Polina Rəhimova

Polina Rəhimova (5 iyun 1990[1], Fərqanə) — azərbaycanlı voleybolçu, dünya rekordçusu. O, Yaponiyada keçirilən oyunda 58 xalı tək oyunda qazanaraq dünya rekordu qırıb. Azərbaycan qadın milli voleybol komandasının və İndoneziyanın "Petrokimia Gresik" voleybol klubunun oyunçusudur.

Polina Rəhimova
Şəxsi məlumatlar
Doğum tarixi 5 iyun 1990(1990-06-05)[1] (33 yaş)
Doğum yeri
Vətəndaşlığı
Voleybolçu məlumatları
Boyu 1.98
Çəkisi 76 kq
Zərbəsi 324 sm
Bloku 310 sm
Mövqeyi Hücumçu
Karyerası
Komandası İndoneziya Petrokimia Gresik
Nömrəsi 17
Həvəskar karyerası
2005–2007 Azərbaycan Nəqliyyatçı
Klub karyerası
2005–2007
2007–2014
2014–2015
2015–2017
2017–2018
2018
2019
2019–2021
2021–2022
2022
2022–2023
2023
2023–2024
2024

Azərbaycan Azərreyl Bakı
Azərbaycan Azəryol Bakı
Cənubi Koreya Hyunday Yaponiya Tayota - Queensies
Türkiyə Fenerbahce
İtaliya Pomì Casalmaggiore
Türkiyə THY Turkish airlines
Braziliya Sesi Vôlei Bauru
İtaliya VBC Casalmaggiore
Vyetnam Geleximko Thai Binh
Türkiyə Kuzeyboru GSK
Vyetnam DGC
Türkiyə Karayolları VK

İndoneziya Petrokimia Gresik
Milli komanda karyerası
2007–h.h. Azərbaycan Azərbaycan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

Hərbçi ailəsində doğulan Polina Rəhimova Fərqanə şəhərində anadan olub. Böyük bacısı voleybolla məşğul olduğundan Polina hələ uşaq yaşlarından bu idman növünə maraq göstərib. İlk dəfə voleybola Ukraynanın Zaporojye şəhərində Lyubov Pribinosun rəhbərliyi altında başlayıb. 16 yaşı olanda Azərbaycana gəlib və burada Faiq Qarayevin təşəbbüsü ilə milli komandaya cəlb olunub. 2011-ci ildə "Azərreyl"lə Avropanın nüfuzuna görə 3-cü böyük turniri olan Avropa Qadınlar Çağırış Kubokuna sahib olub. 2011/2012-ci il Çempionlar Liqasında debüt edən Polina qrup mərhələsindən sonra 206 xalla liqanın bombardiri olub.

2014-cü ildə Cənubi Koreya klubu Hyunday ilə anlaşaraq rəsmi sözləşmə imzaladı. Bu transferlə Polina karyerasında ilk dəfə olaraq legioner həyatı yaşayıb.[2] 2015-ci il üçün isə o, Yaponiyanın "Toyota Auto Body" kollektivi ilə bir illik müqavilə imzalayıb.[3]

2015-ci il dekabrın 12-si keçirilən Hitaçi Riveyllə oyunda Polina Rəhimova bir oyuna ən çox xaltoplamaq üzrə 58 xalla dünya rekorduna imza atıb.[4]

2017-ci ildə o, Türkiyənin "Fenerbahce" klubuna transfer olub və türk liqasında oynamağa haqq qazanıb.

2018-ci ildə o, İtaliyanın “Pomi Casalmaggiore“ klubuna transfer olunub.

2019-ci ildə isə o, yendən TürkiyəninTHY Turkish airlines" klubuna transfer olunsa da, həmin ildə Braziliyanın “Sesi Bauru” klubuna transfer olunaraq 2021-ci ilədək bu klubda çıxış edib. Braziliyada 2021-ci ildə o, türkiyəli biri ilə tanış olub və ailə həyatı qurub.

2021-cu ildə o, İtaliyanın “VBC Casalmaggiore“ klubuna transfer olunub.

2022-ci ildə isə o, VyetnamınGeleximko Thai Binh” klubuna transfer olunub.

2023-cü ildə isə o, TürkiyəninKuzeyboru” komandasına transfer olunub.

2023-cü ildə o, yenidən Vyetnama qayıdıb. “DGC” klubuna transfer olunub.

2024-cü ildə isə o, TürkiyəninKarayolları“ klubundan İndoneziyanın "Petrokimia Gresik" klubuna transfer olunub.

Rəhimova ən son 2023-cü ildə Voleybol üzrə Avropa Çempionatında Azərbaycan millisində çıxış edib.

