Polina Bonapart

Polina Bonapart(fr. Marie Paulette Bonaparte; 20 oktyabr 1780 – 9 iyun 1825)—Napoleonun sevimli bacısı.

Polina Bonapart
fr. Pauline Bonaparte
Doğum tarixi 20 oktyabr 1780(1780-10-20)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 9 iyun 1825(1825-06-09)[1][2][…] (44 yaşında)
Vəfat yeri
Vəfat səbəbi uşaqlıq xərçəngi[d]
Atası Karlo Bonapart
Anası Letizia Ramolino
Fəaliyyəti siyasətçi
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Polina Napoleon Bonapartın bacısı idi. Bu parlaq, gözəl qadın Avropanın əksər məşhur kişilərinin qəlbini ələ almışdı. Bəziləri desələr də ki, knyaginyanın çox iti çənəsi və düz burnu olub, bu, heç də onun gözəlliyini pozmurdu. Knyaginya pərəstişkarlarına heç nədən imtina etmirdi. Pərəstişkarlar isə çox idi - hədsiz çox. Ətrafındakılar Polinanı Avropanın ən əxlaqsız qadını hesab edirdilər. Çox gənc yaşda kişilərlə tanış olan Polina sonradan özünə heç nəyi qadağan etmədi. O, kişilərlə roman yaşayır, kobud əyləncələr tərtib edir, bədənini ortaya qoyurdu. Onu nə musiqi, nə şeir, nə incəsənət maraqlandırırdı. Təhsil haqqında eşitmək istəmirdi, məşuqlarına onunla ağıllı söhbətlər etməyi qadağan etmişdi.

Napoleon on altı yaşlı bacısının sonsuz əxlaqsızlığına dözmür və onu evləndirməyə qərar verir. Bunun üçün general Viktor Emmanuil seçilir. General çox ağır, tərbiyəli, səbrli və zəngin idi. Gənclər 1797-ci ildə evlənirlər. Tezliklə gənc Polinanın oğlu olur. Lakin uşaq yalnız dörd il yaşayır. Uşaq doğulandan sonra Napoleon generalı Hindistana göndərir. Polina getmək istəmir. Bunu bilən qardaşı onu güclə gəmiyə otuzdurur. Tezliklə yaşadıqları yerə alışan Polina elə Parisdəki kimi geyinir, məclislər qurur. Lakin tezliklə qızdırma xəstəliyi başlayır və general vəfat edir. Bu o qədər qəfil olur ki, Polina uzun saçlarını kəsib, ərinin üstünə örtür və matəm libasına bürünür. Bir neçə gün sonra isə Parisə qayıdır.

Tezliklə dul qadın yasdan çıxaraq, əvvəlki həyatına qayıdır. Yenidən məşuqların qollarına atılmaqla qardaşını qəzəbləndirir. Napoleon onu 28 yaşlı knyaz Kamillo Borqezə ərə verir. Knyaz çox zəngin idi, böyük brilyant kolleksiyası və Roma yaxınlığında villası vardı. Beləcə, 1803-cü ilin noyabrında Polina knyaginya Borqez olur. Lakin olduqca zəngin olan Polina qadağalarla yaşamaq fikrində deyildi. Tezliklə özünü elə aparır ki, utanc içində olan ər üç ildən sonra ona ayrı yaşamağı təklif edir.

Məhz elə o vaxt da Polina Nikkolo Paqanini ilə tanış olur.

Paqanini hündür, arıq idi. Solğun siması vardı. Bütün görünüşü insanlarda qorxu yaradırdı. Amma uzun, qəribə barmaqları daha çox qorxudurdu. Onlar o qədər uzun idilər ki, istənilən çətin musiqi parçasını asanlıqla ifa edə bilirdi. Həmin vaxt çoxları inanırdılar ki, Paqanini qəlbini şeytana satıb. Haqqında çox şaiyələr gəzirdi. Çoxları skripkaçıya yaxın getməyə qorxurdular. Qadınlar isə sevirdilər. Amma bir çox qadının arasından məhz Polina Paqaninin ilham mələyinə çevrildi. Onlar ilk dəfə Turində tanış oldular. Bir neçə gün sonra isə artıq Paqanini Polinanın məşuqu idi.

Lakin roman çox uzun çəkmir. Tezliklə knyaginya solğun və xəstə skripkaçını şair və bəstəkar Feliçio Blanciniyə dəyişir. Aldadılmış Paqanini isə Toskanaya qayıdır. Tezliklə Polina bəstəkarı da atır və rəssamla görüşməyə başlayır. Uzun müddət müxtəlif sevgi münasibətləri və çoxsaylı məşuqlardan sonra knyaginya xəstələndi. Həkimlər bildirdilər ki, xəstəliyin səbəbi məhz hədsiz ehtiraslı oyunlardır. Ona məşuqlarla münasibətləri kəsməyi, sakitlik və isti vanna məsləhət görürlər. Lakin Polina həkimlərin məsləhətinə əməl etmir və növbəti sevgilisi ilə Parisə gedir. Həmin vaxt Polinanın 40 yaşı vardı.

Artıq qocalmış Polina gözəlliyini itirdiyi üçün əzab çəkirdi. Möhtəşəm qapalı paltarlar geyinirdi, boynunda isə qırx sıra mirvari olardı ki, qırışlar görünməsin. Vəziyyəti gün-gündən pisləşirdi. Son günlərində Polina ərinə yalvardı ki, gəlib sarayda onunla qalsın. Əri xəyanətkar qadını bağışladı.

Polina 9 iyun 1825-ci ildə xərçəng xəstəliyindən ərinin qolları arasında vəfat etdi. 45 yaşı təzə olmuşdu. Ölümündən qabaq isə vəsiyyət etmişdi ki, onu qapalı tabutda dəfn etsinlər. Nə solğun üzü nə də qırışlar görünməsin.

Paqaniniyə bu barədə dostu və rəqibi Feliçio Blancini xəbər verdi. Paqanini ağlayır və depressiyaya düşür. Lakin tezliklə oğlu dünyaya gəlir və bu musiqiçini həyata qaytarır. Paqanini ölkələri gəzir, konsertlər verir. Tezliklə baron olur, zəngin olur. Həmin dövrün ən zəngin kişisinə çevrilir. Lakin güclü boğaz spazmaları musiqiçini gücdən salır.

1840-cı ildə Paqanini artıq danışıq qabiliyyətini itirir. 27 may 1840-cı ildə isə vəfat edir. Niççedə ölən musiqiçini kilsə dəfn etmək istəmir. Allahsız, ateist olan bəstəkarın dəfninə qadağa qoyulur. Düz dörd il bu dahi bəstəkarın cəsədi cüzamlılar üçün morqda saxlanılıb. İllər sonra qadağa aradan götürülür və bəstəkar dəfn edilir.

  1. Pauline Bonaparte // Encyclopædia Britannica (ing.).
  2. Lundy D. R. Marie Paulette Bonaparte, Duchess of Guastalla // The Peerage (ing.).
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.