Preşov diyarı
Preşov diyarı (slovak. Prešovský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Preşov şəhəridir. Sahəsi 8993 km², əhalisi isə 789 968 nəfər (2001) təşkil edir.
Preşov diyarı | |||||
---|---|---|---|---|---|
|
|||||
49°00′06″ şm. e. 21°14′22″ ş. u. |
|||||
Ölkə | |||||
İnzibati mərkəz | Preşov | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 24 iyul 1996 | ||||
Sahəsi |
|
||||
Hündürlük | 428 m | ||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
ISO kodu | SK-PV | ||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Preşov diyarı Slovakiyanın şimal-şərqində yerləşir. Şimalda diyar Polşa, şərqdə Ukrayna, cənubda isə Jilina, Koşitse və Banska Bistritsa diyarları ilə həmsərhəddir.
Preşov diyarı 1 iyul 1996-cı ildə ölkənin inzibati bölgüsü sayılan Şərqi-Slovak diyarının (slovak. Východoslovenský kraj) yenidən təşkili zamanı, onun iki hissəyə bölünməsi nəticəsində yaranmışdı (şimalda Preşov, cənubda isə Koşitse diyarları yaranmışdı).
İnzibati bölünmə
Preşov diyarı "okres" adlanan 13 rayona bölünür:
- Preşov rayonu
- Sabinov rayonu
- Bardeyov rayonu
- Svidnik rayonu
- Vranov nad Tolyou rayonu
- Levoça rayonu
- Kejmarok rayonu
- Stara Lyubovnya rayonu
- Poprad rayonu
- Medzilabortse rayonu
- Humenne rayonu
- Snina rayonu
- Stropkov rayonu
Statistik məlumatlar (2001)
Əhalinin etnik mənsubiyyəti
- slovaklar 90,7 %
- qaraçılar 4,0 %
- rusinlər/ukraynalılar 3,6 %
- digərləri 1,7 %
Əhalinin konfessional mənsubiyyəti
- katoliklər 67,0 %
- yunan katolikləri 15,3 %
- lüteranlar 5,1 %
- pravoslavlar 4,0 %
- ateistlər 5,6 %
İstinadlar
- archINFORM (alm.). 1994.
- Počet obyvateľov podľa pohlavia vo všetkých krajoch SR k 1. 1. 2021 (словацк.). Bratislava: ŠÚ SR.
Xarici keçidlər
- Prešovský samosprávny kraj Diyarın rəsmi saytı