Xüsusiyyətləri

  • Boyu: 198 sm
  • Oyunda mövqeyi : Hücumçu
  • Nömrəsi: 17
  • Hücum yüksəkliyi: 324 sm
  • Blok yüksəkliyi: 310 sm

Oynadığı klublar

  • Azərbaycan Nəqliyyatçı - 2005 - 2007
  • Azərbaycan Azərreyl Bakı - 2007 - 2013
  • Azərbaycan Azəryol Bakı - 2013 - 2014
  • Cənubi Koreya Hyunday - 2014 - 2015
  • Yaponiya Toyota Auto Body 2015 - 2017
  • Türkiyə Fenerbahce - 2017 - 2018
  • İtaliya Pomi Casalmaggiore - 2018
  • Türkiyə THY Turkish airlines - 2019
  • Braziliya Sesi Bauru - 2019 - 2021
  • İtaliya VBC Casalmaggiore - 2021 - 2022
  • Vyetnam Geleximko Thai Binh - 2023
  • Türkiyə Kuzeyboru - 2022 - 2023
  • Vyetnam DGC - 2023
  • Türkiyə Karayolları - 2023 - 2024
  • İndoneziya Petrokimia Gresik - 2024

Uğurları

  • 2009-cu il – MVP Novotel kuboku
  • 2009-cu il – ən məhsuldar oyunçu Novotel Kuboku
  • 2009-cu il – Dubay turnirinin "Ən yaxşı blokçusu"
  • 2010-cu il – ən yaxşı hücumçu Azərbaycan Superliqası 2-ci təsnifat turu
  • 2010-cu il – ən yaxşı server Azərbaycan Superliqası 2-ci təsnifat turu
  • 2009–2010-cu illər – ƏDO Azərbaycan Kuboku
  • 2009–2010-cu illər – ən məhsuldar oyunçu Azərbaycan Kuboku
  • 2009–2010-cu illər – ən məhsuldar oyunçu Azərbaycan Superliqası
  • 2010-cu il – Dünya Çempionatının təsnifat mərhələsinin "Topu oyuna ən yaxşı daxil edən oyunçusu"
  • 2010–2011-cu illər – Azərbaycan Superliqasının "Ən məhsuldar" və "Topu oyuna daxil edən ən yaxşı oyunçusu"
  • 2011–2012-cu illər – Azərbaycan Superliqası "Topu oyuna daxil edən ən yaxşı oyunçusu"
  • 2014-cü il – Dünya Çempionatının ilk iki mərhələsinin "Ən məhsuldar oyunçusu"
  • 2014-cü il – Cənubi Koreya Liqasının 1 və 2-ci roundlarının "Ən dəyərli oyunçusu"
  • 2015-ci il – Cənubi Koreya Liqasında keçirilən "all-star" oyununun "Ən dəyərli oyunçusu (MVP)"
  • 2015-ci il – Avropa Oyunlarında "Ən yaxşı bombardir"
  • 2016-cı il – Yaponiyanın 5-ci liqasının 1-ci diviziyasının "Ən yaxşı spiker"i
  • 2016-cı il – Yaponiyanın 5-ci liqasının 1-ci diviziyasının "Ən yaxşı servisçi"si
  • 2016-cı il – Yaponiyanın 5-ci liqasının 1-ci diviziyasının "Ən yaxşı bombardir"i
  • 2016-cı il – Kurovashiki turnirində "Ən yaxşı hücum oyunçusu"
  • 2016-cı il – Kurovashiki turnirində "Ən yaxşı servis"çi
  • 2016-cı il – Kurovashiki turnirində "Ən yaxşı bombardir"
  • 2016-cı il – "Avropa Qızıl Liqası"nda "Ən yaxşı bombardir"
  • 2016-cı il – "Avropa Qızıl Liqası"nda "MVP"
  • 2017-cı il – Yaponiyanın 5-ci liqasının 1-ci diviziyasının "Ən yaxşı spiker"i
  • 2017-cı il – Yaponiyanın 5-ci liqasının 1-ci diviziyasının "Ən yaxşı servisçi"si
  • 2017-cı il – Yaponiyanın 5-ci liqasının 1-ci diviziyasının "Ən yaxşı bombardir"i
  • 2017-ci il – "Avropa Çempionatı"nda "Ən yaxşı bombardir"
  • 2017-ci il – "Avropa Çempionatı"nda "Ən yaxşı server"
  • 2018-ci il – "Dünya Çempionatının Təsnifat Mərhələsi"ndə ""Ən yaxşı server"
  • 2019-cu il – "Avropa Çempionatı"nda "Ən yaxşı server"
  • 2019-cu il – "BVA" kubokunda "Ən yaxşı ötürmə"
  • 2019-cu il – "BVA" kubokunda "Ən yaxşı bombardir"
  • 2019-cu il – "BVA" kubokunda "Ən yaxşı server"
  • 2021-ci il – "Braziliya Super Liqası"nda "Ən yaxşı bombardir"
  • 2021-ci il – "Braziliya Super Liqası"nda "Ən yaxşı server"
  • 2022-ci il – "Vyetnam Liqası"nda "Ən yaxşı bombardir"
  • 2022-ci il – "Vyetnam Liqası"nda "MVP"
  • 2022-ci il – "Vyetnam Liqası"nda "Ən yaxşı hücum oyunçusu"
  • 2023-cü il – "Vyetnam Liqası"nda "Ən yaxşı hücum oyunçusu"

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.