Portuqaliyalı Elyanora (Müqəddəs Roma imperatriçası)

Portuqaliyalı Elyanora (port. Leonor de Portugal) (18 sentyabr 14343 sentyabr 1467, Viner-Noyştadt[d], Aşağı Avstriya[d]) — Müqəddəs Roma imperatoru III Fridrixin xanımı, Portuqaliya infantası.

Portuqaliyalı Elyanora
ƏvvəlkiSeleli Barbara
SonrakıBianka Mariya Sforza
Şəxsi məlumatlar
Doğum tarixi 18 sentyabr 1434
Vəfat tarixi 3 sentyabr 1467 (32 yaşında)
Vəfat yeri
Vəfat səbəbi dizenteriya
Dəfn yeri
  • Viner-Noyştadt[d]
Atası I Eduard
Anası Araqonlu Elyanora
Həyat yoldaşı III Fridrix
Uşaqları Hersoq Kristofor
I Maksimilyan
Hersoqina Helena
Hersoqina Kunigunde
Hersoq Con
Ailəsi Avis sülaləsi
Dini Roma-Katolik kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

İlk illəri

Elyanora 1434-cü ildə dünyaya gəldi. Atası Portuqaliya kralı I Eduard, anası isə Araqon kralı I Ferdinandın qızı Araqonlu Elyanoradır. Hələ 4 yaşında ikən atası vəfat etdi və qardaşı V Afonso adıyla taxta əyləşdi. Ancaq azyaşlı qardaşına naiblik uğrunda anası ilə əmisi İnfant Pyotr arasında siyasi mübarizə davam edirdi. Bu siyasi mübarizədə məğlub olmasının ardından anası 1440-cı ilin dekabrında Kastiliyaya qaçmağa məcbur oldu. Ancaq o əsnada 6 yaşlı Elyanora xəstə idi və anasıyla birlikdə gedə bilmədi.

Evliliyi

Elyanoranın evliliyi bibisi olan Burqundiya hersoqinası Portuqaliyalı İzabella və dayısı olan Neapol kralı V Alfonso tərəfindən planlandı. Bu məqsədlə dayısı öz sarayından rəssamlar göndərərək qızın portretlərini hazırlatdı və namizədlərinə göndərdi. Elyanoranın 2 namizədi vardı: Fransa kralı VII Çarlzın vəliəhdi LüdovikMüqəddəs Roma imperatoru III Fridrix. Ancaq Elyanora ikinci təklifi qəbul etdi. Çünki bu evliliklə o, kraliça yox imperatriça olacaqdı. Gedən danışıqlar 1451-ci ildə tamamlandı və cütlük Sienada görüşdü. 16 mart 1452-ci ildə Romada baş tutan nigahın ardından tacqoyma mərasimində ona Helena adlı verilsə də, o, bu adı heç vaxt istifadə etmədi. Toy mərasiminə dayısı Neapol kralı V Alfonso ev sahibliyi etdi.

Ancaq Elyanora və Fridrix tamamilə fərqli xarakterə malik idi və bu səbəblə, heç xoşbəxt olmadılar. Portuqaliya sarayındakı zəngin və göstərişli həyatın ardından, xəsisliyi ilə məşhur olan Fridrixin Vyanadakı sakit sarayında çox sıxılan Elyanora saray və yerli xalq tərəfindən çox sevildi. 3 sentyabr 1467-ci ildə vəfat etdi.

Övladları

Mənbə

  • Sigrid-Maria Größing, AEIOU - Glück und Unglück im österreichischen Kaiserhaus, Verlag Amalthea, ISBN 978-3-85002-633-8

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.