Port-o-Prens

Port-o-Prins (fr. Port-au-Prince) — Haiti Respublikasının paytaxtı və əsas xarici ticarət limanı. Karib dənizinin Qonaiv körfəzindəki Haiti adasının cənub sahilində yerləşir.

Port-o-Prens
Gerb
Gerb
18°32′33″ şm. e. 72°20′19″ q. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1749
Sahəsi
  • 36.040.000 
Mərkəzin hündürlüyü 98 m
Əhalisi
Əhalisi
  • 987.310 nəf. (2015)
Rəqəmsal identifikatorlar
Poçt indeksi HT6110
Port-o-Prens xəritədə
Port-o-Prens
Port-o-Prens
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Port-o-Prins şəhəri
Port-o-Prins şəhəri xəritədə

Diqqəti çəkən yerləri

Şəhərdə şəkər zavodları, spirtli içki, tütün, yüngül sənaye və sement istehsal müəssisələri vardır. Milli Universitet, Haiti xalqları Muzeyi, Milli Muzey, Təsviri mərkəz muzeyi vardır.

Əhalisi

Port-o-Prinsdə 1 milyon əhali yaşayır. Etnik cəhətcə tərkibi: 90% zəncilər, 9% — mulatlar. Az sayda ( 5 min nəfər) Avropa xalqlarının nümayəndələri də yaşayır.

İki dövlət dili vardır: fransız dili və Haiti kreol dili (fransız dili əsasında ispan və ingilis dili qarışığı).

Rəsmi din katolik dinidir. Əslində ada sakinləri sinkretik afroxristian vudu inancına bağlıdırlar. Vudu Haitinin 1977-ci il Konstitusiyası ilə rəsmi din statusu almışdır. Son dövrlərdə ABŞ-dən olan rahiblər radiostansiya yaradaraq protestant dinin yayılmasına nail olurlar.

İstinadlar

  1. archINFORM (alm.). 1994.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.