Praqa astronomik saatı
Praqa astronomik saatı və ya Praqa orloyu (çex. Pražský orloj) — Çexiyanın paytaxtı Praqa şəhərində yerləşən orta əsrlərə aid astronomik saatdır. İlk dəfə 1410-cu ildə quraşdırılmış saat dünyanın üç ən qədim astronomik saatından biri olmaqla, hələ də işləyən ən qədim astronomik saatdır.Hər saat tamamında tamam olmuş rəqəmi,saat 12 tamam olanda bütün rəqəmlərini görmək mümkündür.Həmçinin 1 gün ərzində Astronomik saatın ətrafında yüzlərlə insan görüşür.Buralarda çöl akrobatları müxtəlif hərəkətlərlə insanların diqqətini özlərinə çəkirlər.Həmdə bu yerlər Avropalıların yaddaşında görüşmək , rastlaşmaq olaraq qalır.Çünki Praqaya gələn turistlər qohumlarını və ya orda yaşayanları Astronomik saatın yanına çağırırlar.
Praqa astronomik saatı | |
---|---|
Pražský orloj | |
50°05′13″ şm. e. 14°25′14″ ş. u. | |
Ölkə | |
Tikilmə tarixi | 1410 |
Rəsmi sayt | orloj600let.cz |
Vikianbarda əlaqəli mediafayllar |
Təsviri
Orloy Praqanın Qədim şəhər meydanında yerləşən Köhnə Şəhər Zalının cənub divarında yerləşir. Saat mexanizminin özü üç əsas komponentdən ibarətdir: Günəş və Ayın səmada yerini və müxtəlif astronomik detalları göstərən astronomik sferblat; "Həvarilərin keçidi", hər saatda həvarilərdən birinin və digər hərəkət edən fiqurları – zamanı dayandıran Ölüm fiquru (skelet şəklində təsvir olunub) onlardan ən diqqət çəkənidir — göstərən saat mexanizmi; ayları təsvir edən medalyonlarla təqvim sferblatı. Yerli əfsanəyə görə, əgər saat baxımsız qalsa və unudulsa şəhərdə pis hadisələr baş verə bilər, saatın yaxşı fəaliyyəti təhlükədədir və yanda hərəkət edən ölüm fiquru başını qabağa əyərək bunu təsdiq edir. Əfsanəyə görə, yeganə ümid Yeni il gecəsi doğulacaq oğlan uşağınadı.[2]
Tarixi
Orloyun, Kadanlı Mikudan və sonradan Karlov Universitetinin professoru olmuş Yan Sindel tərəfindən hazırlanmış ən qədim hissələri olan mexaniki saat və astronomik sferblat 1410-cu ildə quraşdırılmışdır. Saat haqqında mənbələrdə ilk xatırlanma 9 oktyabr 1410-cu ilə aiddir.[3] Sonradan, təxminən 1490-cı illərdə saata təqvim əlavə edilmiş və fasadı qotik heykəllərlə bəzədilmişdi.
Əvvəllər belə hesab edilirdi ki, Orloy 1490-cı ildə saat ustası Yan Ruze (həm də Hanuş kimi tanınır) tərəfindən quraşdırılıb; lakin hazırda bunun tarixi səhv olduğu bilinir. Alois Jirasek tərəfindən nəql edilən əfsanəyə görə başqa yerdə belə bir saat işləyə bilməməsi üçün saatsaz Hanuş Praqa Bələdiyyə Məclisi üzvləri tərəfindən kor edilmişdi; öz növbəsində saatsaz isə yaratdığı gözəl sənət əsərini sındırmış və növbəti yüz il ərzində heç kim onu bərpa edə bilməmişdir.
1552-ci ildə saat usta Yan Taborski tərəfindən təmir edilir, həmin usta təmir haqqında məlumat da yazır və bu izahatında saatın müəllifi kimi Hanuşun adını qeyd edir. Bu səhv dövrün məlumatlarının düzgün şərh edilməməsindən qaynaqlanmışdı. 1962-ci ildə Zdenek Horskinin Orlojda 1410-cu ilə aid sənədlərin kopyaları ilə kitabça aşkarlamasından sonra tarixi həqiqətlər üzə çıxarılmışdı. Usta Hanuşun müəllifliyi məsələsi isə, ehtimal ki, 1470–1473-cü illərdə saatın təmir edilməsi işləri ilə əlaqəlidir. İstifadəyə verildikdən sonra saat dəfələrlə fəaliyyətini dayandırmış və təmir olunmuşdur.
1629 və ya 1659-cu ildən sonra saata taxta fiqurlar əlavə edilmişdir, 1787–1791-ci illəri əhatə edən əsaslı təmir işindən sonra isə saata həvarilərin fiqurları əlavə edilmişdir. 1865–1866-cı illəri əhatə edən növbəti əsaslı təmir zamanı isə saata qızıl banlayan xoruz fiquru əlavə edilmişdi.
