Pomidor kababı

Pomidor kababıkabab kimi bişirilmiş pomidor. Ət məhsullarından hazırlanmış kababların yanında qarnir kimi verilir. Həzm prosesinin sürətlənməsinə təsir göstərir.

Pomidor kababı

Hazırlanması

Bunun üçün bərk və yetişmiş pomidorlar seçilir. Yuyulur, yan tərəfdən şişə taxılır və manqalda qızardılır. Qızardılma zamanı şişdəki pomidorlara duzlu su çilənir.

İstifadə

Süfrəyə verilən zaman üstünə duz, göyərti səpilir.

Mənbə

  • Azərbaycan Kulinariyası Ensiklopediyası, səh. 121

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.