Portuqal İndoneziyası

Portuqal İndoneziyası (port. Insulíndia portuguesa) — Portuqaliyaya məxsus olan əsasən Zond adalarının böyük hissəsini özündə birləşdirən müstəmləkə. Həmin müstəmləkənin böyük hissəsi hazırda İndoneziyaya məxsusdur. Müstəmləkə faktiki olaraq 15121859 illərdə mövcud olmuşdur.

20 aprel 1859 anlaşmasına görə Niderland Ost-Hindi ilə sərhədlərin müəyyənləşdirilməsi haqqında Portuqaliya ilə Niderland arasında anlaşma imzalanır. Portuqalların əlinndə bircə Şərqi Timor[1] əraziləri qalır. 1975-ci ildə ərazi İndoneziyaya verilsədə 2002-ci ildə Şərqi Timor müstəqillik əldə edir. Ölkədə PortuqalTetun dilləri rəsmi dil elan edilir.

Tarixi

Portuqalların koloniyaları demək olar ki, dünyanın bir çox bölgələrində rast gəlinirdi. İlk koloniyalar əsasən sahil ərazilərində kiçik hərbi-tiçarı obyetlərdən ibarət idi. Hollanların bölgəni ələ keçirməsinə qədər portuqslların əsas şəhəri Makassar olur (15121665 Makassar,15261609 Ambon olur. Makassar şəhəri Sulavesi adasında yerləşir. Portuqalların bölgədə ilk məskən saldıqları ərazi Timor adası olmuşdur.

Sosial-iqtisadi əlaqələr

Burada istehsal edilən məhsullar, ekzotik meyvələr[2] portuqallar tərəfindən avropaya daşınırdı. Portuqallar İslam dinindən yaxşı anlasalarda digər şərq xalqlarının mədəniyyəti araşdırılırdı. Bundan sonra isə avropa mədəniyyətini bölgəjə inteqrasiya edirdilər. Portuqallarla yerli əhalinin qarışması nəticəsində — Avroasiyalılar, Kristanqlar, Topassllar, Metislər və digər xalqlar ortaya çıxmışdır.

Coğrafiyası

Onun tərkibinə daxil olan ərazilər (1850):

  • Timor
  • Flores
  • Solor
  • Adonara
  • Lomblen
  • Patar
  • Alor (Ombay)
  • Atauro
  • Ende

Holland işğalı

Müstəmləkənin qərb hissəsində baş qaldıran üsyanlarvsəbəbindən Portuqalların bölgədə zəyifləməsi müşahidə edilirdi. Əsasən müsəlmanların yaşadığı bölgələdə başlanan müqavimətdən istifadə edən hollandlar bölgədə mövqelərini gücləndirməyə başlayırlar. Bundan sonra iki ölkə arasında Lissabon anlaşması imzalanır. İnzalanmış müqaviləyə görə bölgənin ⅔ hollanların ərazisinə keçir (Niderland Ost-Hindi). Bircə onların əlində Şərqi timor qalır.

Əhalisi

Dörd əsrlik hakimiyyət dönəmində (1512—1975) portuqal mədəniyyəti yerli əhaliyə öz təsirini göstərmişdir. Portuqaliyanın dəstəyi sayəsində Şərqi Timor müstəqil dövlətə çevrilmişdir. Bu ölkədə portuqa dili dövlət qili elan edilmişdir. Flores adasındada bu dildən ünsiyyət vastəsi kimi istifadə edilir. Flores adasında 1,5 miliyon, Şərqi timorda isə 1,2 milyon insan Katolik mənsəbindədir. Bu isə portuqalların mirasıdır.

Həmçinin bax

Mənbə

İstinadlar

  1. Miller, George (ed.). To The Spice Islands and Beyond: Travels in Eastern Indonesia. Nova Iorque: Oxford University Press. 1996. p.xv. ISBN 967-65-3099-9. ([[:Category:|link]])[[Category:]]
  2. Ricklefs, M.C. A History of Modern Indonesia Since c. 1300, 2.ª edição. Londres: MacMillan. 1993. p.22–24. ISBN 0-333-57689-6.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.