Poylu dəmiryolu körpüsü

Poylu dəmiryolu körpüsüKür çayı üzərində dəmiryolu körpüsü.[1]

Poylu dəmiryolu körpüsü
Keçid Qatarlar üçün
Üslubu Tağ körpü
Material metal
dəmir-beton
Uzunluğu 208,7 m
Açılışı 1898
1921
1997
2014

Tarixi

Poylu dəmiryolu körpüsü 1898-ci ildə inşa edilmişdir.[2] Körpü Bakı-Tbilisi dəmiryolunun çəkilişi zamanı tikilmişdir. 1921-ci ilin fevralında gürcü menşevikləri "Qızıl Ordu"ya mane olmaq üçün körpünü dağıtmışdılar. Azərbaycan, GürcüstanErmənistanın 1200 nəfər fəhlə, kəndli və qulluqçusu dörd gün ərzində A.Serebrovskinin rəhbərliyi ilə Poylu dəmiryolu körpüsünü bərpa etmişdir. İnşaatçılar 1921-ci il fevralın 23-də mitinq keçirərək körpüyə Leninin adını vermək haqqında qərar qəbul etmiş və V.İ.Leninə teleqram göndərmişdilər[1].

Tikinti göstəriciləri

Körpü 12,3+34,7+88,3+56,6+11,9 m sxeminə malik idi və onun tam uzunluğu 208,7 m idi. Metal ferma şəkilli aşırım qurğularının tirilərinin uzunluğu 34,7 m, 88,3 m və 56,6 m təşkil edirdi. 12,3+11,9 m olan aşırım qurğusu isə dəmir-beton tirdən hazırlanmışdır[2].

Restavrasiya

1995-ci ildə "EVRASCON" korporasiyası Poylu yaşayış məntəqəsinin yaxınlığındakı dəmir yolu körpüsünün aşırım qurğusunun tirlərini dəyişdirmişdir. Yenidənqurma işləri zamanı uzunluğu 12,3 və 11,9 metr olan aşırım qurğusu tirləri yeni dəmir-beton tirdən hazırlanmış aşırımlarla əvəz edilmişdir, lakin uzunluğu 34,7 metr olan aşırım qurğusu tirləri bütöv divarlı metal tir üzərində dəmir-beton plitə ilə əvəzlənmişdir. Uzunluğu 88,3 və 56,6 metr olan aşırımlar isə aşağı gedişli qəfəs tipli metal fermalarla əvəz edilmişdir. Körpü qənaətbəxş qiymətlə istismara verilmişdir. Layihə 1997-ci ildə başa çatdırılmışdır[2].

Həmçinin bax

  • Poylu Dəmiryol Stansiyası

İstinadlar

  1. Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı. 1983. səh. səh.569.
  2. "Tbilisi-Bakı dəmir yolunun 73-cü kilometrliyində Poylu stansiyasında Kür çayı üzərindəki körpünün yenidən qurulması". EVRASCON (az.). evrascon.com. 2015-03-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-25.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.