7 may, xüsusilə 8 may 1945-ci ildə, Praqa üsyanı zamanı almanlar şəhərin bəzi hissələrini yandırmışdılar, bu zaman saata da zərər dəymişdi. Divarında saat yerləşdirilmiş bina və ona qonşu olan tarixi binalar da yandırılan binalar arasında idi. Yanğın zamanı saatın qiymətli taxta fiqurları və Yozef Manes tərəfindən hazırlanmış təqvim sferblatının üzü də yanmışdı. Uzun müddətli çalışmalar və ustaların səylərindən sonra saatın əkdər mexanizmləri təmir edilmiş, həvarilərin taxta heykəlləri isə Voytex Suçarda tərəfindən bərpa edilmişdir, bundan sonra Orloy 1948-ci ildə yenidən fəaliyyətə başlamışdır.[4]
Saat sonuncu dəfə 2005-ci ildə təmir edilmişdir. Bu təmir zamanı saatın taxta fiqurları və aşağı halqası Yozef Manes tərəfindən bərpa edilmişdir. Taxta fiqurlar hamısı göyərçinlərə qarşı örtüklə müdafiə edilmişdir.
600 illik yubileyi
9 oktyabr 2010-cu ildə saatın 600 illik yubileyi qeyd edilmiş və bu münasibətlə işıq şousu göstərilmişdir. Hər biri 1920x1080 ölçülü olan iki ədəd 2x Christie 18K HD projektoru ilə saat qülləsi üzərində müxtəlif təsvirlər canlandırılmışdır. Təsvirlərdə saatın quraşdırılması, sökülməsi, yenidən qurulması, daxili mexanizmi, məşhur fiqurları və tarixi ilə bağlı müxtəlif hadisələr göstərilmişdir.
Astronomik sferblat
Astronomik sferblat orta əsrlər astronomiyasında istifadə olunan mexaniki üsturlabın bir formasıdır. Bundan başqa, Orloyun, kainatın müasir vəziyyətini göstərən primitiv planetarium olduğunu da düşünmək olar.
Astronomik sfreblat yer kürəsi və səmanı təsvir edən zəminə və onu əhatə edən, dörd hərəkətli komponentə malikdir: zodiakal halqa, xarici fırlanan halqa, günəşi təmsil edən halqa və ayı təsvir edən halqa.
Stasionar zəmin
Saatın zəmini yer kürəsi və lokal səmanı təmsil edir. Mərkəzdəki mavi dairə yer kürəsini təmsil edir, onun üstündəki hissə isə səmanı və üfüqü göstərir. Qırmızı və qara zikimsonik hissələr səmanın üfüq hissəsi ilə qarışır. Gündüz vaxtı günəş fonun mavi hissəsində, gecə vaxtı isə qara hissəsində dayanır. Sübh vaxtı və dumanda müxaniki günəş fonun qırmızı hissəsində dayanır.
Üfüqün sol tərəfində latın dilində "aurora" (şəfəq) və "ortus" (günəş qalxması) yazılıb. Sağ tərəfində isə "occasus" (qürub) və "crepusculum " alatoran yazılıb.
Mavi dairənin kənarındakı qızıl Rum rəqəmləri ilə günlük 24-saatlıq zaman şkalası göstərilmişdir ki, bu saat da yerli Praqa və ya Mərkəzi Avropa Vaxtı ilə işləyir. Qızıl cızma xəttlər sferblatın mavi hissəsini on iki issəyə bölür ki, bunlar da qeyri-bərabər saatlardı. Bu saatlar şəfəq və qürub arasında 1/12 şəklində bölünür və beləcə ilin günləri uzun və qısa olaraq dəyişir.
Zodiakal halqa
Qalın xarici kənarın daxilində başqa bir hərəkət edən halqa yerləşir ki, bu halqanın da üzərində günəş tutulmalarını hesablamağa kömək edən zodiak işarələri var. Həmin işarələr saat istiqamətinin əksinə düzülüb. Bu hissədə Günəş, saat istiqamətinin əlehinə, Xərçəngdən Şirə doğru fırlanır.
Şimal qütbünün əsas götürüldüyü stereoqrafik proyeksiya zodiak dairəsinin hərəkəti ilə nəticələnir. Bu həmin dövrün astronomik saatlarında qarşılaşılan ümumi cəhətlərdəndir.
Balaca qızıl ulduz Yaz ekinoksu və Ulduz sutkasının vaxtını göstərir, ki, bunları da Roma rəqəmləri ilə oxumaq mümkündür. Zodiak mexanizmin içindəki 366 dişin içinə yerləşdirilib. Bu mexanizm, günəş, ay və 24 saat mexanizmi ilə əlaqələndirilib.
Qədim çex zaman şkalası
Saatın xarici kənarında qara zəmin üzərində qızıl Şvabaxer rəqəmlər düzülüb. Bu rəqəmlər Qədim çex zamanını (və ya italyan saatını) ifadə edir. Bu halqa geriyə hərəkət edir günəş batımına əsasən saatı göstərir.
