Puldəşt şəhristanı
Puldəşt (Ərəblər) şəhristanı (fars. شهرستان پلدشت) — İranın Qərbi Azərbaycan ostanının 17 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. Şəhristanın inzibati mərkəzi Puldəşt (Ərəblər) şəhəridir.
Puldəşt şəhristanı | |
---|---|
39°21′ şm. e. 45°04′ ş. u. | |
Ölkə | |
Əhalisi | |
Əhalisi |
|
| |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhristan Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli və Şərur rayonları ilə həmsərhəddir.
2016-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 42,170 nəfər və 11,537 ailədən ibarət idi.[2]
Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Etimologiyası
Şəhristan öz adını inzibati mərkəzi olan Puldəşt şəhərindən alır. Şəhərin əski adı Ərəblər olsa da sonradan 1938-ci ildə farslaşdırılaraq Puldəşt adı verilmişdir. Hazırki rəsmi adı olan Puldəşt farsca "körpü" mənasını verən "pul", və "düz, düzənlik, çöl" mənalarını verən "dəşt" sözlərindən ibarətdir; adın mənası "körpü yanında yerləşən düzənlik" kimi açıqlana bilər.
Puldəşt şəhristanının bəxşləri
- Mərkəzi bəxşi
- İnzibati mərkəzi: Puldəşt (Ərəblər)
- DEHİSTANLARI:
- Çaybasar-i Şərqi dehistanı
- KƏNDLƏRİ: Bəhlulkəndi, Eşqabad, Gingur, Girəkəndi, Kovlus, Muradlı-i Ülya (Yuxarı Muradlı), Pazik, Sarısu, Şidi, Şotlu, Şorbulaq-i Süfla, Təzəkənd, Zəkirli, Zəngənə
- Zəngibar dehistanı
- KƏNDLƏRİ: Ağotluq, Əlinəzər, Ağəmirkəndi, Bəhlulabad/Təzəkənd, Dəylankəndi, Fətahkəndi, Hacısufi, Camalabad, Məşədimirzəkəndi, Mollakəndi, Muradlı-i Süfla (Aşağı Muradlı), Muradlı-i Vusta (Orta Muradlı), Nəzərxan, Oruc-i Məhəmmədkəndi, Pənahkəndi, Biləsuvar, Pörnək, Qılınclanmış, Qaracalı, Qaraxocalı, Qarquluq-i Ülya, Qarquluq-i Süfla, Qıyqac, Qırkəndi, Qutan, Saxtıman, Səyyət Askan Əşayir Milad, Təpəbaşı-i Pörnək
- Çaybasar-i Şərqi dehistanı
- DEHİSTANLARI:
- Araz bəxşi
- Şəhərləri yoxdur
- DEHİSTANLARI:
- Qıclarat-i Qərbi dehistanı
- KƏNDLƏRİ: Allahverdikəndi, Çaxmaqlı-i Ülya (Yuxarı Çaxmaqlı), Çaxmaqlı-i Süfla (Aşağı Çaxmaqlı), Givan, Kərimabad, Nazik-i Ülya, Nazik-i Süfla, Qoçkəndi, Şirməhəmməd
- Qıclarat-i Şərqi dehistanı
- KƏNDLƏRİ: Əzizkəndi, Bəycan, Divanxana, Duday, Qoçlar, Həsənkəndi, İlanlı İncədərəsi, Kərbəlayıbağırkəndi, Nüsrətabad, Qalacıq, Qurşaqlı, Qurşaqlı-i Kürd, Şəhrək-i Araz, Şəbli-i Ülya, Şəbli-i Süfla, Şeyxhəmzəli, Törəmiş
- Qıclarat-i Qərbi dehistanı
- DEHİSTANLARI:
İstinadlar
- نتایج سرشماری جمعیت به تفکیک تقسیمات کشوری سال 1395.
- "Əhalisi". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-20.