Pol Klodel

Pol Klodel (6 avqust 1868[1][2][…], Vilnöv-Sür-Fer, İkinci Fransa İmperiyası[3]23 fevral 1955[1][2][…], Paris, Dördüncü Fransa Respublikası[3]) – Fransa şairi, dramaturqu və diplomatı.[5] Fransada müasir dövrün ən böyük şairlərindən və dini dramaturqlarından biri hesab olunur.[5] Kamilla Klodelin balaca qardaşıdır. Fransa–Yaponiya münasibətlərinin inkişafına töhfələr vermişdir.[5]

Pol Klodel
fr. Paul Claudel
Doğum adı Paul Louis Charles Claudel
Doğum tarixi 6 avqust 1868(1868-08-06)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 23 fevral 1955(1955-02-23)[1][2][…] (86 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Təhsili
  • Böyük Lüdovik Liseyi[d]
Fəaliyyəti dramaturq, şair, diplomat, esseist, librettoçu, yazıçı, sənətşünas
Fəaliyyət illəri 1890–1955
Əsərlərinin dili fransız dili
Janrlar teatr, poeziya, esse
Üzvlüyü
Mükafatları "Fəxri legion" ordeninin Böyük xaçı
İmza
paul-claudel.net
Vikimənbənin loqosu Pol Klodel Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fəaliyyəti

1890-cı ildə Fransa Xarici İşlər Nazirliyinin imtahanlarında birinci yeri tutduqdan sonra diplomat karyerası başlamışdır.[5] Otuz il boyunca ABŞ, Çin, AvropaCənubi Amerikada müxtəlif diplomatik missiyalarda iştirak etmişdir.[5] 1921-ci ilin dekabrından 1927-ci ilin fevralına qədər Tokioda Fransanın Yaponiyadakı səfiri kimi fəaliyyət göstərmişdir.[5] Yaponiyadakı fəaliyyəti boyunca iki ölkə arasındakı mədəni əlaqələrin gücləndirilməsi üçün işlər görmüş, Fransa-Yaponiya Cəmiyyətini qurmuşdur.[5] 1923-cü ildə baş vermiş Böyük Kanto zəlzələsindən sonra göstərdiyi xeyriyyə fəaliyyətləri onun Yaponiyadakı reputasiyasını artırmışdır.[5]

Klodel Yaponiya mədəniyyətini və ruhunu öyrənməyə çalışmış, Yaponiya haqqındakı mühazirələrini və yazılarını "Yüksələn günəşdəki qara quş" (fr. L'Oiseau noir dans le soleil levant; 1928) adlı əsərində toplamışdır.[5] Ən məşhur pyesi hesab olunan "Atlas başmaq" pyesini 1927-ci ildə Tokioda yaşayarkən tamamlamışdır.[5]

1927-ci ildə Vaşinqtona təyin olunmuş, Brian-Kelloq paktının imzalanmasında vacib rol oynamışdır.[5] 1935-ci ildə Belçikanın Brüssel şəhərində diplomatik karyerasını başa çatdırmış, müxtəlif pyeslər, poemalar, esselər yazmağa davam etmişdir.[5] 1946-cı ildə Fransa Akademiyasının üzvü seçilmişdir.[5]

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Paul Claudel // Encyclopædia Britannica (ing.).
  3. Archivio Storico Ricordi. 1808.
  4. Fransa Akademiyası (fr.). 1635.
  5. Kodansha Encyclopedia of Japan. səh. 325

Ədəbiyyat

  • Kodansha Encyclopedia of Japan. I cild. Tokio: Kodansha. 1983. səh. 327. ISBN 0-87011-621-5. İstifadə tarixi: 7 noyabr 2021.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.