Portveyn
Portveyn (alm. Portwein) — Portuqaliyanın Duero çayı vadisində becərilən Oporto üzümlüklərindən alınan və öz adını da buradan götürən zənginləşdirilmiş şərab növü.[1]
Tarixi
1700-1713-cü illərdə Fransa ilə İngiltərə arasında davam edən uzunmüddətli müharibə ingilislərin Bordodan şərab idxalının kəsilməsinə səbəb oldu. Buna görə də şərab Portuqaliyadan idxal olunmağa başladı.[1] 1703-cü ildə ingilislərlə portuqaliyalılar arasında Metuan ticarət müqaviləsi bağlanıldı ki, bu da portuqal şərablarının İngiltərəyə eksportu zamanı tariflərin azaldılması haqqında idi.[1] O zamanlar Portuqaliya şərablarının tündlüyü 12-13%h. olub.[1] Yəni çox turş və ekstraktivli idi. Dənizlə daşınma prosesinin çətinliyi şərablara təsadüf nəticəsində brendi (damdırılmış şərabdan istehsal edilən yüksək dərəcəli əlavə edilməsinə gətirib çıxartdı ki, bu da portveyn tipli şərabın yaranmasına səbəb oldu.[1] 1756-cı ilə qədər portuqaliyalılar yalnız turş şərabların üzərinə brendi əlavə edirdilər. 1820-ci ildən sonra isə brendi ilə yanaşı üzüm şirəsi əlavə edilməklə indiki portveynlərin əsası qoyuldu.[1]
İstinadlar
- "Biz niyə "Ağdam"sız qaldıq? - 40 il əvvəlki məşhurluğun itirilmə SİRRİ". publika.az. 2017-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2017.