Poylu (qəsəbə, Ağstafa)

PoyluAzərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində qəsəbə.

Qəsəbə
Poylu
41°13′53″ şm. e. 45°26′37″ ş. u.
Ölkə  Azərbaycan
Region Gəncə-Qazax iqtisadi rayonu
Rayon Ağstafa rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 222 m
Saat qurşağı UTC+4 , yayda UTC+5
Əhalisi
Milli tərkibi Azərbaycanlılar
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0527[1]
Poylu xəritədə
Poylu
Poylu

Tarixi

Azərbaycanın qədim yaşayış yerlərindəndir. Burada tarixləri 1800, 1700, 1500-cü illərə gedib çıxan, ərəblərə, ruslara aid qəbir daşları var. Kəndin əhalisi çox idi.Amma 20-ci əsrin ortalarında kəndə düşən xəstəlik kənd əhalisini buradan köçməyə məcbur etdi.Həmin əhali hal hazırda Poylu kəndi adlanan ərazidə məskunlaşıb.

Mədəniyyəti

Poylu qəsəbəsi Azərbaycanın qədim yaşayış yerlərindən sayılır. Bunu Poylu kənd qəbirstanlığındakı ərəb əlifbası ile yazılmış qəbir daşları sübut edir.Poylu qəsəbəsindən tapılan müxtəlif qılınclar, xəncərlər, sikkə pullar indi Azərbaycanın müxtəlif muzeylərində saxlanılır. Ən qədim qılınc Cinallar tayfasından olan Əli adlı şəxsə məxsus olmuşdur(hazırda onun davamçıları həmin kənddə var).

Coğrafiyası

Ərazisi çökəklikdə yerləşən əsasən düzənliklərdən və çox az sayda xırda təpəliklərdən ibarətdir. Qəsəbədən Kür çayı keçir buda kənd əhalisi yayda çimərlik kimi istifadə etməsi balıq tutması üçün istifadə edirlər. Qəsəbədən həmçinin Ağstafa çayı da kecir. Əhali buradan çimmək, balıq tutmaq, paltar və yun yumaq, mal-qaranı suvarmaq (Kür çayında da həmçinin) üçün istifadə edir. Poyluda həmçinin Qarayazı meşəsi, yanar, müalicəvi bulaqlar var. Kənd əhalisi ücün klub, kitabxana, kiçik sağlamlıq mərkəzi,bələdiyyə və s. fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan(BTC) boru kəməri kənd ərazisindən keçir. Qəsəbəyə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də gəlmişdir. Poyluda həmçinin dəmiryol stansiyası da mövcuddur.Kənd məktəbi, mağazalar,"Yaşıl Göl" istirahət mərkəzi vardır.

Əhalisi

Poylu qəsəbəsi əhalisi əkinçilik və maldarlıqla məşğuldur. Azərbaycan xalq şairi Nəriman Həsənzadə Poyluda anadan olmuşdur. Onun ev muzeyi də Poyludadır.

Tanınmış şəxsləri

Şəkilləri

Həmçinin bax

Nəriman Həsənzadə

Nazim Rustəmov Vaqif ==İstinadlar==

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.