Powerwolf
Powerwolf - Almaniya pauer metal musiqi qrupu. 2003-cü ildə Çarlz Qreyvolf və Metyu Qreyvolf qardaşları tərəfindən yaradılmışdır.
Powerwolf | |
---|---|
Əsas məlumatlar | |
Üslub |
hevi metal simfonik metal pauer metal |
Fəaliyyət illəri | 2003—h.h. |
Ölkə |
Almaniya Rumıniya |
Dil |
ingiliscə latınca almanca |
Leybl | Metal Blade Records |
Heyət |
Attila Dorn Metyu Qreyvolf Çarlz Qreyvolf Roel Van Helden Falk Maria Schlegel |
Keçmiş üzvlər |
Stefan Funebre Tom Diener |
www.powerwolf.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
Qrupu yaratdıqdan sonra qardaşlar Rumıniyaya səfər edərək orada Attila Dorn ilə tanış olduqdan sonra Attila Dorn qrupa vokalist kimi qatıldı. Dorn, Buxarestdə klassik opera vokal musiqi Akademiyasını bitirdiyi üçün onun səsi qrupun üslubu üçün çox əlverişli oldu. Qrupun sözləri vampir əfsanələrindən, din və şeytan haqqındadır. Qrupun ilk debüt albomları 2005-ci ildə "Return in Bloodred" adlı albomları olmuşdur.
Qrup üzvləri
- Attila Dorn - vokal
- Falk Maria Şlegel - sintezator
- Roel van Helden - zərb alətləri
- Metyu Qreyvolf - gitara
- Çarlz Qreyvolf - bass gitara
Diskoqrafiya
- Return in Bloodred (2005)
- Lupus Dei (2007)
- Bible of the Beast (2009)
- Blood of the Saints (2011)
- Alive in the Night (live album) (2012)
- Preachers of the Night (2013)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.