Pont dağları
Pont dağları və ya Pont Alpları (türk. Kuzey Anadolu Dağları) ― Türkiyədə, Anadolunun şimalında formalaşmış dağ silsiləsi. Dağlar yerli türk və pontik yunan dillərində Parhar dağları olaraq da tanınır. Parhar termini xet dilində "yüksək" və ya "zirvə" mənasını verir.[1] Qədim yunan dilində dağlar Paryadres[2] və ya Parihedri adlandırılırdı.[3]
Pont dağları | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 3 937 m |
Hündür zirvəsi | Kaçkar dağı |
Yerləşməsi | |
40°50′13″ şm. e. 41°09′34″ ş. u. | |
Ölkələr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Formalaşması
Pont dağları Alp qırışıqlığı nəticəsində formalaşan Alp-Himalay qurşağının şimali Anadolu hissəsidir. Mezozoy dövründə Tetis okeanının dibi olan Anadolunun şimal və cəbunda akkumlyativ süxurlar toplanmışdır. Mezozoyun sonunda bu süxurlar yüksələrək su üzünə çıxmışdır. Oliqosenin sonunda Alp qırışıqlığı ən şiddətli halına gəlmiş, Anadolunun şimal və cənubundakı ərazilər şiddətlə qalxmağa başlamışdır. Qalxma əvvəlcə Qaradəniz dağlarında başlamış, sonra isə Tavr dağlarında davam etmişdir. Oliqosende toplu olarak qalxan dağlar Neogen dövründə aşınaraq alçalmışdır.
Coğrafiya
Silsilə təxminən şərq-qərbə doğru uzanır və Qara dənizin cənub sahillərinə paralel və yaxın yerləşir. Dağlar Şimal-şərqdən Gürcüstana, qərbdən Mərmərə dənizinə qədər uzanır. Pont dağlarının ən yüksək zirvəsi 3,937 metr (12,917 ft) hündürlüyündəki Kaçkar dağıdır. Silsilə boyunca şərq-qərb istiqamətində Şimali Anadolu tektonik çatı və Şimal-şərq Anadolu tektonik çatı uzanır.
Ekologiya
Dağlar əsasən sıx iynəyarpaqlı meşələrlə örtülüdür.
Dağların çox hissəsin Şimali Anadolu iynəyarpaqlı və enliyarpaqlı meşələri əhatə etsə də, Kaçkar dağları olaraq tanınan silsilənin uzaq şərq ucunda Qafqaz qarışıq meşələri uzanır. Pont kimi tanınan dağlarla Qara dəniz arasındakı ensiz sahil zolağı dünyanın az miqdarda mülayim yağış meşələrindən bəzilərini ehtiva edən Euksin-Kolşik enliyarpaqlı meşələrinə ev sahibliyi edir.
Bu bölgədə bildirçinçalan, berqut, məzar qartalı, kiçik xallı qartal, Qafqaz tetrası, Tichodroma muraria və Serinus pusillus kimi Avrasiya florası inkişaf edir.[4]
Ərazinin qışı çox sərtdir və bəzi yüksəkliklərdə qar yay aylarında da qalır.[5]
Aralıq dənizindən cənubda yerləşən Anadolu yaylası dağların sədd funksiyası oynaması səbəbilə rütubətli və mülayim sahildən daha quru və kontinental bir iqlimə malikdir.[6]
İstinadlar
- Karadeniz Ansiklopedik Sözlük Arxivləşdirilib 2008-05-13 at the Wayback Machine. See the "Parhar" (plateau) and "Parhal" (village) articles.
- Strabon. Chapter XI // Geographica (35 BC – 23 AD). səh. xii.4. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-24.
- Böyük Plini. Chapter VI // Naturalis Historia (77–79 AD). səh. iix.25.
- Couzens, Dominic. Top 100 Birding Sites of the World. Kaliforniya Universiteti. 2008. 73–75. ISBN 978-0-520-25932-4.
- "File:Koppen-Geiger Map TUR present.svg". commons.wikimedia.org (ingilis). 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-14.
- Pontic Mountains and highlands Arxivləşdirilib 2014-02-26 at the Wayback Machine