Günəş
Qızıl günəş zodiakal halqanın ətrafında fırlanır və günəş tutulmasının vaxtını göstərir. Günəşə qızılı qol bərkidilib ki, onlar birlikdə vaxtı üç fərqli üsulla göstərirlər:
- Zəmində Roma rəqəmləri üzərində hərəkət edən qızıl əl yerli Praqa vaxtını göstərir.
- Oyma qızıl xəttlər üzərində hərəkət edən günəş qeyri-bərabər saatları göstərir.
- Qızıl əlin xarici halqa üzərində hərəkəti Qədim çex zaman şkalası ilə qürubdan sonra neçə saat keçməsini göstərir.
Əlavə olaraq, Günəşin sferblatın mərkəzinə olan məsafəsi şəfəq və qürub vaxtlarını göstərir. Günəş və günəşin əli mexanizmin içində 365 ötürücü mexanizm üzərində yerləşdirilib.
Ay
Ayın ekliptik üzərində hərəkəti günəşin hərəkəti kimi göstərilib, lakin sürəti daha böyük təşkil edilib (ayın yer ətrafında hərəkətinə uyğun olaraq). Yarım gümüşlənmiş sfera ayın fazalarını göstərir. Ay mexanizmin içində yerləşdirilmiş 379 ötürücü mexanizm üzərində yerləşdirilib.
Praqa Orlojunun kompüter modeli
Real vaxtı dəyərləndirə bilmək üçün astronomik sferblatın müxtəlif mexaniki hissələrinin hərəkəti çox ləngdir, lakin Orlojun proqram modeli nəticəsində, animasiya fomasında onun iş prosesini anlamaq daha asan olur. Həmin animasiyalardan birini "Prague à la carte Arxivləşdirilib 2010-08-08 at the Wayback Machine" səhifəsində və ya birbaşa burada Arxivləşdirilib 2010-05-06 at the Wayback Machine izləmək olar. İzahlı və animasiyalı şəkillər və saatın iş mexanizmi haqqında cədvəllər üçün Didaktik şərhlər səhifəsinə baxın.
Windows Phone 7, iPhone və iPad üçün də Orloj əsasında tətbiqi proqramlar hazırlanmışdır. Həmin proqramları Zune Marketplace, App Store və ya yuxarıda qeyd edilmiş səhifələrdən əldə etmək olar.
Hərəkətli fiqurlar
Saatın cinahlarında onu quraşdıran müəlliflərin məqsədini ifadə edən dörd hərəkətli fiqur yerləşir və onlar hər saatda yerlərini dəyişirlər. Aşağıdakı şəkillərdə (soldan sağa) "Şöhrətpərəstlik" adlı birinci fiqur güzgüdə heyranlıqla özünə baxır. Əlində qızıl kisəsi tutmuş növbəti fiqur xəsisliyi və səlmçiliyi təmsil edir. Saatın digər tərəfində vaxtı döyəcləyən ölüm fiquru – skelet dayanır. Nəhayət, dördüncü fiqur əyləncə və zövqü təmsil edən "Türk" fiqurudur. Hər saatda bir dəfə skelet zınqırovu vurur və digər fiqurlar başlarını yellədərək "getmək" istəmədiklərini ifadə edirlər.
Saatın üstündəki qapılarda hər saatda dəyişərək on iki həvarini təmsil edən fiqurlar vardır.
- Şöhrətpərəst və Xəsis
- Ölüm və Türk
- Filosof və Arxangel
- Astronom və Xronik
Təqvim
Saatın aşağısında yerləşən təqvim dairəsi 1880-ci ildə kopya ilə əvəzlənmişdir. Orijinal təqvim isə Praqa muzeyində saxlanılır.
İstinadlar
- https://www.drobnepamatky.cz/node/22453.
- "LEGENDS OF THE OLD TOWN ASTRONOMICAL CLOCK". Prague City Line. Prague City Line. 21 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 June 2014.
- "Stručná historie Pražského orloje" (Czech). 10 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 may 2014.
- Survey of the Reconstruction and Repairs of the Prague Astronomical Clock in the 19th and 20th Century, by Vaclav Heisler; Publisher: National Technical Museum; Praha; undated typescripts from mid-1990s; English translation from a Czech original
Ədəbiyyat
- Horský, Zdeněk. Pražský orloj (czech). Praha: Panorama. 1988.
- Malina, Jakub. Prague Horloge [The...] - A Guide to the History and Esoteric Concept of the Astronomical Clock in Prague, Series: Esoteric Prague. Praha: Eminent. 2005.
Həmçinin bax
- Astronomiya
- Astronomik saat
- Üsturlab
Xarici keçidlər
- orloj600let.cz — Praqa astronomik saatının rəsmi saytı
- Youtube — Praqa astronomik saatı. Saatın detalları haqqında video.
- Orloj – 600 illik yubiley şousu