Polemarx
Polemarx (q.yun. πολέμαρχος, polemarchos sözündən) — Qədim Yunanıstanda müharibə ilə əlaqəli hər şeyə nəzarət etmək həvalə olunan yüksək qoşun başçılarından biri.
Sonradan polemarx anlayışı bütövlüklə müharibənin aparılması üçün məsuliyyət daşıyan hərbi liderə də şamil edilməyə başlandı. Belə ki, Likurqun qanunlarına əsasən, Spartada ordunun başında padşah dayanırdı və məsləhətçi qismində 2 polemarx çıxış edirdilər. Afinada isə polemarxa ordu bölmələrin komandanlığı da həvalə edilirdi.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.