Potyomkin kəndi

Potyomkin kəndi — tarixi mif.

Rəvayətə görə 1787-ci ildə Qriqori Potyomkin kraliça II Yekaterinada müsbət təəssürat yaratmaq məqsədilə kraliçanın Osmanlı imperiyasından ilhaq edilmiş Krıma səfəri zamanı Dnepr çayı boyunca saxta evciklər tikdirmiş və bununla da idarə etdiyi ərazidə firavanlığın hökm sürdüyünü göstərməyə çalışmışdı. Gözdən pərdə asmaq funksiyası daşıyan bu fırıldaq əməli tarixə "Potyomkin kəndi" adı ilə düşmüşdür[1].

Bu qəfil "nailiyyətlər" nəinki kraliçanı, onunla bir yerdə səyahətə qoşulmuş xarici ölkə zadəganlarını, onlara inkoqnito qoşulmuş Avstriya İmperatoru II İosifi də heyrətləndirmişdi.

Baxmayaraq ki, bu əfsanə hesab edilr, amma "potyomkin kəndləri" ifadəsi sonradan görüntü yaratmaq, görüntü yaratmaqla aldatma və fırıldaqçılıq ifadəsinə çevrilmişdir.

İstinadlar

  1. "Bakı – Potyomkin Kəndi". 2012-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-15.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.