazaltoid formasiyasının süxurlarında, Şimali-Daşkəsən kobalt yatağında qeyd edilmişdir.

İstinadlar

  1. Ralph J., Nikischer T., Mineralogy H. I. o. Mindat.org (ing.): The Mineral and Locality Database. [Keswick, VA], Coulsdon, Surrey: 2000.
  2. mineralienatlas.de (ing.).

Mənbə

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.