Postmortem fotoqrafiya
Post-mortem fotoqrafiya (ing. Post-mortem photography) — vəfat etmiş şəxsin fotolarının çəkilməsi ənənəsi. Ölüm sonrası fotoqrafiya anlamına gələn Post-mortem fotoqrafiya XIX əsrin sonları, XX əsrin əvvəllərində Amerika və Avropa mədəniyyətlərində geniş yayılmışdır. Post-mortem fotolar adətən vəfat etmiş şəxsin qohumları tərəfindən onun xatirəsini əbədiləşdirmək və daimi xatırlamaq məqsədi ilə hazırlanırdı.[1] Post-mortem fotoların çəkilməsi ənənəsi XX əsrin əvvəllərində Azərbaycanda da mövcud olmuşdur. Hacı Zeynalabdin Tağıyevin ailə üzvləri ilə birlikdə vəfat etmiş oğlu Kazımın tabutu önündə çəkdirdiyi şəkil buna misal göstərilə bilər.

Hacı Zeynalabdin Tağıyev və ailə üzvləri vəfat etmiş oğlu Kazımın tabutu önündə. Soldan sağa İsmayıl, birinci həyat yoldaşı Zeynəb xanım, Hacı və Sadıq.
İstinadlar
- "Arxivlənmiş surət". 2015-12-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-31.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.